Faiq Recebov - Wikipedia
Faiq Əbdül oğlu Rəcəbov (tam adı:Rəcəbov Faiq Əbdül oğlu, 19 fevral 1933, Bakı – 3 yanvar 2025) — Azərbaycan Respublikasının bədən tərbiyəsi və idman xadimi[1]
Faiq Rəcəbov | |
---|---|
Faiq Əbdül oğlu Rəcəbov | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, Bakı |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | Bakı |
Dəfn yeri | Bakı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | gimnast |
Mükafatları | Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi |
Həyatı və fəaliyyəti
redaktəFaiq Əbdül oğlu Rəcəbov 1933-cü il fevralın 19-da Bakı şəhərində anadan olub. Artıq erkən yaşlarında gimnastikada uğur qazanmağa başlayıb. O, yeniyetmələr arasında Bakı və Azərbaycan birinciliklərinin, o cümlədən tələbələr arasında keçirilən spartakiadaların çempionu olub. İdman gimnastikası üzrə SSRİ idman ustası olan idmançı Azərbaycanın yığma komandasının üzvü kimi, SSRİ çempionatlarının, SSRİ xalqlarının spartakiadasının iştirakçısı olub. Uzun illər ictimai işlərdə də çalışıb. 1980–1990-cı illərdə Azərbaycan Gimnastikası Federasiyasının prezidenti, 1994–1997-ci illərdə Azərbaycanın Milli Olimpiya Komitəsinin baş katibi və Avropa Komitəsinin Texniki Komissiyasının üzvü olub.
Ailəsi
redaktəFaiq Rəcəbov Azərbaycanın və dünyanın tanınmış şahmatçısı, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbovun babasıdır.
Vəfatı
redaktə2025-ci il yanvarın 3-də vəfat edib.
Təltifləri
redaktə2022-ci ildə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və İdman xadimi fəxri adı ilə təltif edilib.[2]