Faiq Memmedov Professor - Wikipedia
Faiq İsmayıl oğlu Məmmədov (27 noyabr 1929, Gəncə, Gəncə dairəsi – 14 avqust 1987, Kirovabad) — ictimai və elmi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor.
Faiq Məmmədov | |
---|---|
Faiq İsmayıl oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (57 yaşında) |
Vəfat yeri | Kirovabad, Azərbaycan SSR, SSRİ |
Elmi dərəcəsi | |
Elmi adı |
|
İş yeri | |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı İnstitutu |
Mükafatları |
Faiq Məmmədovun elmi-tədqiqat işləri əsasən pambıq toxumçuluğuna aid olmuş, çiyidin səpinə hazırlanması üsulları və səpin sisteminin öyrənilməsinə həsr olunmuşdur. O, pambıq bitkisi toxumçuluğu üzrə bir çox fundamental və tətbiqi işlərin, dərslik, monoqrafiya və onlarla digər kitabın, 50-yə yaxın məqalənin müəllifidir. Onun tərtib etdiyi ümumi əkinçilik üzrə tədris proqramlarından ali təhsil müəssisələrində bu gün də istifadə olunur.
Həyatı
redaktəFaiq İsmayıl oğlu Məmmədov 27 noyabr 1929-cu ildə Azərbaycan SSR-in Kirovabad şəhərində anadan olmuşdur. 1936-cı ildə M.Ə.Sabir adına Gəncə şəhər 5 saylı orta məktəbin birinci sinfinə getmiş, 1946-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. O, 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Meyvə-tərəvəzçilik və üzümçülük” fakültəsinə daxil olmuşdur. 1951-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq “alim-aqronom” ixtisasına yiyələnmişdir.
1959-cu ildə Azərbaycan SSR hökumətinin dəvəti ilə Azərbaycan Kənd Təsərrüfatı nazirliyində seleksiya və toxumçuluq baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1960-cı ildə həmin nazirliyin kadrların hazırlığı baş idarəsininin rəisi vəzifəsinə köçürülmüşdür.
1967-1969-cu illərdə AKTİ-nin partiya komitəsinin katibi, 1969-cu ildə Gəncə şəhər Sovetinin deputatı seçilmişdir.
Faiq Məmmədov 4 avqust 1987-ci ildə 58 yaşında Gəncə şəhərində dünyasını dəyişmişdir.
Elmi-pedaqoji fəaliyyəti
redaktə1951-ci ildə Faiq Məmmədov AKTİ-nin aspiranturasına qəbul olunmuş, 1954-cü ildə aspiranturanı uğurla bitirmişdir. 1955-ci ildə AKTİ-da asistent vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Aspiranturaya daxil olduğu ildən professor N.İ.Malovun rəhbərliyi altında namizədlik dissertasiyası mövzusu üzrə tədqiqatlar aparmağa başlamışdır. 1957-ci ildə SSRİ Ali Təhsil nazirliyi yanında Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
Faiq Məmmədov professor N.İ.Malovun rəhbərliyi altında pambıq toxumunun mərkəzləşmiş qaydada delinterləşdirilməsi (lifaltlığından təmizlənməsi), çeşidləndirilməsi, kalibrləşdirilməsi və müxtəlif preparatlarla işlənməsi istiqamətində aparılan genişmiqyaslı kompleks tədqiqat işlərinin əsas müəlliflərindən biri olmuşdur.
1962-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili nazirliyi yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi dərəcəsinə layiq görülüb. 1964-1966-cı illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının doktorantı olmuşdur. 1972-1973, 1982-1986-cı illərdə AKTİ-nin ümumi əkinçilik kafedrasının müdiri vəzifəsində çalışmışdır.
1973-1980-ci illərdə AKTİ-nin aqronomluq fakültəsinin dekanı olmuşdur. 1976-cı ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi almışdır. 1979-cu ildə Faiq Məmmədov SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının açıq illik kollegiyasında professor adına layiq görülmüşdür. O, əkinçilik üzrə professor adına layiq görülən ilk azərbaycanlı olmuşdur.
