Fereh Eliyeva - Wikipedia
Fərəh Şirməmməd qızı Əliyeva (7 sentyabr 1961, Bakı) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq rektoru (2014–2018), sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2017).
Fərəh Əliyeva | |
---|---|
vəzifə təsis olunub – 29 noyabr 2019 | |
11 may 2018-ci il – 29 noyabr 2019 | |
Əvvəlki | Fatma Abdullazadə |
Sonrakı | vəzifə ləğv olunub |
2 may 2014-cü il – 11 may 2018-ci il | |
Əvvəlki | Timuçin Əfəndiyev |
Sonrakı | Ceyran Mahmudova |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 sentyabr 1961 (63 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | alim |
Atası | Şirməmməd Hüseynov |
Elmi fəaliyyəti | |
Elm sahəsi | sənətşünaslıq |
Elmi dərəcəsi | sənətşünaslıq üzrə elmlər doktoru |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFərəh Şirməmməd qızı Əliyeva 7 sentyabr 1961-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən bu ali məktəbdə çalışıb, dərs deyib, Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanı olub. 1986–1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildən 2006-cı ilə kimi Bakı Musiqi Akademiyasında Elmi katib vəzifəsində çalışıb.
1994-cü ildə "XX əsrin 60–70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsi alıb. 1995-ci ildən dosent, 2005-ci ildən professor adına layiq görülüb. 2008-ci ildə isə "XX əsrin birinci yarısının tarixi inkişaf kontekstində Azərbaycan musiqi mədəniyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Fərəh Əliyeva həm də Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının musiqişünaslıq və incəsənət bölməsinin üzvü və elmi katibidir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
"Azərbaycan musiqisində üslub axtarışları" elmi monoqrafiyasının, dərsliklərin ("Musiqi ədəbiyyatı", həmmüəllif A. Tağızadə, B., 1994; "Musiqi" həmmüəlliflər T. Babayeva, S. Qurbanəliyeva, B., 2001), çoxsaylı elmi məqalələrin müəllifidir. Tədqiqatçı kimi Fərəh Əliyeva XX əsr Azərbaycan musiqisi, bəstəkar yaradıcılığı, müasir musiqi problemlərində ixtisaslaşıb. Onun Ü. Hacıbəyli, A. Zeynallı, Q. Qarayev, F. Əmirov, A. Əlizadə, F. Qarayev, F. Əlizadə, R. Həsənova, S. Ələsgərov, C. Cahangirov, T. Quliyev, R. Behbudov və başqa bəstəkarlar, ifaçılar haqqında məqalələri işıq üzü görüb.
2 may 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib[1]. 3 mart 2017-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.[2] 11 may 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiridir.[3]
6 avqust 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Fərəh Əliyeva "Şöhrət" ordeni ilə təltif olunub.[4]
Professor Şirməmməd Hüseynovun qızıdır.
Kitabları
redaktə- Fərəh Əliyeva. Azərbaycan musiqisində üslub axtarışları. Bakı, 1996.
- F. Əliyeva, A. Tağızadə. Musiqi ədəbiyyatı. Bakı, 1994.
- F. Əliyeva, T. Babayeva, S. Qurbanəliyeva. Musiqi. Bakı, 2001.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Arxivlənmiş surət". 2019-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-06.
- ↑ President.az. "Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 03.03.2017. 2018-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-03.
- ↑ "Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinə müdir təyin edilib". 2018-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
- ↑ "F.Ş.Əliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-06.