Ernst Haynrihzon - Wikipedia
Ernst Haynrihzon (13 may 1920, Berlin, Veymar Respublikası - 29 oktyabr 1994, Qoldbax, Almaniya) - alman hüquqşünası, mühafizə dəstəsi, fransız yəhudilərinin ölüm düşərgələrinə deportasiya edilməsinə görə məsuliyyət daşıyan nasist cinayətkarlarından biri. Müharibədən sonra Bavariyanın Burqstadt şəhərinin meri oldu.
Ernst Haynrihzon | |
---|---|
alm. Ernst Heinrichsohn | |
Doğum tarixi | |
Doğum yeri | Berlin, Almaniya |
Vəfat tarixi | (74) Qoldbax (Aşağı Frankoniya), Aşağı Frankoniya, Bavariya, Almaniya (74 yaşında) |
Fəaliyyəti | vəkil |
Partiyası | |
Üzvlüyü |
Haqqında
redaktəErnst Haynrihzon 1920 - ci il mayın 13-də müəllim ailəsində anadan olub. Berlində xalq məktəbində və gimnaziyasında oxuyub. 1939-cu ildə magistraturaya imtahan verib. 1939-cu il sentyabrın 1-də o, Vermaxt sıralarına çağırıldı və Polşa kampaniyasında iştirak etdi, lakin sonradan səhhətinə görə xidmətdən azad edildi. 1940-cı ildə Berlində hüquq təhsili almağa başladı, lakin tezliklə Reyx Təhlükəsizliyinin Baş İdarəsinə daxil oldu. 1940-cı ilin sentyabrında Teodor Dannekerin rəhbərliyi altında Parisdə SD şöbəsinin yəhudi bölməsinin kursantı və üzvü oldu. Hainz Rötke onun müdiri oldu. 1942-ci ildə Haynrihzon on minlərlə fransız yəhudisinin Auşvitz həbs düşərgəsinə deportasiyasını təşkil etmişdir. 30 sentyabr 1942-ci ildə nəqliyyat gecikdikdə yəhudilərin Dransi tranzit düşərgəsindən getməsinə müntəzəm nəzarət edən Haynrihzon fransız senatoru Pyer Masseni də (1879-1942) Auşvitz həbs düşərgəsinə sürgün etdi. Başqa bir 45 nömrəli nəqliyyat üçün, 11 noyabr 1942-ci ildə deportasiya edilənlərin sayını artırmağ məqsədi ilə Rotşild xəstəxanasından yaşlı insanlar seçdi. 1944-cü ildə Berlində Reyx Təhlükəsizlik Baş İdarəsinə geri çağırıldı. Müharibənin son həftələrində SS Qoşunlarının "Prins Ogen" diviziyasına qoşuldu.
Müharibədən sonra
redaktə1945-ci il iyunun əvvəlində o, Bürqştadtda amerika qoşunları tərəfindən həbs edilmiş və Hammelburqda internasiya olunmuşdu. 1946-cı ilin dekabrında buraxılmışdır. Denazifikasiya proseduru zamanı o, IV qrupa təyin edilib. Sonra Vürzburqda hüquq təhsilini davam etdirib və 1953-cü ildə birinci, 1956-cı ildə isə ikinci dövlət imtahanını verib. 1958-ci ildən Miltenberqdə vəkil işləyib və Xristian Sosial Birliyinin (CSU) üzvü olub. 1952-ci ildə həyat yoldaşının doğulduğu Bürqstadt merinin müavini seçildi. 1960-cı ildə Bürqstadtın Miltenberqlə birləşməsinin qarşısını ala bildiyi üçün bələdiyyə sədri oldu və vətəndaşlar arasında yaxşı reputasiya qazandı. Bundan əlavə, Miltenberq şəhərinin regional şurasının üzvü idi. 1956-cı il martın 7-də Fransada qiyabi ölüm cəzasına məhkum edildi. 1976-cı ildə fransız tarixçisi və Holokostdan sağ çıxmış Serj Klarsfeldin təşəbbüsü ilə Haynrihzonun müharibə illərindəki fəaliyyəti ictimaiyyətə açıqlandı. Lakin o, şura qarşısında inadla bəyan etdi ki, “Haynrihzon” Gestapo işçisi deyil. Onun ifadələri icma və CSU-nun şurası tərəfindən qəbul edilib, baş katibi istintaqın gedişinə müdaxilə etmək istəməyib.
