Fahrenheit - Wikipedia
Fahrenheit (Şimali Amerikada Indigo Prophecy kimi də tanınır) — Quantic Dream tərəfindən hazırlanan və Atari, Inc. tərəfindən əsasən PlayStation 2 və Xbox platformaları üçün buraxılan interaktiv dram döyüş-macəra janrlı videooyun. Oyunun kəsilmiş və kəsilməmiş formada versiyaları daha sonra Microsoft Windows üçün də yayınlanmışdır. Fahrenheit 1 milyondan çox nüsxə satmış[2] və bir neçə mükafata layiq görülmüşdür.[3] 4 dekabr 2007-ci ildə Atari oyunu Xbox 360 üçün olan versiyasını da yayımlamışdır.[4]
Fahrenheit | |
---|---|
| |
Hazırlayan |
|
Yayımlayan |
|
Anons tarixi | 16 sentyabr 2005 |
Buraxılış tarixi |
|
Janrlar | Döyüş-macəra oyunu |
Yaş reytinqləri | ESRB: M — Mature |
Rejissor | |
Dizaynerlər | Devid Keyc |
Ssenarist | Devid Keyc |
Proqramçı | Giyom de Fonemyer |
Bəstəkar |
|
Texniki məlumat | |
Platformalar | |
Oyun rejimləri | Təknəfərli oyun |
İnterfeysin dili | ingilis dili, fransız dili, alman dili, ispan dili, rus dili[1] |
Daşıyıcı | optik disk, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
Sistem tələbləri | |
İdarəetmə | Klaviatura və siçan |
Rəsmi saytı |
8 noyabr 2011-ci il tarixində Quantic Dream oyunun senzurasız variantını GOG.com saytı vasitəsi ilə PC üçün yayınladı.[5] Oyunun yenidən düzəldilmiş versiyası isə Fahrenheit: Indigo Prophecy Remastered adlandırıldı. Yeni versiya Aspyr tərəfindən hazırlanmış və 2015-ci ilin yanvarında Microsoft Windows, OS X, Linux və iOS üçün yayınlanmışdır. PlayStation 4 üçün uyğunlaşdırılan port isə Sony Interactive Entertainmentdə International Software Development Group tərəfindən təkmilləşdirilmiş, 9 avqust 2016-cı ildə PlayStation Network üzərindən yayına buraxılmışdır.
Fahrenheit Nyu-Yorkda baş verən oxşar yolla törədilən adi insanın anidən vəhşiləşməsi və cəmiyyət daxilində cinayətlər törətməsindən bəhs edən paranormal trillerdir. Hekayənin əsas qəhrəmanları cinayətlərin arxasındakı fövqəltəbii qüvvələri izah etməlidir. Oyun həm də təkmilləşdiricinin təkidi ilə üçüncü şəxs macəra oyunu janrına daxil edilməmiş, ilk dəfə olaraq interaktiv film-oyun janrı adı altında yayımlanan oyun olmuşdur. Oyun həmçinin budaqlanan, şaxəli ssenari xəttinə, hərəkətli animasiya sisteminə, bölünmüş ekran kameralarına və oyunu daha gerçək edən qərəzsiz və realist interfeysə malikdir. Hətta oyundakı hadisə tətikləyicilər belə zaman anlayışına malikdir, bu isə oyunu öz növbəsində dövrünün oyunlarına görə daha çox oyunçudan asılı olaraq inkişaf edən bir oyun edir.
