Dreq Kvin - Wikipedia
Dreq kvin (ing. Drag queen) – əyləncə məqsədləri üçün qadın kimi geyinmək və gender rolunu təqlid etmək və bunu daha da şişirtmək üçün dreq geyimindən və makiyajdan istifadə edən bir şəxsdir, adətən kişidir. Tarixən drag-queenlər gey mədəniyyətinin bir hissəsi olublar.
Dreq şoularina dodaq sinxronizasiyası(sinxrobuffonada), canlı oxuma və rəqs daxildir. Onlar adətən LGBT qürur paradlarında, dreq yarışmalarında, karnavallarda və gecə klublarında çıxış edirlər. Dreq kvinlər növü, mədəniyyəti və fədakarlığına görə fərqlənirlər. Kişi kimi geyinib və kişiləri təqlid edərək əyləndirən qadınlara isə dreq kinq (ing. drag king) deyilir.
Ara-sıra dreq obrazlarında çıxış edənlər LGBT icmasına aid olmaya bilərlər. Yaradıcılığının bir hissəsində əks cinsi parodiya edən hər kəs drag queen və ya drag king deyil.
Drag termininin mənşəyi qeyri-müəyyəndir.[1] Qadın geyimi geyinmiş aktyorlara münasibətdə drag terminindən istifadənin ilk qeydə alınması 1870-ci ilə aiddir.[2]
1971-ci ildə Li Brister ing. Drag Queens jurnalındakı bir məqalədə drag-queen hiperfemin, parlaq və döyüşkən olan "homoseksual travesti " kimi təsvir edilir.[3]
Çox zaman drag queen obrazında kişilər çıxış ediblər, lakin müasir dövrdə tamcins və trans qadınlar, eləcə də qeyri-binar insanlar da drag queen kimi çıxış edirlər.[4] 2018-ci ildə Psychology Today drag-queenlərin daha çox homoseksual kişilər (baxmayaraq ki, müxtəlif cinsi oriyentasiyalara malik çoxlu drag-queenlər var) olduğunu ifadə etdi.[5]
Drag queenlərə bəzən travestilər deyilir, baxmayaraq ki, bu termin bir çox başqa mənalara da malikdir.[6] Bu gün drag queen dünyasında transseksual drag queenlərin həqiqətən "drag queen" hesab edilib-edilməməsi ilə bağlı mübahisələr davam edir. Bəziləri iddia edirlər ki, drag queen qadını təsvir edən kişi kimi müəyyən edildiyi üçün transgender qadınlar drag queen ola bilməz.[7]
Drag sənətinin tarixi
redaktəQədim Yunanıstan
redaktəDrag sənətinin nümayəndələri ən erkən zamanların əyləncə səhnələrində, o cümlədən Qədim Yunan teatrında görünürdülər. Qədim qərb mədəniyyətlərində qadınların çox vaxt səhnədə çıxış etmələrinə və aktrisa olmalarına icazə verilmədiyi üçün kişi aktyorlar qadın rollarını oynayırdılar.[8]
Birləşmiş Krallıq
redaktə1800-cü illərin sonu – 1900-cü illərin ortalarında pantomima qızlar Avropada qadın təqlidinin məşhur formasına çevrildi.[9] Ən məşhur və uğurlu pantomim qadın obrazı Dan Leno idi. Birinci Dünya və İkinci Dünya Müharibələrindən sonra teatr və kino səhnələri dəyişdi və pantomima obrazlarından istifadə azaldı.
Teatrdan başqa, 1800-cü illərdə Molly evləri drag obrazlı kişilərin görüşdüyü yerə çevrildi.[10] O dövrdə homoseksuallığın qadağan edilməsinə baxmayaraq, kişilər qadın paltarı geyinir və digər insanlarla (əsasən homoseksual kişilər) toplaşmaq və görüşmək üçün bu meyxanalara və qəhvəxanalara gedirdilər.[10]
Tayland
redaktə1956-cı ildə Taylandda homoseksual qadağalar götürüldükdən sonra ilk kabarelər kimi gey klublar və digər məkanlar açılmağa başladı. Bununla belə, Taylanddakı drag faktiki olaraq Filippindən olan drag-queenlərdən çox təsirlənmişdi, çünki Banqkokda ilk drag-şoular Filippinli drag-queenlərin çıxış etməsindən sonra başlamışdır.[11] Beləliklə, drag-şoular 1970-ci illərin ortalarında Taylandda nümayiş etdirilməyə başladı və zaman keçdikcə, xüsusən də Banqkok kimi böyük şəhərlərdə populyarlaşdı.[11]
Filippin
redaktə1500-cü illərin ortalarında İspaniya tərəfindən müstəmləkəyə çevrilmədən öncə kişilərin qadın paltarı geyinməsi milli adət idi. Ancaq ispanlar gələndə nəinki homoseksuallığı qadağan etdilər, həm də homoseksual kimi görünən kişiləri edam etdilər. İspaniya Filippinə ing. Machismo mədəniyyətini gətirdi və bu, hər cürə kvir mədəniyyətin sıxışdırılmasına səbəb oldu.
