Ferikoy Mezarligi - Wikipedia
Feriköy Məzarlığı — İstanbul şəhərində Şişili və Okmeydanı bölgələrinin arasında yerləşən qəbiristanlıq.
Qəbiristanlıq | |
Feriköy məzarlığı | |
---|---|
türk. Feriköy mezarlığı | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
41°02′54″ şm. e. 28°58′18″ ş. u.HGYO | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəMəzarlıq öz adını yerləşdiyi təpəlikdən alıb. Bir çox məşhur siyasətçinin və incəsənət xadimlərinin məzarları burada yerləşir. Məzarlıqda Azərbaycanın ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədli, ilk hərbi naziri Xosrov bəy Sultanov, mühəndis Qulam Mirzə Şərifzadə, "Difai" təşkilatının lideri Əhməd bəy Ağaoğlu və ailəsi, onun qızı Türkiyənin ilk qadın millət vəkili olan Sürəyya Ağaoğlu, Türkiyə İstiqlaliyyət Müharibəsinin iştirakçısı Baba bəy Behbud, mühacirlər Hüseynqulu xan Xoyski, Miryaqub bəy Mirmehdiyev, Məmməd Sadıq Aran, Kərim bəy Odər, Səlim Rəfiq bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlı dəfn olunublar.
Məzarlıqdakı azərbaycanlıların xatirəsi
redaktə2018-ci ildə məzarlıqda baxımsız qalan bir çox azərbaycanlının qəbirləri təmir olunub və məzarlığın girişində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə Cümhuriyyət qurucularının xatirəsinə abidə ucaldılıb. Abidənin üzərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının rəsmi “Bir millət, iki dövlət” ifadəsi, Feriköy məzarlığında uyuyan Xəlil bəy Xasməmmədli, Xosrov bəy Sultanov, Qulam Mirzə Şərifzadə, Əhməd bəy Ağaoğlu, Baba bəy Behbud, Hüseynqulu xan Xoyski, Miryaqub bəy Mirmehdiyev, Məmməd Sadıq Aran, Kərim bəy Odər, Səlim Rəfiq bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlının adları yazılıb[1].
Məzarlıqda dəfn olunanlar
redaktə- Şəmsəddin Sami - alban əsilli türk yazıçı və tədqiqatçı
- Əli Sami Yen - türk futbolçu
- Keriman Xalis Ece Tamer - Türkiyənin ilk "Dünya Gözəli"
- Turqut Özatay - türk aktyor
- Ahmet Mete Işıkara - türk alim
Azərbaycanlılar
redaktə- Ağaoğlu ailəsi:
- Qurbangil ailəsi
- Xanxoylu-Kazımbəyli ailəsi:
- Xəlil bəy Xasməmmədli
- Xosrov bəy Sultanov
- Qulam Mirzə Şərifzadə
- Baba bəy Behbud
- Əbdüləli bəy Əmircanov
- Mir Yaqub Mehdiyev
- Məmməd Sadıq Aran
- Kərim Odər
- Şəfi bəy Rüstəmbəyli
- Nağı bəy Şeyxzamanlı
- İskəndər Nəcəf
- Həsən Fəttah Başoğuz
- Səlim Rəfiq Rəfioğlu
- Məşədi Əli Rəfiyev
- Leyla Əsədulla
- Abdurrahman Taki
İstinadlar
redaktə- ↑ "İstanbulda uyuyan Cümhuriyyət qurucularının xatirəsinə abidə ucaldılıb". 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-14.