Qəbul
redaktəFahrenheit-in satışları 2008-ci ilin fevralından etibarən 700.000 nüsxəni keçmişdi, bu say 2015-ci ildə isə 1 milyona qədər yüksəldi.[6] Metacritic saytına əsasən, oyun ümumilikdə müsbət rəylər almışdır, belə ki, XBOX versiyası 84/100,[7] PC versiyası 85/100,[8] və PlayStation 2 versiyası isə 83/100 ortalamaya layiq görülmüşdü.[9]
GameSpot-a görə: "Fahrenheit oyunçuya bəzi yerlərdə sinematik oynayış həzzi verir, digər hissələrdə isə, əsasən, olduqca həyəcanlı oyun həzzi verir. Lakin oyun, əsasən, ssenari xəttinə görə məşhurluq qazanmışdır. Ssenari olduqca dərin və mənalıdır və insanı özünə bağlayan axıcılığa malikdir."[10] Oyunun musiqisi isə oyunu bu qədər uğurlu edən digər bir hissədir və bu tərəfinə görə IGN-dən olduqca müsbət rəylər almışdır.[11] Eurogamer qeyd edir ki: "Oyunda bir neçə idarəetmə və kamera kimi məsələlər var idi, lakin demək olar ki, bu oyunu həmin illər içərisində çıxan oyunlar içərisində ən həzz verici, gələcəyə yönümlü oyun hissəsi idi. Biz düşünmürdük ki, bunu deyəcəyik, amma bu oyun macəra janrında olduqca böyük addım idi".[12] Computer Gaming World-dən Con Devidson isə ümumilikdə oyunu durğun bir janrın olduqca parlaq bir yenidən doğumu və interaktiv film-oyun janrının uğurlu qayıdışı hesab edir."[13]
Fahrenheit 2005-ci ildə Computer Games Magazine[14] GameSpot,[15] GameSpy, PC Gamer US,[16][17] və IGN tərəfindən ilin ən yaxşı macəra oyunu hesab edildi.[18] PC Gamer-dən Loqan Deker yazır: "Macəra janrında olan oyunlar üçün məyusedici bir ildə Fahrenheit bütün maneələri parçaladı və janrın görkəmini özünə qaytardı".[17] Fahrenheit GameSpot-dan "Ən yaxşı hekayə" xüsusi mükafatını qazandı və saytın "Ən yaxşı musiqi", "Ən yaxşı dublyaj", "Ən innovasiyalı oyun" və "Ən yaxşı oyun mexanikası" kateqoriyalarında əsas mükafata namizəd olaraq göstərildi.[15] 2008-ci ildə Fahrenheit Game Informer-in ən yaxşı 10 videooyun siyahısında yer aldı.[19]
2011-ci ildə Adventure Gamers Fahrenheit-i tarixin ən yaxşı 57-ci macəra oyunu kimi qeyd etdi.[20]
"Remastered" versiyası
redaktəFahrenheit: Indigo Prophecy Remastered PC üçün olduqca müxtəlif,[21] iOS üçün isə müsbət rəylər aldı.[22] IGN-dən Deyv Rudden bildirdi ki, oyunda daha böyük yüksəltmələr ola bilərdi, oyunun hələ də axıcı olan ssenarisini təriflədi, maraqlı kriminal konsepti, fərqli obrazları, yaradıcı dialoq sistemi və dublyajı olduğunu bildirdi. Digər tərəfdən isə düymələrlə idarəetməni və oyundakı proqram səhvlərinin (ing. software bug) əsas problem olduğunu söylədi.[23] TouchArcade qeyd edir ki: "Oyun öz ssenari xətti, sirli qəhrəmanları, vizual və səs effektləri ilə olduqca uğurludur, lakin digər konsol portları kimi çətin idarəolunandır".[24]
İstinadlar
redaktə- ↑ КупиГолос (rus.).
- ↑ "Rəsmi baxış". Quantic Dream. 14 iyul 2018. 2018-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2019.
- ↑ Makqarvi, Sterlinq. "Heavy Rain izlənimi". G4 TV. 10 fevral 2010. 2018-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2019.
- ↑ Melani Qrili. "Indigo Prophecy XBOX üçün yayınlandı". Adventure Gamers. 2018-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
- ↑ "Yeni yayın: Fahrenheit (Indigo Prophecy)". CD Projekt. 8 noyabr 2011. 2018-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
- ↑ "Fahrenheit". Quantic Dream. 12 mart 2019 tarixində arxivləşdirilib.
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;MCXBOX
adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;MCPC
adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;MCPS2
adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;GSpot
adlı istinad üçün mətn göstərilməyib - ↑ Çarlz Onyet. "Indigo Prophecy Oynayışı". IGN. 1 oktyabr 2005. 2012-02-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2019.
- ↑ "Arxivlənmiş surət". 2021-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-14.
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;cgw
adlı istinad üçün mətn göstərilməyib - ↑ Staff. "2005-in ən yaxşıları (və pisləri); 15-ci illik kompüter oyunları müsabiqəsi". Computer Games Magazine (184). Mart 2006: 42–47.
- ↑ 1 2 Staff. "2005-in ən yaxşıları (və pisləri)". GameSpot. iyun 28, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: mart 14, 2019.
- ↑ Staff. "2005: İlin oyunu; PC-də ilin macəra oyunu -- Indigo Prophecy". GameSpy. dekabr 23, 2005 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: mart 14, 2019.
- ↑ 1 2 Loqan Deker. "12-ci illik PC Gamer mükafatları". PC Gamer US. 13 (3). Mart 2006: 33–36, 38, 40–42, 44.
- ↑ Staff. "2005: İlin oyunu; PCdə ilin macəra oyunu". IGN. yanvar 26, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: iyul 22, 2018.
- ↑ "Ən yaxşı 10 oyun debütü," Game Informer 187 (Noyabr 2008): 38.
- ↑ Staff. "Ən yaxşı 100 macəra oyunu". Adventure Gamers. dekabr 30, 2011. mart 14, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: mart 14, 2019.
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;PCRem
adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;iOSRem
adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;DaveIGN
adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;TA
adlı istinad üçün mətn göstərilməyib
Xarici keçidlər
redaktə- fahrenheit-game.com — Rəsmi saytı