Endru Karnegi - Wikipedia
Endryu Karnegi (25 noyabr 1835[1][2][…], Danfermlin[d], Fayf[d] – 11 avqust 1919[1][2][…]) — Şotland əsilli ABŞ xeyriyyəçisi. Karnegi Mellon Universitetinin yaradıcısı
Endrü Karnegi | |
---|---|
ing. Andrew Carnegie | |
Doğum tarixi | 25 noyabr 1835[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 11 avqust 1919[1][2][…] (83 yaşında) |
Vəfat səbəbi | bronxopnevmoniya[d] |
Fəaliyyəti | xeyriyyəçi, biznes maqnatı, iqtisadçı, sənayeçi, tacir, sahibkar, yazıçı |
Partiyası | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBu məqaləni vikiləşdirmək lazımdır. |
Artıq 103 ildir ki, dünyada Karnegi İnstitutu fəaliyyət göstərir. Yaradıcısının adı dünya biznes və xeyriyyəçilik tarixində ən əhəmiyyətli yerlərdən birini tutan institutun əsası 1902-ci il yanvarın 28-də Vaşinqtonda qoyulub. Endryu Karnegi yalnız iri sənayeçi və məşhur filonttrop deyil, həm də maliyyə uğuru qazanmış insanların sosial məsuliyyəti barədə konsepsiyanın yaradıcısı idi.
Onun arzusu meritokratiyanın baş rolu öz istedad və enerjisinin sayəsində böyük uğurlar qazana bilmiş ləyaqətli fərdlərin oynayacağı cəmiyyətin qurulması idi. Çünki özü ali cəmiyyətdə kimsənin köməyi olmadan fərdi qabiliyyəti hesabına yer tuta bilmişdi.
Şotlandiyadan ABŞ-yə mühacirət etmiş fəhlə ailəsində dünyaya göz açan Karneginin biznesin zirvələrinə yolu 1848-ci ildə həftədə 1 dollar 25 sent qazancla başlamışdı. 13 yaşlı oğlan Pitsburqdakı pambıq fabrikində məhz bu qədər məvacib alırdı 14 yaşında Endryu teleqrafçı, daha 3 il sonra isə Pensilvaniya dəmiryol idarəsinin rəisi Tomas Skottun şəxsi katibi olur. 1859-cu ildə 24 yaşlı Endryu artıq Tomas Skotun yerini tutur və sərmayəçilik planlarını reallaşdırmağa başlayır.
Dəmiryol vaqonları kompaniyasına onun qoyduğu ilk sərmayə Karnegiyə 5 min dollar qazanc gətirir. Daha bir neçə sərmayədən sonra isə o vaxtlar üçün çox nəhəng pul ildə 42 min dollar qazanır.
Karneginin bioqrafiyasında növbəti şərəfli səhifə poladtökmə zavodları ilə bağlıdır. Dünya iqtisadiyyatının polada olan ehtiyacı ildən ilə durmadan artacağını proqnozlaşdıran 35 yaşlı Karnegi 1873-cü ildə özünün poladəritmə biznesini "Edqar Tomson Vorks" şirkətini yaradır.
Karnegi çox qabiliyyətli idarəçi idi. O kömür və filiz mədənləri, habelə poladı daşımaq üçün dəmir yolu və dəniz kompaniyalarını alaraq ilk dəfə "istehsalın şaquli inteqrasiyası" prinsipini reallaşdırdı. Müəssisələrində polad istehsalının ən yeni üsulları tətbiq olunurdu elə Marten sobaları da ilk dəfə onun zavodlarında tətbiq edilməyə başlamışdı.
1889-cu ildə Karnegi holdinqini ABŞ-nin polad istehsalı bazarında ən böyük kompaniya olan "Karnegi stil"də birləşdirdi. XX əsrin başlanğıcında "Karnegi stil"in təmiz illik gəliri 40 milyon dollara bərabərdi. Bu gəlirdə Karneginin şəxsi payı isə ildə 25 milyon dollar idi.
Bu qədər sərvəti olanlar özlərinə heç bir əziyyət vermədən illik gəlir, yaxud renta hesabına sakitcə dolanırdılar. Karnegi də bu cür etsəydi, başqaları kimi onun da adı gəlib bu günə çatmazdı. 33 yaşı olanda öz həyatının məqsədini bu cür xarakterizə edir. normal yaşamaq üçün bəs edəcək pulu xərcləmək, yerdə qalan hamısını isə xeyriyyəçiliyə sərf etmək Filantropluq deyəndə isə o, pulu, sadəcə, yoxsullara paylamağı yox, inkişaf üçün şəraiti olmayan istedadlı şəxslərin inkişafına imkan yaratmağı nəzərdə tuturdu. Bu fikirlərini o, işgüzar dairələrdə çox soyuq, hətta düşmənçiliklə qarşılanan "Rifahın İncili" əsərində təsvir etmişdi. 1901-ci ildə hamını təəccübləndirərək Karnegi öz imperiyasının ən gəlirli hissəsini – "Karnegi stil"i 450 milyon dollara satdı və dünyanın ən zəngin adamına çevrildi. Pulları isə xeyriyyəçiliyə sərf etməyə başladı.
Endryu Karneginin yaratdığı bütün xeyriyyə fondları, muzey və qalereyaların adlarını sayıb-qurtarmaq çətindir. O bu işlərə sərvətinin düz 90 faizini sərf etdi. Maarifçiliyə qoyduğu pul da çox böyükdür. ABŞ, Böyük Britaniya və Avstraliyada Karneginin vəsaiti ilə 2509 kütləvi kitabxana yaradıldı. Hazırda amerikalıların 40 faizi biliklərini Karneginin kitabxanalarında zənginləşdirirlər, onun özü isə "kitabxanaların müqəddəs qəyyumu" titulu daşıyır.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Andrew Carnegie // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 https://www.newspapers.com/image/466222580/?terms=Andrew%2BCarnegie%2Brepublican.
- ↑ 1 2 NNDB (ing.). 2002.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |