Fatma Settarova - Wikipedia
Fatma Hüseyn qızı Səttarova (yanvar 1922, Bakı – 14 sentyabr 2024[1]) — Azərbaycanlı uzunömürlü, Müharibə və əmək veteranı[4]. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri.[5]
Fatma Səttarova | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | yanvar 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 14 sentyabr 2024[1] (102 yaşında) |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | piyada |
Rütbəsi | əsgər |
Təltifləri |
[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyat və fəaliyyəti
redaktəFatma Səttarova 1922-ci ildə Bakıda anadan olub.
Müharibə illərində
redaktəAilənin tək övladı olsa da, müharibənin başlandığı ilk aylarda 1941-ci ildə 18 yaşında İkinci Dünya Müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb. 1940-cı ildə Bakıda Tibb Texnikumundan yenicə məzun olmuş, 1941-ci ilin yanvarında ailə həyatı qurmuşdu. Beş ay sonra isə İkinci Dünya müharibəsi başlayıb. Texnikumda hərbi kafedra olub. Məktəbi qurtaranda Fatma Səttarovaya diplomla yanaşı, hərbi rütbə və hərbi bilet də veriblər. Cəmi bir neçə aydan sonra onun həyatı tamamilə dəyişir. İyunun 22-də Almaniyanın Sovet İttifaqına hücum etməsi elan olunur. O vaxt Fatma xanım həyat yoldaşı Məhəmmədlə birlikdə hərbi komissarlığa gəlib könüllü cəbhəyə getmək istədiklərini deyiblər. Fatma Səttarova cəbhəyə gedəndə həyat yoldaşı Pyotr Montin adına maşınqayırma zavodunun direktoru idi. Müharibə başlayanda bu zavod profilini dəyişərək hərbi təyinatlı silah-sursat istehsalına keçmişdi. Zavodun işçiləri isə arxa cəbhənin iştirakçıları olub. Ona görə də Məhəmməd Bakıda qalıb, Fatma xanım isə şəfqət bacısı kimi cəbhəyə gedib.[6]
Cəbhədə keçirdiyi günlər barədə danışan Fatma Səttarova deyir ki, müharibənin zülmünü ancaq onu yaşayan bilər:
Müharibəyə gedəndə çox gənc idim, lakin orada çoxsaylı ölümlərin şahidi oldum. Bunları xatırlamaq çox çətindir, cəbhə yollarını, ağır xəsarət almış əsgərləri artilleriyanın atəşləri altında döyüş meydanından çıxarmağımızı, hərbi hospitallardakı günləri unutmaq mümkün deyil. O vaxtdan neçə illər keçsə də, müharibəni unutmaq olmaz. O zamanlar hər kəs onun qarşısında doğma Vətəni düşməndən müdafiə etmək vəzifəsi dayandığını bilirdi".
|
Fatma Səttarova müharibə dövründə 1941–1942-ci illərdə Moskva uğrunda döyüşdə iştirak edib. Müharibə ilə yanaşı, Fatma Səttarova da o vaxt böyümüşdü, təcrübəli tibb bacısı idi. Tibb bacısı kimi borcunu yerinə yetirən Fatma Səttarova cəbhə yollarında çoxlu sayda yaralıların həyatını xilas edib. O vaxt Moskva ətrafında döyüş meydanında onun özünü də yerin altından çıxardıblar. O, səngərdə olarkən tanklar onun üstündən keçib.[7]
O vaxt almanlar Leninqradı mühasirəyə almışdılar. Ordu getdikcə irəliləyirdi. Fatma Səttarova ordu ilə birgə Ladoqa gölü ilə hərəkət edib şəhərə daxil olub. Alman təyyarələri hər tərəfi bombalayıblar. Fatma Səttarova dörd ay yarım mühasirədə olan Leninqraddan o biri sahilə Ladoqa gölü üzərindən salınmış "Həyat yolu" körpüsü ilə ərzaq, dava-dərman daşınması və bərələrin keçirilməsi zamanı döyüşlərdə neçə-neçə insanın həlak olmasının şahidi olub. Bütün bunlara baxmayaraq o, sağ qalıb.[8] O vaxt Leninqradın müdafiəçiləri Neva üzərində qala kimi dayanıblar və faşistlərə təslim olmayıblar, qurbanlar veriblər. Sovet ordusu blokadanı açandan sonra təcrübəli tibb bacısı yaralıları gəmilərlə Ladoqa gölü vasitəsilə Leninqraddan çıxarmağa başlayıb. Onu isə Stalinqrad cəbhəsinə göndəriblər. Fatma Səttarova sovet ordusu ilə birlikdə Berlinə qədər gedib. Macarıstana çatanda orada xəstələnib və 1945-ci ilin fevralında Tibbi Komissiyanın qərarı ilə ordudan tərxis olunub. Yaralılardan ibarət eşelonu müşayiət edərək fevralda Bakıya qayıdıb. Cəmi üç ay sonra mayın 9-da sovet ordusu faşizm üzərində qələbə qazanıb.
Müharibədən sonra
redaktəMüharibədən sonra o, yeni həyata başlayıb və səhiyyə sistemində işləməyib. Bakı Dövlət Universitetində İqtisadiyyat fakültəsində təhsil alıb. İkinci Dünya müharibəsi veteranının 4 övlad, 11 nəvə, 25 nəticəsi var. Bütün həyatı boyu işləyib, uzun illər rəhbər vəzifələr tutub. Hazırda ictimai həyatda və müxtəlif tədbirlərdə fəal iştirak edir.