Buna baxmayaraq, 1900-cü illərin əvvəllərində drag mediada yenidən görünməyə başladı. Draq milli pantomima teatrının əsas elementinə çevrildi və zaman keçdikcə teatrın digər formalarında və kinolarda drag queenlər peyda oldular.[12]
Kanada
redaktə1940-cı illərdə bəzən drag səhnələri yaradan Con Herbert qadın paltarında olarkən quldurluğun qurbanı oldu. Onun təcavüzkarları yalandan Herbertin onları cinsi əlaqəyə cəlb etdiyini iddia edirdilər, və Herbert Kanadanın eynicinsli münasibətlərin qadağası qanununa görə (1969-cu ilə qədər ləğv edilməmişdir) məhkum olunduqdan sonra Ontario ştatının Guelph şəhərində gənclər üçün islahxanada xidmət etdi. Daha sonra Herbert Mimico islahxanasında ədəbsizliyə görə daha bir cəza çəkdi.[13] Herbert 1964-cü ildə "Fortune and Men's Eyes" kitabını dəmir barmaqlıqlar arxasında keçirdiyi vaxta əsaslanaraq yazıb.
1973-cü ildə Mişel Tremblay tərəfindən baş rolda oynadığı drag-queen haqqında ilk Kanada pyesi, Monrealdakı fr. Théâtre de Quat'Sous -da nümayiş olundu.[14]
Hindistan
redaktə2018-ci ilin sentyabrında Hindistanın Ali Məhkəməsi Cinayət Məcəlləsinin 377-ci maddəsinin homoseksual cinsi əlaqəyə qadağan tətbiqinin konstitusiyaya zidd, "məntiqsiz, müdafiə olunmaz və açıq-aşkar özbaşınalıq" olduğuna qərar verdi.[15] O vaxtdan bəri Hindistanda drag mədəniyyəti böyüyür və əsas sənət sahələrindən birinə çevrilir. Lalit Groups otellər şəbəkəsi Hindistanın Mumbay, Dehli və Banqalor kimi böyük şəhərlərində drag-tamaşaların keçirildiyi klublar açdırdı.
2018-ci ildə Heydərabadda ilk drag şouların açıq nümayişi keçirildi.[16] 2020-ci ildə Hindistanın ilk Drag jurnalı nəşrə başladı.[17]
Amerika Birləşmiş Ştatları
redaktəÖzünü "drag queen" kimi təsvir edən ilk şəxs 1880-ci illərdə Vaşinqtonda əvvəllər köləlikdə olan digər kişilərin də iştirak etdiyi drag səhnələrinə ev sahibliyi etməyə başlayan Merilend ştatının Hancock şəhərində qul olaraq doğulmuş William Dorsey Swann idi. Qəzetlərdə qeyd edildiyi kimi bu yığıncaqlara tez-tez polis basqınlar edirdi. 1896-cı ildə Svann "asayişsiz ev saxlamaq" (fahişəxana idarə etmək üçün evfemizm) ittihamı ilə günahkar bilinərək 10 ay həbs cəzasına məhkum edildi. O, Qrover Klivlenddən əfv istəyib, lakin rədd edilmişdir.
