Enliyarpaq Zengciceyi - Wikipedia
Enliyarpaq zəngçiçəyi (lat. Campanula latifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin zəngçiçəyi cinsinə aid bitki növü.
Enliyarpaq zəngçiçəyi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Enliyarpaq zəngçiçəyi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki xarakteristikası
redaktəHündürlüyü 1 m-dən yuxarı, gövdəsi düz, sadə, çılpaq və ya kifayət qədər seyrək tüklüdür, uzununa-zolaqlı çoxillik ot bitkisidir. Kökü liflidir, südlü şirəsi vardır. Yarpaqları çılpaq, bəzən nahamar olur, uzunluğu 7–12 sm, eni 3–6 sm-dir, alt tərəfdən tutqundur, kənarları qeyri-müntəzəm iki növ mişarvaridir; kökətrafı yarpaqlar yumurtaşəkilli-uzunsovdur, qaidə hissəsi ürəkşəkillidir, gövdə yarpaqlarına nisbətən daha uzun dişlidir; aşağı gövdə yarpaqları qısa saplaqlı, yumurtaşəkilli və sivriləşmişdir, yuxarı yarpaqlar oturaq, daha ensiz və demək olar ki, tamkənarlıdır. Çiçəkləri iridir, saplaqlıdır, yuxarı yarpaqların qoltuğunda bir ədəd olmaqla yerləşmiş, düzdür, ensiz, demək olar ki, sünbülşəkilli və nisbətən seyrəkçiçəkli salxım əmələ gətirəndir. Tac göy və ya bəzən, demək olar ki, ağ rəngdədir. Uzun yumşaq tüklərdən ibarət olan qıfşəkilli daxili şırımlıdır. Qutucuq üç deşiklə açılır, yumurtaşəkilli və enəndir. Toxumları yumurtaşəkilli, yastıtəhər və tutqun-sarı rəndədir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Azərbaycanda yayılması
redaktəBQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi. Yuxarı meşə və subalp qurşağında.
Yaşayış mühiti
redaktəYarpaqlı və qarışıq meşələrdə, subalp yüksəkotluqlarda rast gəlinir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Drymocodon latifolium (L.) Fourr.
- Trachelioides latifolia (L.) Opiz
Yarımnövləri
redaktə- Campanula latifolia subsp. latifolia
- Campanula latifolia subsp. megrelica (Manden. & Kuth.) Ogan.
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 165.