Fuzuli Seheri - Wikipedia
Füzuli — Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli şəhər inzibati ərazi dairəsində şəhər,[2] Füzuli rayonunun inzibati mərkəzi. 1827-ci ilə qədər kənd olmuş və Qarabulaq adını daşımış, həmin il rus ordusunun polkovniki Pavel Karyaginin şərəfinə Karyagin adlandırılmış və şəhər statusu verilmişdir. 1959-cu ilin aprelində şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun və şəhərin adı dəyişdirilərək Füzuli adlandırılmışdır.[3] Bakıdan 310 km cənub-qərbdə yerləşir. 2023-cü ilin sonuna şəhərin əhalisi 1298 nəfərdir.
Şəhər | |
Füzuli | |
---|---|
39°36′01″ şm. e. 47°08′35″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1827 |
Mərkəzin hündürlüyü | 416 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəFüzuli şəhərinin 1403-cü ildən 1905-ci ilədək adı Qarabulaq olub. Qarabulaq kəndi Səfəvilər dönəmində Dizaq qəzasına bağlı şenliklərdən biri idi. Kənd ərazisi Səfəvilər dövlətinin son dönəmində Cavanşir elinin qışlağı olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağının adı çəkilir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağı haqqında bilgi var. Qarabulaq kəndi XIX yüzilin sonu, XX yüzilin önlərində el arasında "Malaqan bazarı" adlanırdı. Sonralar çar polkovniki Karyaginin şərəfinə Karyagin adlandı. Karyagin böyüyüb, şəhər statusu aldı. 1906-cı ildən 1918-ci ilədək qəza, sonra isə rayon mərkəzi oldu. 1959-cu ildə böyük Azərbaycan şairi Mövlana Məhəmməd bin Süleyman Füzulinin şərəfinə Füzuli adlandı.[4]
Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir. 1959-cu ildə böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılmışdır. Rayonun ərazisi 1386 kvadrat kilometr, əhalisi isə 105 min nəfərdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir. Avqust ayının 23-ü 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdur. İşğal dövründə Füzuli praktiki olaraq yalnız dağıntılar və minalardan ibarət bir kabus şəhər idi.[5]
17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[6] İşğaldan azad edildikdən sonra şəhərin yenidən qurulmasına başlanmışdır. Yenidənqurma nəticəsində Füzuli şəhərinin inzibati ərazisinin 1.943 hektara, əhalisinin 50.000 nəfərə çatacağı nəzərdə tutulur. Şəhərin Baş Planında qeyd edilib ki, rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binalarının, həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin layihələndirilməsi, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonaların yaradılması təklif edilir.[7] Hər il 17 oktyabr "Füzuli şəhəri günü" kimi qeyd edilir.
Tarixi abidələr
redaktəFüzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar. Qarğabazar kəndində, Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə Qiyas əd-Din məscidi yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır.
Tanınmış şəxsləri
redaktə- Anar Əsədov — İkinci Qarabağ müharibəsi şəhidi.
- Fikrət Sulduz oğlu Məmmədov --- İkinci Qarabağ müharibəsi şəhidi, tankçı
Qardaş şəhərlər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Füzuli şəhərinə yola salınmış ilk köç mənzil başına çatıb.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
- ↑ [1] [ölü keçid]
- ↑ "30 illlik Azərbaycan-Ermənistan müharibəsindən sonra Qarabağda bərpa prosesi". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 28 sentyabr 2021. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2021.
- ↑ "Füzuli azad edildi - Ali Baş Komandan elan etdi + Video". qafqazinfo.az (az.). 17 oktyabr 2020. 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2020.
- ↑ "Füzuli şəhərinin əhalisi 50 000 nəfərə çatacaq - Baş Plan". Milli.Az (az.). 12 aprel 2023. 2023-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2023.