Dilare Seyidzade - Wikipedia
Dilarə Bağır qızı Seyidzadə (25 oktyabr 1939, Bakı) — Azərbaycan Respublikası Prezidenti Katibliyin rəisi (1999–2019), Azərbaycan Respublikası Prezidentin köməkçisi (1997–1998, 1999–2019), 1-ci dərəcə dövlət müşaviri (2004), tarix elmləri doktoru.
Dilarə Seyidzadə | |
---|---|
16 noyabr 1999 – 29 noyabr 2019 | |
Prezident | Heydər Əliyev İlham Əliyev |
1 sentyabr 1997 – 25 aprel 1998 | |
Prezident | Heydər Əliyev |
16 noyabr 1999 – 29 noyabr 2019 | |
Prezident | Heydər Əliyev İlham Əliyev |
Əvvəlki | Eldar Namazov |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 oktyabr 1939 (85 yaş) |
Doğum yeri | |
Təhsili | |
Atası | Bağır Seyidzadə |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəDilarə Seyidzadə 1939-cu il oktyabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir.[1]
1961–1978-ci illərdə Azərbaycan EA-nın Tarix İnstitutunda Baş laborant, kiçik elmi işçi, 1978–1983-cü illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasnda Baş müəllim, 1983–1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda Baş elmi işçi, aparıcı elmi işçi, 1993–1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində Böyük məsləhətçi, 1997–1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, 1998–1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Katibliyi rəisinin müavini vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1999-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi — Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.
Dilarə Seyidzadə Dövlət qulluğunda xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. 24 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunub.[2]
5 dekabr 2024-cü ildə İnsan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
İstinadlar
redaktə- ↑ "ADMİNİSTRASİYA: Struktur: Seyidzadə Dilarə Bağır qızı" (az.). president.az. 2014. 2015-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-27.
- ↑ "D.B.Seyidzadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.
Xarici keçidlər
redaktə- Dilarə Seyidzadəyə "Şöhrət" ordeni verildi Arxivləşdirilib 2009-10-26 at the Wayback Machine