Hələ məhkəmə prosesi başlamamışdan əvvəl Haynrihzon 85% səslə yenidən bələdiyyə sədri seçildi və SPD-dən namizədliyini irəli sürdü. Bamberq Ali Regional Məhkəməsi 1977-ci ildə Klarsfeld və onun həyat yoldaşı tərəfindən dərc edilmiş ittiham sənədlərini tanımırdı. 1978-ci ilin iyununda Miltenberq şəhərində Serj Klarsfeld və 80-ə yaxın fransızın təşkilatçılığı ilə siyasi nümayiş keçirildi. 1978-ci ilin iyununda Miltenberq şəhərində Serj Klarsfeld və 80-ə yaxın fransızın təşkilatçılığı ilə siyasi nümayiş keçirildi. Onlar Svastika ilə Haynrihzonunun hüquq bürosunu dağıdıblar, “Frans Josef Strauss nasist cinayətkarı Haynrihzonu müdafiə edir” yazılmış plakat açıblar və hüquq firmasının reklam lövhəsini cırıblar.
Mühakimə
redaktə1979-cu ildə Haynrihzon, Kurt Lişka və Herbert Hagen ilə birlikdə "qəsdən və qanunsuz, qəddar və motivsiz cinayət ortaqları" ilə ittiham olundu. İttiham tarixçi Volfqanq Şefflerin yazdığı hesabata əsaslanıb. Serj Klarsfeld Parisdə tapılan həm iddiaçılardan, həm də gestapo fayllarından sənədlər toplusunu toplayıb. Haynrihzonun yunan yəhudilərinin deportasiyasında və yəhudi uşaqlarının Fransadan deportasiya olunmasında iştirakçı olmuşdur. Haynrihzonun vəkili Rihard Hut Serj Klarsfeldin fransız yəhudiləri adından danışmaq hüququnu rədd etdi. Haynrihzon məhkəmədə bildirib ki, yəhudilərin qətli barədə yalnız müharibədən sonra xəbər tutub. Lakin şahidlər onun şəxsiyyətini müəyyən ediblər, azyaşlı uşaqların və xəstələrin deportasiyasında iştirakı sübuta yetirilib. 1980-ci il fevralın 11-də Köln vilayət məhkəməsi Haynrihzonu 6 il müddətinə azadlıqdan məhrum edib. Bürqstadtlılar müraciət zamanı onun sərbəst hərəkət etməsinə icazə vermək üçün 200.000 DM məbləğində girov yığdılar. Amma yenə də 1980-ci ilin martında qaçmaq təhlükəsi ilə bağlı həbs olundu. 16 iyul 1981-ci ildə federal konstitusiya məhkəməsi hökmü qüvvədə saxladı. 3 iyun 1982-ci ildə Bamberq Ali Regional Məhkəməsi Haynrihzonu vaxtından əvvəl azadlığa buraxır. Haynrihzon özünü təqsirli bilməyib. O, Modest fon Korfun məhkəməsində ifadə verərək yenə yəhudilərin qətli haqqında heç nə bilmədiyini bəyan etdi. Daha sonra həyat yoldaşı ilə Bürqstadtda yaşayıb. 1994-cü ildə vəfat edib.
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Serge Klarsfeld. Vichy — Auschwitz die «Endlösung der Judenfrage» in Frankreich. — Darmstadt: Wissenschaftliche Buchgesellschaft, 2007. — ISBN 978-3-534-20793-0.
- Bernhard Brunner. Der Frankreich-Komplex. Die nationalsozialistischen Verbrechen in Frankreich und die Justiz der Bundesrepublik Deutschland. — Göttingen: Wallstein Verlag, 2004. — ISBN 3-89244-693-8.
- Ahlrich Meyer. Täter im Verhör. Die «Endlösung der Judenfrage» in Frankreich 1940—1944. — Darmstadt: WBG, 2005. — ISBN 3-534-17564-6.
- Claudia Moisel. Frankreich und die deutschen Kriegsverbrechen. Die strafrechtliche Verfolgung der deutschen Kriegs- und NS-Verbrechen nach 1945. — Göttingen: Wallstein Verlag, 2004. — ISBN 3-89244-749-7.
- Michael Mayer. Staaten als Täter. Ministerialbürokratie und «Judenpolitik» in NS-Deutschland und Vichy-Frankreich. — München: R. Oldenbourg Verlag, 2010. — ISBN 978-3-486-58945-0.
- Rudolf Hirsch. Um die Endlösung. Prozessberichte über den Lischka-Prozess in Köln und den Auschwitz-Prozess in Frankfurt/M. — Rudolstadt: Greifenverlag, 1986. — ISBN 3-320-02020-X.