Dizaq - Wikipedia
Dizaq (orjinalda deyilişi düzək (sədd deməkdir), zamanla dəyişikliyə məruz qalmışdır. Qarabağ xanlığının cənub sərhədlərini əhatə edən bu mahal düzənliyin dağlarla qovuşduğu yerdə qoruyucu səddlərə (düzəklərə) malik olmuş və adı da buna uyğun adlanmışdır)[1] mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri.
Mahal haqqında qısa məlumat
redaktə- Sahəsi -
- Əhalisi -
- Yaranması — 1737-ci il
- Paytaxtı— Tuğ kəndi
- Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı.
Tarixi
redaktəAdı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir.[2] Sınır-sərhəddi dürlü dönəmlərdə gah azalmış, gah da genişlənmişdir. Tarixçi Mirzə Yusif Qarabaği Xəmsə mahallarından danışarkən Dizağı birinci qeyd edir və sınırlarını özü bildiyi kimi cızır. O, yazır: "Birinci Dizaq mahalıdır ki, uzunu Həkəri çayı və Kültəpədən başlayaraq, Maltəpəyə kimi, eni isə Araz çayından Xurat (Ziyarət) dağına kimidir» [1]. Əslində mahalın ərazisi tarixçinin göstərdiyindən bir az qısıq idi. Dizaq mahalı güneydən Xırdapara-Dizaq, günbatandan Dizaq-Cəbrayıllı, quzeydən Vərəndə və gündoğandan Cavanşir-Dizaq mahalları ilə çevrələnirdi.
Dizaq mahalının baş kəndi Tuğ şenliyi idi. Bu mahala Füzuli bölgəsinin Hoğa (Üçbulaq), Cuvarlı, Xələfşə, Rəfəddinli, Arış, Şıxımlı, Gavşatlı kəndləri bağlı idi.
23 dekabr 1832-ci ildə başlanıb, 6 yanvar 1833-cü ildə qurtaran siyahıya alınmada Dizaq mahalında qərar tutan kəndlərin qeydiyyatı var.
Dizaq mahalı
- Arış kəndi-bəy rəiyyəti 12 tüstü, 26 kişi
- Hoğa kəndi-bəy rəiyyəti 5 tüstü, 7 kişi
- Rəfəddinli kəndi-bəy 2 tüstü, 5 kişi, dövlət kəndlisi 14 tüstü, 48 kişi
- Cuvarlı kəndi-dövlət kəndlisi 8 tüstü, 25 kişi
- Xələfşəli kəndi-dövlət kəndlisi 13 tüstü, 26 kişi
- Gavşatlı kəndi-bəy rəiyyəti 10 tüstü, 27 kişi
- Şıxımlı kəndi-bəy 4 tüstü, 14 kişi, dövlət kənlisi 1 tüstü, 25 kişi
Dizaq mahalı 1840-cı ildə ləğv edildi. Mahalın ərazisi yeni yaranan Şuşa qəzasının Vərəndə sahəsinə bağlandı.
Dizaq mahalının məlikləri
redaktəTitul | Adı | Başlanığıcı | Sonu |
---|---|---|---|
Məlik | Məlik Yeqan | 1737 | 1744 |
Məlik | Məlik Aram | 1744 | 1746 |
Məlik | Məlik İsay | 1746 | 1781 |
Məlik | Məlik Avaq | 1781 | 1785 |
Məlik | Məlik Vaxtanq | 1785 | 1789 |
Məlik | Məlik Abbas | 1789 | 1805 |
Məlik | Məlik Aslan bəy | 1805 | 1822 |
Qalereya
redaktə-
Mehdi bəy Məlik-Aslanovun evi
-
Qalanın çöl divarları
-
Mehdi bəy Məlik-Aslanovun evi
İstinadlar
redaktə- ↑ 1 2 Qarabağnamələr, 1-ci kitab, Bakı, «Yazıçı», 1989,səh.
- ↑ "YUXARI QARABAGIN TOPONIMLƏRI". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-18.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Dizaq mahalı, "Soy" dərgisi, 12 (24), 2009, səh.48-57.
- Ənvər Çingizoğlu. Fazil Baxşəliyev, Qarabağın el və obaları, Bakı, "Şuşa", 2007.