ABŞ-da drag şouların inkişafı minstrel şouların təsiri ilə bağlıdır. Bu şoular Blackface-in irqçi əyləncə formasında necə istifadə edildiyinə bir nümunə idi, burada ifaçılar afro-amerikalı kişilərin karikaturalarını yaradırdılar, lakin zaman keçdikcə afro-amerikalı qadınların da karikaturalarını yaratmaq əyləncəsini nümayiş etməyə başlamışdılar. Onlar komediya səhnələrində, rəqslərdə və öz mahnıları ilə çıxış edirdilər. Qaradərililərin özləri hələ də Birləşmiş Ştatlarda əsarətdə olduqları üçün tarixin bu nöqtəsində olduğu kimi ifaçı olmaqdan kənarda qaldılar.[18] Drag şoularında Blackface ilk dəfə 1828-ci ildə ifa olunan Jim Crow obrazının yaradılması ilə daha möhkəmləndi[18] Vətəndaş müharibəsindən sonra tamaşa truppaları qaradərili ifaçılardan təşkil olunmağa başladı. Şoular 1920-ci illərə qədər Amerika əyləncəsində populyarlığını qorudu.[19]
Gecə klubları
redaktə1900-cü illərin əvvəllərində və ortalarında qadınların təqlid edilməsi LGBT icması ilə əlaqələndirilərək cinayətkarlıqla bağlı hesab olunmağa başladı və buna görə də forma və yerləri dəyişdirməli oldular. Drag şouları məşhur kütləvi əyləncə olmaqdan yalnız gecələr San Fransiskonun Tenderloin kimi ərazilərində kiçik səhnələrə çevrildi. İnsanlar bu gecə klublarına gedirdilər və bu, LGBT icmasının, xüsusən də gey kişilərin görüş yerləri üçün bir yerə çevrildi.
LGBT mədəniyyəti yavaş-yavaş Amerika cəmiyyətində daha çox qəbul olunduqca, drag mədəniyyəti də bugünkü cəmiyyətdə olduğu kimi olmasa da, amma yenə də daha məqbul hala gəldi.[20] 1940 və 1950-ci illərdə Artur Bleyk gecə klublarında Bette Davis, Carmen Miranda və Eleonora Ruzvelt kimi təqlidləri ilə məşhurlaşaraq həm gey, həm də digər əyləncə səhnələrində uğur qazanan bir neçə qadın təqlidçilərindən biri idi. Hətta Ruzveltlərin dəvəti ilə o, Ağ Evdə Eleonor obrazını ifa etdi. O, 1952-ci ildə çəkilmiş "Diplomatik kuryer" filmində Devis və Miranda obrazlarını da təqlid etdi.[21]
Siyasət
redaktə1961-ci ildə drag queen José Sarria San Fransisko Nəzarətçilər Şurasına namizəd olmaqla ABŞ-da dövlət vəzifəsinə ilk açıq gey namizəd oldu.[22]
2019-cu ildə Maebe A. Girl, Silver Lake Qonşuluq Şurasına seçilərkən ABŞ-da dövlət vəzifəsinə seçilən ilk drag-queen oldu.[23][24][25]
Drag sənəti
redaktəDraq və ya xarakterə daxil olmaq prosesi saatlarla çəkə bilər. Drag queen, görünüşü ilə müəyyən bir üslub, məşhur təəssürat və ya mesaj hədəfləyə bilər. Saç, makiyaj və kostyumlar drag queenlər üçün ən vacib şərtdir.[26] Drag queenlər tipik bir qadının geyinəcəyindən daha çox makiyajla daha şişirdilmiş bir görünüşə meyllidirlər.
