Elmi Eserler Jurnal Amea Iqtisadiyyat Institutu - Wikipedia
AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" jurnalı — Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda ildə 6 dəfə nəşr olunan elmi jurnaldır[1]. Jurnalın baş redaktoru AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli (İmanov), baş redaktorun müavini f.e.n., dos. Mayis Gülaliyev, məsul katib isə Gülnarə Məmmədovadır.
AMEA İqtisadiyyat İnstutunun "Elmi Əsərlər" jurnalı | |
---|---|
Baş redaktor | AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., prof. Nazim Müzəffərli (İmanov) |
Növ | Elmi |
Dövrilik | ildə 6 dəfə |
Təsisçi | AMEA İqtisadiyyat İnstitutu |
Təsis tarixi | 2008 |
Ölkə | Azərbaycan |
Qərargah | AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 115. www.economics.com.az |
Dil | azərbaycan, rus, ingilis |
ISSN | 2519-4909 |
Beynəlxalq Standart Seriya nömrələri:
- Çap nəşri üçün: ISSN 2519-4909 [2]
- Onlayn versiyası ücün: E-ISSN 2519-4917
Jurnal barədə
redaktəRegional inkişafın təmin edilməsində sosial-iqtisadi problemlərin həlli üzrə nəzəri və metodoloji tədqiqatların aparılması üçün müzakirə platformasının yaradılması məqsədilə AMEA-nın İqtisadiyyat İnstitutu tərəfindən 2008-ci ildə təşkilatın "Elmi Əsərlər" jurnalı təsis edilmişdir.
Əsasən iqtisadçı alimlər, doktorant və dissertantlar, eləcə də elmi fəaliyyətlə məşğul olan digər bütün əməkdaşlar tərəfindən aparılan tədqiqatların nəticələrinin toplandığı bu nəşrdə, həmçinin İnstitut tərəfindən həyata keçirilən müxtəlif tədqiqat layihələrinin nəticələri də işıqlandırılır.
AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" jurnalı resenziyalı elmi jurnaldır. Ölkə daxilində və eyni zamanda beynəlxalq miqyasda bu sahədə rəqabətliliyin artırılması, həmçinin Azərbaycanın və dünyanın aparıcı ölkələrinin elmi ictimaiyyətində maraq doğurması jurnalın qarşısında duran ən vacib məsələlərdəndir. Bu istiqamətdə tədbirlər planı hazırlanır və mərhələli şəkildə işlərin intensivliyinin artırılması nəzərdə tutulmuşdur.
Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadiyyat elmləri üzrə elmi nəşrlər siyahısına daxildir.[3] Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alinmışdır. (Reyestr №3402)
Jurnal aşağıdakı beynəlxalq elmi məlumat bazalarına daxildir:
Məqsəd və vəzifələri
redaktəAMEA İqtisadiyyat İnstitutunun “Elmi əsərlər” jurnalı nəşrə başladığı vaxtdan etibarən iqtisadiyyat elmi üzrə tədqiqatların nəticələrini özündə əks etdirən aktual, müasir və orijinal məqalələrlə elmi biliklərin təbliğində xüsusi rol oynayır. Jurnalının nəşr edilməsində əsas məqsədi yüksək elmi keyfiyyət kriteriyalarına cavab verən orjinal iqtisadiyyat sahəsində əldə edilən uğurların, tədqiqatların, aktual istiqamətlərin müəyyənləşdrilməsi, respublikamızda və dünyada iqtisadiyyat sahəsində əldə edilmiş son nailiyyətlərin elmi ictimaiyyətə çatdırılmasıdır. Bu baxımdan jurnalda Azərbaycan iqtisadiyyatı üçün prioritet istiqamətləri əhatə edən məqalələrə - yeni (postneft) iqtisadiyyatın normativ-hüquqi bazasının formalaşdırılması, prosesin gedişində sosial-iqtisadi münasibətlərin yeni iqtisadiyyata uyğunlaşdırılması, qeyri-neft sahələrinin inkişafı ilə bağlı islahatların səmərəliliyinin artırılması və s. istiqamətlərdə araşdırmaların aparılması, həmçinin Azərbaycan iqtisadiyyatı üçün önəmli olan beynəlxalq təcrübənin üzə çıxarılması, postneft iqtisadiyyatı quruculuğunun sürətləndirilməsi üçün zəruri islahatların həyata keçirilməsinə dair təklif və tövsiyələrin hazırlanması ilə bağlı məsələlərin tədqiq olunduğu məqalələrə əhəmiyyətli yer ayrılır.
Jurnalda əks olunan mövzular
redaktəAMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" jurnalında dərc olunan məqalələrdə bir çox aktual mövzulara toxunulur. Həmin mövzuların əhatə dairəsini iqtisadiyyatın əsas sahələri üzrə aşağıdakı şəkildə qruplaşdırmaq olar:
- İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi
- Dövlət tənzimlənməsinin metodoloji problemləri
- İqtisadi tədqiqatların riyazi təminatı
- Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər
- Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri
- Sənaye siyasəti və investisiya problemləri
- Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri
- Xidmət sahələrinin inkişafı problemləri
- Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri
- Həyat səviyyəsinin sosial-iqtisadi problemləri
- İnnovasiya menecmenti və elmin inkişafı problemləri
- Maliyyə, pul-kredit siyasəti
Redaksiya Şurası
redaktəJurnalın Redaksiya Şurasına müvafiq sahələr üzrə Azərbaycanın görkəmli alimləri və elm xadimləri daxildir:
- Ziyad Səmədzadə - akademik
- Şahbaz Muradov - AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor
- Akif Musayev - AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor
- Əli Nuriyev - AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor
- Şəmsəddin Hacıyev - iqtisad elmləri doktoru, professor
- Eldar İsmayılov - GMEA-nın xarici üzvü, professor
- Ədalət Muradov - iqtisad elmləri doktoru, professor
- Səlim Müslümov - iqtisad elmləri doktoru, professor
- Vahid Novruzov - iqtisad elmləri doktoru, professor
Redaksiya Heyəti
redaktəJurnalın Redaksiya Heyətində tanınmış alimlər təmsil olunur:
- Gülşən Yüzbaşiyeva – iqtisad elmləri doktoru, professor
- Tofiq Hüseynov – iqtisad elmləri doktoru, professor
- Rəna Sultanovа – iqtisad elmləri doktoru, professor
- Allahyar Muradov – iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent
- Rəsmiyyə Abdullayeva – iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent
- Cəlil Quliyev – iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent
- Mayis Gülaliyev – fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosent (baş redaktorun müavini);
- Gülnarə Məmmədova (məsul katib).
İstinadlar
redaktə- ↑ "AMEA İqtisadiyyat İnstitutu". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-03.
- ↑ "International Standart Serial Number (ISSN) International Centre". 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-02.
- ↑ "Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası" (PDF). 2019-04-02 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-04-02.
- ↑ "Academic Resource Index". 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-02.
- ↑ Научная электронная библиотека