Eyr - Wikipedia
Eyr - Haqqında Məlumat
Eyr-Nort — Avstraliyada ən böyük axarsız şor göl. Materikin quraq, səhralı cənub hissəsində, dəniz səviyyəsindən 16 m aşağıdadır. Yalnız yayda, ona çaylar töküldüyü vaxt su ilə dolur. Bu dövrdə sahəsi təqribən 15000 km²-ə çatır. İlin başqa fəsillərində quruyaraq, şoranlığa çevrilir. 1840-cı ildə gölü kəşf etmiş ingilis səyyahı C. Eyrin şərəfinə adlandırılmışdır.
Eyr | |
---|---|
ing. Eyre Lake | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | -16 m |
Eni | 65 km |
Uzunluğu |
|
Sahəsi | 9500 km² |
Həcmi | 30,1 km³ |
Dərin yeri | 6 m |
Orta dərinliyi | 1,5 m |
Yerləşməsi | |
28°22′00″ c. e. 137°22′00″ ş. u.HGYO | |
Ölkə | Avstraliya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mənbə
redaktə- Azərbaycan sovet ensiklopediyası Bakı 1979.