Eduard Buxner - Wikipedia
Eduard Buxner (20 may 1860[1][2][…], Münxen, Almaniya ittifaqı[3][1] – 13 avqust 1917[1][2][…]) — alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1907).
Eduard Buxner | |
---|---|
alm. Eduard Buchner | |
Doğum tarixi | 20 may 1860[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 13 avqust 1917[1][2][…] (57 yaşında) |
Elm sahələri | kimya, biokimya |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili |
|
Elmi rəhbəri | Adolf fon Bayer |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAlman kimyaçısı Buxner Eduard (1860-1917), may ayının 20-də Münhendə doğulmuş, Universitet bitirmişdir. 1888-ci ildə fəlsəfə doktoru alimlik dərəcəsi adını almışdır. 1893-cü ildə Kilsk, 1896-cı ildə Tübingen Universitetlərinin, 1896-cı ildə Berlin Ali Kənd Təsərrüfatı Məktəbinin, 1909-cu ildə Breslau, 1911-ci ildə Vürsburq Universitetlərinin professoru olmuşdur. Biologiya-kimya sahəsində qiymətli tədqiqat işlərinə və toxuma xarici fermentasiyanı kəşf etdiyinə görə alim 1907-ci ildə Nobel mükafatına layiq görülmüşdür.
Elmi fəaliyyəti
redaktəHələ universitetdə oxuyarkən Buxner spirtə qıcqırma prosesini tədqiq etməyə başlayır.
O, oksigenin iştirakı ilə qıcqırma prosesini tədqiq edir. Onun apardığı tədqiqatlar göstərir ki, oksigen iştirakı ilə qıcqırma getməsini inkar edən hipotez yanlışdır.
Şəxsi ianələr hesabına Buxner kiçik laboratoriya yaradır və burada qıcqırma kimyası sahəsində tədqiqatlarını davam etdirir. 1893-cü ildə o, Münxendən gedərək Kil Universitetində analitik kimya bölməsinə rəhbərlik edir, 1895-ci ildə universitetin professoru olur. Sonrakı ildə Buxner Tyubingen Universitetində analitik kimya və farmakalogiyadan dərs verir.
1893-cü ildə Buxner maya hüceylərinin daxili mayesinin təmiz nümunəsini almaqla qıcqırmaya kömək edən aktiv maddəni tapmaq qərarına gəlir.
O, asistenti Martin Xanın təklif etdiyi üsuldan istifadə edərək həvəngdə mayaları qum və torpaq ilə birlikdə xırdalayır. Beləliklə o, yüksək temperaturun dağıdıcı təsirindən qaçır və ondan əvvəlki tədqiqatçıların nəticələrinə mənfi təsir edən həlledicilərdən istifadə etmir. Cunada təzyiq altında sıxılmış məsaməli maddə mayeni buraxır. Buxner ehtimal edirdi ki, bu maye qıcqırma törətmə qabiliyyətinə malikdir. Lakin sonralar o, Xan ilə birlikdə bu mayeni saxlamaq üçün ona saxarozanın qatı məhlulunu əlavə etdikdə karbon qazı ayrılır. Bu, heyrətləndirici idi, çünki maya hüceyrəli ölü olsalar da onların ayırdığı mayedə olan nəsə qıcqırma yaratmışdır. Buxner belə hipotez irəli sürür ki, aktiv maddə enzim və ya fermentdir və o, zimaza adlandırır.
Onun kəşfi o deməkdir ki, qıcqırma fermentin həm maya hüceyrəsinin daxilində, həm də xaricində kimyəvi aktivliyinin nəticəsidir. 1897-ci ildə Buxner çap etdirdiyi “maya hüceyrələri olmadan spirtə qıcqırma haqqında” işi onun kolleqaları-alimlər arasında böyük mübahisəyə səbəb olur və sonrakı illərdə Buxner xeyli vaxtını sərf etdi ki, öz nəzəriyyəsini sübut etmək üçün materiallar toplasın.
Təltif və mükafatları
redaktə- 1907-ci ildə Buxner “onun bioloji kimya üzrə apardığı elmi-tədqiqat işlərinə və hüceyrə xaricində fermentasiyanın kəşfinə görə” kimya üzrə Nobel mükafatına layiq görülür.
Vəfatı
redaktəBirinci dünya müharibəsi başladıqda Buxner könüllü olaraq hərbi xidmətə gedir. Eduard Buxner 13 avqust 1917-ci ildə vəfat edib.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Eduard Buchner // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Eduard Buchner // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Бухнер Эдуард // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.