Faiq Məmmədov 1980-ci ildən ömrünün sonuna qədər V.İ.Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının doktorluq dissertasiyalarının müdafiəsi üzrə elmi şuranın elmi katibi, 1986-1987-ci illərdə AKTİ-nin qiyabi təhsil üzrə prorektoru olmuşdur.
Faiq Məmmədov ölümündən sonra, 1988-ci ildə Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin (ÜİXTN) gümüş medalına layiq görülüb.
Xatirəsi
redaktə1999-cu ildə Səməd ağa Ağamalıoğlu adına Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyası (ADKTA) və Azərbaycan Ziyalılar Cəmiyyətinin təşkilatçılığı ilə professor Faiq Məmmədovun anadan olmasının 70 illik yubileyi keçirilmişdir. Həmin il ADKTA-nın Elmi Şurasının qərarı ilə Akademiyanın Ümumi əkinçilik kafedrasına onun sabiq müdiri Faiq Məmmədovun adı verilmiş, yüksək tədris göstəriciləri olan və ictimai işlərdə fəal tələbələr üçün professor Faiq Məmmədov adına təqaüd təsis edilmişdir.[1]
2005-ci ilin avqustunda Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun sərəncamı ilə alimin doğulub boya başa çatdığı və ömrünün böyük hissəsini elmi-pedaqoji fəaliyyətlə məşğul olduğu Gəncə şəhərində küçələrdən birinə Faiq Məmmədovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə onun adı verilmişdir.[2]
Mükafatları
redaktə- 1980 — Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 16 dekabr tarixli fərmanı ilə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında, kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə “Azərbaycan SSR-in Əməkdar aqronomu” fəxri adı;
- 1957 — Ümumittifaq Kənd Təsərrüfatı sərgisinin (ÜKTS) iştirakçısı medalı;
- 1969 — Azərbaycan SSR “Zvanie” cəmiyyətinin minnətdarlıq fərmanı;
- 1970 — Sovet İttifaqı Kommunist partiyası Mərkəzi Komitəsinin həftəlik “Ekonomiçeskaya qazeta”nın redaksiya kollegiyasının fəxri fərmanı;
- 1973 — "Sosializm yarışı qalibi” nişanı;
- 1974 — Azərbaycan SSR Kənd təsərrüfatı nazirliyinin Kollegiyasının kənd təsərrüfatı və tədarük işçilərinin həmkarlar RK;
- 1974 — Azərbaycan LKGİ MK-nin fəxri fərmanı;
- 1987 — ÜXTNS-nin Gümüş medalı.
Çap olunmuş əsərləri
redaktə- Исследование сортирования и посева оголенных семян хлопчатника. - Научный отчет за 1952 г. (соавторы: проф. Малов Н.И. и др).
- Техника сортировки и посева оголенных семян хлопчатника. -Труды АзСХИ, т.1, 1954 г (соавторы: проф. Малов Н.И. и др).
- Изучение эффективности некоторых приемов подготовки семян хлопчатника к посеву. - Труды АзСХИ, т. 4, 1957г.
- Изучение эффективности некоторых приемов подготовки семян хлопчатника к посеву. - Кировабадская типография, Автореферат, 1957г.
- Опыты посева хлопчатника калиброванными семенами. -Ж."Хлопководство",№2, 1957 (соавтор: проф.Малов Н.И.).
- Изучение эффективности некоторых приемов подготовки семян хлопчатника к посеву. - АН Узбекской ССР, Рефераты НИР по хлопководству. Ташкент, 1958.
- Система земледелия и организация территорий колхозно-совхозных управлений. - Уч. записки АзСХИ, сер. агрономическая №3,1965 (соавторы: проф. Малов Н.И. и др).