Fatma Səttarova müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak etməklə, onun tanıdılmasında əməyini və gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində biliyini əsirgəmədi. Tez-tez cəbhə bölgələrində olub, əsgərlərlə görüşən Fatma Səttarova Azərbaycanı MDB ölkələrində İkinci Dünya müharibəsi ilə bağlı keçirilən tədbirlərdə layiqincə təmsil etmiş, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynayıb.
Müharibə veteranı Fatma Səttarova ziyalı kimi ölkənin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərmiş, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yaxından və fəal iştirak etmişdir. O, müharibə illərində müxtəlif hospitallarda xidmət edib, həmçinin Leninqradın blokadasında və Moskva ətrafında gedən döyüşlərdə iştirak edib.[9] Fatma Səttarova müharibədən sonra Vətənə qayıdaraq ali təhsil alıb və müxtəlif vəzifələrdə çalışıb. Alman faşizminə qarşı döyüşlərdə şücaətlər göstərən Fatma Səttarova yüksək təhsili, dünyagörüşü ilə fərqlənib. Uzun illər dövlət qurumlarında çalışdığı dövrlərdə o, səmərəli fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirib[4]. fevral 2021-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatınin sədri vəzifəsində Tofiq Ağahüseynovu əvəzlədi.[10][11]
2024-cü il sentyabrın 14-də vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.[12] Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfn mərasiminə əklil göndərib.[13] Rusiyanın Azərbaycandakı səfirliyi Səttarovanın vəfatı ilə əlaqədar başsağlığı verib.[14]
Mükafatları
redaktəFatma Səttarova, o cümlədən Rusiyada Böyük Qələbənin 75 illiyi münasibətilə keçirilmiş MDB ölkələrindən olan müharibə iştirakçıları olmuş veteran qadınlar martda "Qalxan və qızılgül" Ümum-Rusiya illik ictimai mükafatının təqdim edilməsi ilə bağlı mərasimə də dəvət edilib. Fatma xanıma Moskvada iki medal — "1941–1945-ci illərin müharibəsində Qələbənin 75 illiyi" və "Vətənin fəxri" medalları ilə təltif olunub.
Respublika Veteranlar Təşkilatında Fatma Səttarovanın anadan olmasının 95 illiyi münasibətilə keçirilmiş tədbirdə Respublika Veteranlar Təşkilatının təsis etdiyi "Veteran Həmrəyliyi" medalı Təşkilatın rəyasət heyətinin qərarı ilə Fatma Səttarovaya təqdim edildi[15].
2021-ci ilin 9 may tarixində, Fatma Səttarovanın şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qaravulu düzülmüşdür.[16]
2022-ci ilin 24 yanvar tarixində, Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Səttarova "İstiqlal" ordeni ilə təltif edildi.[17]
İstinadlar
redaktə- ↑ 1 2 İkinci Dünya müharibəsinin 102 yaşlı veteranı Fatma Səttarova vəfat etdi.
- ↑ "Arxivlənmiş surət". 2024-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-08.
- ↑ Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB.
- ↑ 1 2 "Sovet ordusu ilə Berlinə qədər gedən qəhrəman – Fatma Səttarova" (Azərbaycan dili). ordu.az. 9 may 2020 tarixində arxivləşdirilib.
- ↑ "Veteranlar təskilatı saytı". 2020-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
- ↑ "İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova: Müharibə illərini hər zaman xatırlayıram". azertag.az. 2020-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-09.
- ↑ “Aclıqdan bir dəri, bir sümük qalmışdım” - 100 yaşlı Fatma Səttarova ilə MÜSAHİBƏ
- ↑ "100 yaşlı azərbaycanlı qəhrəman: Leninqrad blokadasından dəhşətli xatirələr - MÜSAHİBƏ". 2024-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-17.
- ↑ Fatma Səttarova: 1941-ci ildə Moskva uğrunda döyüşü hələ də xatırlayıram
- ↑ "Doxsan doqquz yaşında təşkilata sədr seçilən qadın uzunömürlü olmağının sirrini açdı". sputnik.az. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-04.
- ↑ "Veteranlar təşkilatının 100 yaşlı sədri: "İşləməkdən hələ yorulmamışam"". 2023-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-17.
- ↑ "Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB | Report.az". report.az. 2024-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-14.
- ↑ "Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib". Report İnformasiya Agentliyi (az.). 2024-09-14. 2024-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-14.
- ↑ "Rusiya səfirliyi Fatma Səttarovanın vəfatı ilə əlaqədar başsağlığı verib". Report İnformasiya Agentliyi (az.). 2024-09-14. 2024-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-14.
- ↑ "Respublika Veteranlar Təşkilatında Fatma xanım Səttarovanın anadan olmasının 95 illiyi tamam olması münasibətilə keçirilmiş tədbir" (Azərbaycan dili). veteran.gov.az. 22 avqust 2019 tarixində arxivləşdirilib.
- ↑ "İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarovanın şərəfinə hərbi qarovul düzüldü!". İCTİMAİ TV. 09.05.2021. 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.05.2021.
- ↑ Azərbaycan Prezidentinin saytı. "F.H.Səttarovanın "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az ( (az.)). 24.01.2022. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.01.2022.