Dilare Cebrayilova - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Dilarə Məmmədağa qızı Cəbrayılova — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış[1] deputatı.
Dilarə Cəbrayılova | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 iyun 1971 (53 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəDilarə Məmmədağa qızı Cəbrayılova 1971-ci il iyun ayının 3-də Bakı şəhərində anadan olmuşdur.1978-ci ildə Nardaran qəsəbəsində yerləşən 130 saylı tam orta məktbə daxil olmuş, 1988-ci ildə oranı bitirmişdir. Elə həmin ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstutuna daxil olmuş, 1993-cü ildə həmən İnsitutun Rus dili və Ədəbiyyatı ixtisası üzrə təhsilini tamamlamışdır 1996-cı ildən 2012-ci ilə qədər Sabunçu rayonu Nardaran qəsəbəsi 130 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2004-cü ildə Bakı Slavyan Universitetinə daxil olmuş, 2005-ci ildə Yenidən hazırlanma və ixtisasartırma kursunu bitirərək tarix ixtisasına yiyələnmişdir.2012-ci ilin sentyabr ayından isə Nardaran qəsəbəsində yerləşən 295 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışır.2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, 2015-ci ildə 27 saylı Sabunçu II Seçki Dairəsindən Azərbaycan Respublikası V Çağırış Milli Məclisin deputatı seçilmişdir. Milli Məclisin Aliə ,qadın və uşaq məsələləri komitəsinin üzvüdür. Brazilya,İtaliya , Kanada ,Qazaxıstan, Qətər,Litva,Polşa, Türkiyə, Türkmənistən, parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının üzvüdür. Ailəlidir, iki övladı var.
İstinadlar
redaktə- ↑ 2015-ci il 24 noyabr tarixli iclasın stenoqramı Arxivləşdirilib 2018-09-19 at the Wayback Machine. parliament.az (az.)