Divan Idare - Wikipedia
Divan (fars. دیوان) — bir sıra tarixi İslam dövlətlərində icra və qanunvericilik hakimiyyətinin ali orqanı, habelə bu orqanın rəhbərinin adı.
Tarixi
redaktə"Divan" islam mədəniyyətində müxtəlif mənalı söz olmuşdur. Bu, əvvəlcə ərəb istilalarıın ilk dövründə xəlifə Ömərdən başlayaraq dövlət gəlirlərinin qeydə alındığı, siyahıların saxlanıldığı yer idi. Bundan sonra, Əməvilər və Abbasilər dövründə vergilər və maliyyə işləri ilə məşğul olan dövlət idarəsi idi. "Divan" termini digər hökumət idarələrində də tətbiq edilirdi. Osmanlı imperiyasında böyük vəzirdən, müftidən və başqa vəkillərdənn ibarət dövlət şurası olmuşdur. Dunay knyazlıqları Moldaviya və Valaxiyada dövlət şurası, ali məsləhətçi və icraçı orqan idi. Rumıniya 1859-cu ildə yarananadək Buxarestdə, Krayovada və Yassıda ali məhkəmə orqanları da divan adlandırılırdı. Divan idarə sistemi erkən orta əsrlərdən Azərbaycanda da mövcud olmuşdur. Səlcuqilər, Eldəgezlər, Elxanilər, Cəlairilər, Şirvanşahlar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövründə dövlətin və təsərrüfatın bu və ya digər sahəsinin idarəsini özündə cəmləşdirən müxtəlif divanlar mövcud idi.[1]
İstinadlar
redaktə- ↑ Диван // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: Гајыбов—Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 439.
Əlavə ədəbiyyat
redaktə- Bosworth, C. E. DĪVĀN – ii. GOVERNMENT OFFICE // Yarshater, Ehsan (redaktor). Encyclopaedia Iranica. VII. 1995. 432–438.
- de Blois, François. DĪVĀN – i. THE TERM // Yarshater, Ehsan (redaktor). Encyclopaedia Iranica. VII. 1995. səh. 432.
- Duri, A. A. Dīwān i.—The caliphate // The Encyclopedia of Islam, New Edition, Volume II: C–G. Leiden and New York: BRILL. 1991. 323–327. ISBN 90-04-07026-5.
- Holt, P. M.; Lambton, Ann K. S.; Lewis, Bernard, redaktorlar The Cambridge History of Islam, Volume 2B: Islamic Society and Civilization. Cambridge University Press. 1977. ISBN 978-0-521-29138-5.
- Korobeinikov, Dimitri. Byzantium and the Turks in the Thirteenth Century. Oxford: Oxford University Press. 2014. ISBN 978-0-19-870826-1.
- Lambton, Ann K. S. Continuity and Change in Medieval Persia. Albany, New York: State University of New York Press. 1988. ISBN 0-88706-133-8.
- Sprengling, M. "From Persian to Arabic". The American Journal of Semitic Languages and Literatures. The University of Chicago Press. 56 (2). April 1939: 175–224. doi:10.1086/370538. JSTOR 528934.