Elbrus Allahverdiyev - Wikipedia
Elbrus Allahverdiyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Elbrus Allahverdiyev | |
---|---|
Elbrus Hacı oğlu Allahverdiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə şəhəri |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Şelli, Ağdam rayonu |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Gəncə, Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşaqları | Aynurə, Sevinc və oglu Elbrus |
Atası | Allahverdiyev Haci |
Anası | Allahverdiyeva Antige |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1992-1993 |
Rütbəsi | Leytenant |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Həyatı
redaktə27 oktyabr 1958-ci ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olub.[1] 18 saylı məktəbi bitirdikdən sonra 1976-1978-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Orconikidze Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. O bir müddət Vladiqafqazda yaşayır, erməni faşistlərinin vətənimizə təcavüzünü eşidən Elbrus Azərbaycanımıza dönür və könüllü olaraq 17 may 1992-ci il cəbhəyə yollanır.[1]
Döyüşlərdə iştirakı
redaktəElbrus Allahverdiyev Azərbaycan Silahlı Qüvvələrimizdə artilleriyanın ilk təşkilatçılarından olur. Ağdam ətrafındakı döyüşlərdə şücaət göstərir və düşmənin xeyli zirehli texnikasını sıradan çıxarır. Ağdərədə Ermənistan Silahlı Qüvvələrinin reaktiv artilleriyasını sərrast atəşlərlə susdurur. 1993-cü il 12 iyun tarixində işğalçılar Ağdam üzərinə hücuma keçərkən Elbrus Allahverdiyev düşmənin xeyli canlı qüvvəsini məhv edir və onlar geri çəkilməyə məcbur edir. Ermənistan hərbi hissələrinin Ağdam rayonuna növbəti hücumu iki gün sonra iyun ayının 14-də olur. Onlar Ağdamın Şelli kəndi istiqamətində irəliləmək istəsələr də Elbrusun Allahverdiyevin dəqiqliyi ermənilərin xeyli itkisi ilə nəticələnir və onlar geri çəkilir.[2]
16 iyunda işğalçıların növbəti hücumu zamanı Elbrus əsgər yoldaşları ilə piyadaların köməyinə gedir o mərmi partlayışından ağır yaralanır. Komandiri hospitala çatdırdılar lakin onu xilas etmək mümkün olmur.
Ailəsi
redaktəEvli idi, üç övladı yadigar qalıb.
Milli Qəhrəman
redaktəAzərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Allahverdiyev Elbrus Hacı oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
İstinadlar
redaktə- ↑ 1 2 "Müqəddəs zirvədə. Azad Azərbaycan. 2015, 28 dekabr, s. 7". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-21.
- ↑ Əsgərov, Vüqar. Azərbaycanın Milli Qəhrəmanları (PDF) ( (az.)) (Redaktor: Kamil İsmayılov). Bakı: Qapp-poliqraf. 2005. 2019-01-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.
Ədəbiyyat
redaktə- Əsgərov V. Allahverdiyev Elbrus Hacı oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- B., 2005.- S.20-21.
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 33-34.
Xarici keçidlər
redaktə- [https://web.archive.org/web/20141022122646/http://zengilan.com/qehreman.php?subaction=showfull&id=1200924919&archive=&start_from=&ucat=10& Arxivləşdirilib 2014-10-22 at the Wayback Machine Allahverdiyev Elbrus]
- Elbrus Allahverdiyev Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine