Elita - Wikipedia
Elitar(lat. electus - "seçilmişlər") — cəmiyyətin yüksək ixtisaslı şəxsləri və ya hakim dairələrdə təsirə malik sosial qruplar. Çox vaxt bu anlayış müəyyən şəxslər qrupuna da aid edilir.
Xüsusi fәrdi vә peşәkar keyfiyyәtlәrә malik şәxslәr qrupu. Bu keyfiyyәtlәr hәmin şәxslәri Elita-ya, yaxud bu vә ya digәr ictimai hәyat sferasının (elm, incәsәnәt vә s.), sosial hәrәkatların vә partiyaların seçmә tәbәqәsinә çevirir. Qәrb sosiologiyasında müxtәlif elita nәzәriyyәlәri mövcuddur. Hәmin nәzәriyyәlәrdә Elita vә xalq kütlәsi qarşı-qarşıya qoyulur; müәyyәn ictimai dövrün bitmәsi ilә Elitanın dәyişmәsi fikri irәli sürülür vә sübut edilir (V.Pareto, R.Mişels vә b.); hakimiyyәtdә olan Elitanın tәbiәti vә mahiyyәtinin sırf sosioloji izahı bәzi istisnalarla inkar edilir (Ç.R.Mills); Elita bәzәn ictimai rol bölgüsü, bәzәn dә mәşhur şәxslәrin, xarizmatik liderlәrin tәbii genetik xüsusiyyәtlәri ilә әlaqәlәndirilir. Bәzi Elita versiyaları Elitanın siyasi hakimiyyәtdә olduğu kimi, istehsalatda da inkarolunmazlığı fikrini dәstәklәyir. Belә ki, müәssisәlәrin texnoloji tәlәblәri vә tәşkilati şәrtlәri rәhbәr işçilәrin xüsusi tәbәqәsinin mövcudluğunu zәruri edir.
"Elita" sözü ilk dəfə olaraq XVII əsrdə yüksək dəyərli və keyfiyyətli məhsulları, ilk növbədə parça üçün işlədilmişdir. Sonralar tədricən bu anlayış sosial məqsədlər üçün istifadə olıunmağa başlanılmışdır.
Fransa inqilabı dövründə elita cəmiyyətdə tutduğu yüksək səviyyəni özü qazanmış şəxslərə deyilirdi. Sənayeləşmə zamanı isə elita daha çox qabarıq şəkildə müəyyən şəxslər qrupunu savadsız və kiminsə tabeliyində işləyənlərdən fərqləndirmək üçün işlədilməyə başlanmışdır.
Hərbi sahədə də elita anlayışı vardır. Elita dəstələri daha yaxşı hazırlanmış və silahlanmış ordu hissəsinə deyilir.