- Агротехнические основы сортирования и калибрования семян хлопчатника. - Уч.записки АзСХИ, сер. агрономическая №5, 1965 (соавторы: проф. Малов Н.И. и др).
- Сравнительное изучение эффективности посева хлопчатника семенами, оголенными химическим и механическим способами. -Материалы науч конф. с/х вузов Закавказья. Уч. записки АзСХИ, сер. агрономическая №2, 1966.
- Новые данные о сроках посева хлопчатника. - Уч.записки АзСХИ, сер. агрономическая №1, 1967 (соавтор: проф. Малов Н.И).
- Эффективность посева хлопчатника семенами, оголенными различными способами. - Уч.записки АзСХИ, сер. агрономическая №1, 1967.
- Сравнительное изучение эффективности посева хлопчатника семенами, оголенными различными способами в условиях тяжелых почв Западной Ширвани. - Сборник науч. Трудов Арм. СХИ. -Материалы объединенной науч сессии Закавказских с/х вузов. -Ереван, 1967.
- Сроки посева хлопчатника семенами, подготовленными различными способами к посеву в условиях тяжелых почв Западной Ширвани. - Уч.записки АзСХИ, сер. агрономическая №2, 1967 (соавтор: Кулиев С.А.).
- Биологическая и хозяйственная изменчивость хлопчатника при интродукции в отличающиеся условия выращивания. -Уч.записки АзСХИ, сер. агрономическая №2, 1967 (соавтор: Кулиев С.А.).
- Важнейшие звенья в системе агротехники хлопчатника -Типография АзСХИ, 1968, проф. Малов Н.И).
- Причины разнокачественности семян хлопчатника Уч.записки АзСХИ, сер. агрономическая №3, 1969.
- Новый прогрессивный метод технологии подготовки семян хлопчатника для посева. - Удостоверение на рац. Предложение № 4, 1970, выданное АзСХИ.
- Сорные растения и меры борьбы с ними - учебное пособие, Типография АзСХИ (соавторы: Алиев С.Д. и др).
- Основы агрономии. - Методическое пособие по лабораторно-практическим занятиям. - Типография АзСХИ, 1972г. (соавторы: Алиев С.Д. и др).
- Производственное значение посева хлопчатника семенами, различных по всхожести классов. - Уч. записки АзСХИ, сер. агрономическая №2, 1973 (соавтор: Кулиев С.А.).
- Экологические требования к семеноводству хлопчатника в Азербайджане - Уч.записки АзСХИ, сер. агрономическая №2, 1973 (соавтор: Кулиев С.А.).
- Причины, снижающие качество посевных семян хлопчатника в Азербайджане и пути его повышения - Труды АзСХИ, вып 1, сер. агрономическая, 1973 (соавтор: Кулиев С. А.).
- Агрегат для подготовки семян хлопчатника к посеву. -Удостоверение на рац. предложение №158, выданное МСХ Аз.ССР, 25.09.1974 г. Баку (соавторы: Мамедалиев М.Р. и др.).
- Биологические особенности семян хлопчатника (уч. пособие) -Типография АзСХИ, 1974, (соавтор: Гусейнов И.Н.).
- Научные основы системы централизованной подготовки семян хлопчатника к посеву - Автореферат докторской диссертации, г.Баку, 1974г. (Научные основы системы централизованной подготовки семян хлопчатника к посеву).
- Методика опытного дела - Методическое пособие . Типография АзСХИ, 1975 (соавтор: Кулиев С.А.).
- Орошаемое земледелие. - Методические указания, Типография АзСХИ, 1977 (соавтор: Набиев К.М.).
- Программа прохождения производственной практики по земледелию. - Типография АзСХИ, 1977 (соавтор: Гусейнов И.Н.).
- Земледелие. - Методические указания. Типография АзСХИ, 1977 (соавтор: Гусейнов И.Н.).
