Dispanser - Wikipedia
Dispanser ([dʲɪspɐnˈsɛr], fr. dispensaire) — əhalinin müəyyən qruplarına tibbi yardım göstərən və onların sağlamlığına sistemli nəzarəti həyata keçirən xüsusi müalicə-profilaktik tibb müəssisəsi.
Dispanserlər əhalinin sistemli şəkildə təşkil olunmuş kütləvi profilaktik və məqsədyönlü müayinələri vasitəsilə xəstəliklərin ilkin mərhələsində xəstələri müəyyən edir, müalicəyə ehtiyacı olanların qeydiyyata alınması işinə baxır, hərtərəfli müayinə və onlara ixtisaslı və xüsusi tibbi yardım göstərilməsini yerinə yetirir, qeydiyyatda olanların sağlamlıq vəziyyətinin aktiv dinamik monitorinqi (patronaj) ilə məşğul olur, xəstələrin iş şəraitinin, məişət şəraitinin ətraflı öyrənilməsi və sanitar-epidemioloji stansiyalarla birlikdə tibbi müayinəyə götürülənlərin və onların ətrafındakı insanların mənfi təsir göstərən amillərin aradan qaldırılması üçün çalışır.[1]
İstinadlar
redaktə- ↑ Статья «Диспансер» в Большой советской энциклопедии