Eft 1 - Wikipedia
EFT-1 - Haqqında Məlumat
Exploration Flight Test 1 (azərb. Kəşfiyyat Uçuş Testi 1) — Amerikanın çox missiyalı və qismən təkrar istifadə edilə bilən Orion kosmik gəmisinin ilk ekipajsız sınaq buraxılışıdır.[1]
Buraxılış 2014-cü il dekabrın 5-də, UTC vaxtı ilə 12:05-də (7:05 EST) Kanaveral burnunda Launch Complex SLC-37 -dən Delta IV Heavy daşıyıcı raketdən istifadə edilərək baş tutdu.[2] Missiyanın müddəti 4 saat 24 dəqiqə idi, bu müddət ərzində gəmi növbə ilə iki fərqli orbitə çıxarıldı və son mərhələdə Kaliforniya sahillərində Sakit Okeana eniş etdi. Qayıdanda cihazın maksimal sürəti 8900 m/s olub. Proqram Apollon proqramı üçün 1960-cı illərdəki inkişaflara əsaslanır .
İstinadlar
redaktə- ↑ Bergin, Chris. "EFT-1 Orion receives hatch door - Denver Orion ready for Modal Testing". NASASpaceFlight.com. 15 noyabr 2011. 2020-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-20.
- ↑ "NASA's Orion Spacecraft, Rocket Move Closer to First Flight - NASA". 2024-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-20.