- Изменение конструкции сошника пневматической универсальной сеялки СПЧ - 4-6 (Румынская) Удостоверение на рац. предложение №128 , выданное АзСХИ 29.12.77 (соавторы: проф Мамедалиев М.Р. и др).
- Рекомендации к посеву оголенными сернокислотным способом, сортированными по удельному весу и калиброванными семенами хлопчатника - МСХ Азерб. ССР март 1978 года, г Баку, (соавторы: проф Мамедалиев М.Р. и др.).
- Точный высев (агротехнические требования к точному высеву оголенными серной кислотой, отсортированными и калиброванными семенами). - Календарь сельского труженника. Изд. МСХ Азерб. ССР 1978 г. Баку (соавторы: проф Мамедалиев М.Р. и др).
- Некоторые сведения о селекционной работе кафедры земледелия с хлопчатником. - Труды АзСХИ, вып 4, сер. агрономическая, 1978 (соавторы: Кулиев С.А. и др.).
- Нельзя сжигать жнивьё - Кенд хаяты, №7, 1980, г. Баку (соавтор: доц Р.Мамедов).
- Условия жизни с/х растений и пути урегулирования их в земледелии (уч. пособие) - г. Кировабад, 1984 год.
- Система обработки почвы под различные с/х культуры. -Типография АзСХИ.
- Программа прохождения производственной практики. Типография АзСХИ, 1985 (соавторы: Гюльахмедов Х.О. и др).
- Методика опытного дела. Тетрадь по лабораторно-практическим занятиям. - Типография АзСХИ, 1985.
- Усовершенствование навозоразбрасывателя для локального внесения органических удобрений в междурядьях виноградников. -Удостоверение на рац. предложение №9-86 от 15.05.86г., выданное ректоратом АзСХА (соавторы: Мамедов Д.М., Курбанов К.А., и др.).
- Усовершенствование плуга рыхлителя для обработки широких междурядий виноградников. - Удостоверение на рац. предложение №8-86 от 15.05.86г., выданное ректоратом АзСХА (соавторы: Мамедов Д.М., Багиров С.Х.., и др.).
- Новая технологическая линия сернокислотного оголения семян хлопчатника. - Аннотированный перечень законченных НИР, рекомендованных к внедрению в с/х производство, Кировабад, 1987. Авторское свидетельство №1183572 от 07.10.1985 (соавторы: проф.Мамедалиев М.Р. и др.).
- Технология предпосевной подготовки семян хлопчатника путем сернокислотного оголения. - Аннотированный перечень законченных НИР, рекомендованных к внедрению в с/х производство, Кировабад, 1987. (соавторы: проф.Мамедалиев М.Р. и др.).
- Рекомендации по оголению, сортированию, калиброванию и точному высеву семян хлопчатника. - Госагропром Азерб.ССР, отдел полиграфии. Баку, 1987
İstinadlar
redaktə- ↑ Cümhuriyyət iqamətgahının yerləşdiyi ali məktəb - Aqrar Universitetdən REPORTAJ Arxivləşdirilib 2023-07-10 at the Wayback Machine — Davam.az
- ↑ "Эльдар Азизов подписал распоряжение о переименовании улиц в Гяндже". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-03.
- “Ekoloji kənd təsərrüfatı” jurnalı, № 3, 2010-cu il, səh.6
- Кировобадский рабочий, 29 сентября 1957 г.
- “Respublika” qəzeti, təsisçi: Azərbaycan Prezidenti İşlər İdarəsi, № 280 (2218), səh.5, 4 dekabr 2004-cü il
- “Respublika” qəzeti, təsisçi: Azərbaycan Prezidenti İşlər İdarəsi, № 260 (3688), səh.3, 27 noyabr 2009-cu il
- “Azərbaycan Aqrar Elmi” elmi-nəzəri jurnalı, №3-4, 1999-cu il, səh.156
- “Respublika” qəzeti, təsisçi: Azərbaycan Prezidenti İşlər İdarəsi, № 232 (696), səh.5, 9 noyabr 1999-cu il