Bəzi insanlar sadəcə olaraq özünü ifadə vasitəsi kimi drag obrazına girirlər.[27][28] Bir çox drag-queenlər müxtəlif şoular edərək pul qazanırlarsa digərləri tam zamanlı işləri olan, lakin hələ də hobbi kimi drag obrazlarına düşməkdən zövq alan drag-queenlər də var.[29]
Təhsildə
redaktəDrag-queenlər əyləncəli olsalar belə insanların gender rolları və stereotiplər haqqında maarifləndirilməsində də böyük rol oynayırlar. Plattsburqdakı Nyu York Dövlət Universiteti professoru ing. Stephen Schacht tələbələrinin dixotomiya ideyalarına meydan oxumaq üçün gender-seksuallıq dərsinə özünün və tələbələrinin drag şousunda iştirak təcrübələrini təqdim etməyə başladı. Vaxt keçdikcə o, tələbələri onunla birlikdə iştirak etmək üçün dəvət etməyə başladı. Drag şousunda iştirak etdikdən sonra tələbələr cins mövzusuna yeni qiymət verdilər və tez-tez dərs zamanı yeni təcrübələri haqqında məlumatları səsləndirirdilər.[30]
Uşaqların Drag şouları izləməsi
redaktəing. Drag Race mövsümünün on birinci iştirakçısı və Miss Congeniality müsabiqəsinin qalibi Nina Vest uşaqları "böyük xəyallar qurmağa, mehriban olmağa və onların mükəmməl şəxsiyyətlər kimi formalaşmasına" ümid etdiyini bildirmişdir.[31] Marti Qould Kamminqs drag tədbirində uşaqlar üçün "Baby Shark" ifa edərkən çəkilmiş videonun internetdə yayıldığı zaman belə bir şey söylədi – "Drag şouların uşaqlar üçün olmadığını düşünən hər kəs səhv edir. Drag ifadədir və uşaqlar pis mühakimə yürütməkdən uzaq varlıqlardır; onlar sizin nə geyindiyinizə əhəmiyyət vermir, sadəcə olaraq nə ifa etdiyinizə əhəmiyyət verirlər."[32] 2019-cu ilin may ayına olan məlumata görə, videoya 806.000 dəfədən çox baxılıb.[31]
Bununla belə, 2022-ci ildən etibarən uşaqların drag şouları izləməsi bir qədər mübahisəli hala gəldi. Arizona, Florida və Texas kimi ştatlarda qanunvericilər yetkinlik yaşına çatmayanların drag-şoulara getməsini qadağan etməyə və uşaqlarını buna məruz qoyan valideynləri cəzalandırmağa çalışırlar. Yetkinlik yaşına çatmayanların drag şoular izləməsini qadağan etmək cəhdləri drag səhnələrini pozğunluq və hiperseksuallaşmanın bir forması olduğu iddialarına əsaslanır.[33] Razı olmayanlar isə iddia edirlər ki, drag queenlər kiçik uşaqlar, xüsusilə LGBTQ+ uşaqlar üçün təhlükəsiz və yaradıcı mühit təmin edir və həm təhsil, həm də əyləncə mənbəyidir. Bu barədə Azərbaycanın ilk drag artisti Ledi Slim də öz fikrini Cənubi Qafqaz üzrə beynəlxalq platforma olan Chai Khana Mediada bildirmişdir. O qeyd edir ki, böyüklərdən fərqli olaraq uşaqlar ictimai qərəzlərdən uzaq və safdırlar. Bu səbəbdən onun şousunu böyük maraqla izləyirlər.[34]
İctimai qəbul
redaktəDrag müasir homoseksual həyatın məşhur və vacib aspektinə çevrilib , lakin eyni zamanda özlərinə diqqət yetirməyən qadınları tənqid etmək üçün onlara özlərini bir nümunə kimi təqdim edilməsinə yönəlib.[35]
Dünyanın bir çox homoseksual barları və klubları müntəzəm tədbirlər və ya xüsusi partilər üçün drag-şoular təşkil edirlər. Şouları tanıtmaq üçün illər ərzində bir neçə "Beynəlxalq Drag Günü" bayramları başlanmışdır. ABŞ-da Drag Day adətən mart ayının əvvəlində qeyd olunur.
Televiziya drag yarışması olan RuPaul's Drag Race Logo televiziya şəbəkəsində ən uğurlu proqramdır. 2016-cı ildə proqram ən uğurlu Realiti Şou kimi Primetime Emmy Mükafatını qazandı.[36] 2018-ci ildə isə həmin mükafatı eyni ildə 2 nominasiyada qazanan ilk şou oldu.[37][38][39]
RuPaul 16 mart 2018-ci ildə televiziya sənayesinə verdiyi töhfələrə görə Hollivud Şöhrət Xiyabanında ulduz aldı və bu ulduza layiq görülən ilk drag-queen oldu.[40]
Mənəvi çaxnaşma
redaktəDrag queen ifaçılarına münasibətdə drag panic adlı mənəvi çaxnaşma yaranıb. İddia olunur ki, uşaqlar və drag queenlər arasında əlaqə onlara təcavüz etməyə və ya onları "qeyri-adi həyat tərzinə" öyrətməyə çalışan drag queenləri əhatə edəcək.[41] Bu fenomen həm də LGBT-yə qulluq etmək üçün sui-qəsd nəzəriyyəsi ilə əlaqələndirilmişdir. Amma mütəxəssislər və valideynlər tərəfindən birgə aparılan müşahidələr bu fikirlərin tamamilə əsassız olduğunu göstərir.[42]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ "Arxivlənmiş surət". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ https://archive.org/details/drag11unse/page/10/mode/2up
- ↑ "Arxivlənmiş surət". 2018-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ "Arxivlənmiş surət". 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ "Arxivlənmiş surət". 2017-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ "Arxivlənmiş surət". 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ "Arxivlənmiş surət". 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ "Arxivlənmiş surət". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ 1 2 "A brief but glamorous history of drag". Sky HISTORY TV channel (ingilis). 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-02.
- ↑ 1 2 "Thailand's Drag Shows: Testimony to Survival and Culture Redefined". Thailand Foundation (ingilis). 2023-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-02.
- ↑ COMMONER. "Beyond the Glitz and Glamour: How Philippine Drag Has Evolved throughout the Years". Medium (ingilis). 2021-06-30. 2022-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-02.
- ↑ John Herbert Arxivləşdirilib 2022-05-07 at the Wayback Machine at the Canadian Theatre Encyclopedia.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-10-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-18.
- ↑ "Arxivlənmiş surət". 2020-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ "Arxivlənmiş surət". 2023-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ "For all things drag". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ 1 2 "Blackface: the Sad History of Minstrel Shows". AMERICAN HERITAGE (ingilis). 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-02.
- ↑ "Minstrel Songs | Popular Songs of the Day | Musical Styles | Articles and Essays | The Library of Congress Celebrates the Songs of America | Digital Collections | Library of Congress". Library of Congress, Washington, D.C. 20540 USA. 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-02.
- ↑ Baker, Roger. Drag: A History of Female Impersonation in the Performing Arts. NYU Press, 1994. ISBN 0814712533[səhifə göstərin]
- ↑ "Arxivlənmiş surət". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ "Legendary Drag Queen José Julia Sarria Dead at 91". www.advocate.com. 19 August 2013. 21 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 May 2023.
- ↑ Valenzuela. "Drag queen Maebe A. Girl running for Silver Lake Neighborhood Council". Q Voice News. April 5, 2019. March 3, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 3, 2020.
- ↑ "NowThis News: Meet the First Drag Queen Elected to Public Office in the United States". youtube.com. March 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 3, 2020.
- ↑ Blum. "Meet the First Drag Queen to Be Elected to Public Office in California". lamag.com. April 12, 2019. November 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 3, 2020.
- ↑ "Dude to Diva: How to Become a Drag Queen | The Chronicle". Dukechronicle.com. 7 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2014.
- ↑ Psychology Today.
- ↑ Jackson. "Performing in drag is all about self-expression for some West Michigan men". 20 May 2015. 23 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 August 2018.
- ↑ "Tom Bartolomei: 10 Myths About Drag Queens". Huffingtonpost.com. 1 April 2013. 31 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2014.
- ↑ "Arxivlənmiş surət". 2023-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ 1 2 Wong. "Nina West Of 'RuPaul's Drag Race' Wants Kids To Feel 'Loved And Seen' With New Video". HuffPost (ingilis). 21 May 2019. 8 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2019.
- ↑ Wong. "Drag Queen Performs 'Baby Shark' At 2-Year-Old's Request, And It's Delightful". HuffPost (ingilis). 19 March 2019. 14 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2019.
- ↑ "Arxivlənmiş surət". 2023-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ "Defying boundaries: Azerbaijan's drag star". chaikhana (ingilis). 2023-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-25.
- ↑ Article Arxivləşdirilib 2022-10-24 at the Wayback Machine by Dr Em in The Critic 2022–02-25
- ↑ "RuPaul's Drag Race". Television Academy. 28 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2016.
- ↑ Billboard.
- ↑ "Nominees/Winners | Television Academy". Emmys.com. 19 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2018.
- ↑ "Nominees/Winners | Television Academy". Emmys.com. 19 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2018.
- ↑ "RuPaul Is the First Drag Queen to Get a Star on the Hollywood Walk of Fame". 17 March 2018. 18 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2018.
- ↑ Tannehill. "The Moral Panic We Cannot Ignore". Dame Magazine (ingilis). January 12, 2023. April 14, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 14, 2023.
- ↑ Romano. "The right's moral panic over "grooming" invokes age-old homophobia". Vox (ingilis). 2022-04-21. 2023-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-16.