Dikaya Diviziya - Wikipedia
Qafqaz Yerli Atlı Diviziyası (rus. Кавказская туземная конная дивизия) və ya Vəhşi diviziya (rus. Дикая дивизия — Birinci dünya müharibəsi (1914–1918) dövründə Qafqazın müsəlman əhalisindən təşkil edilmiş süvari diviziya. Çar Rusiyasında müsəlman əhali, o cümlədən Qafqaz müsəlmanları kütləvi şəkildə hərbi xidmətə cəlb olunmurdular, lakin müharibənin gedişində cəbhənin möhkəmləndirilməsi üçün Qafqaz müsəlmanlarının süvari qoşunda döyüşmək bacarıqlarını nəzərə alaraq, onlardan ibarət yeni atlı diviziyanın yaradılması qərara alındı. 3-cü süvari korpusun (Qərb cəbhəsi) tərkibində olan "Dikaya diviziya" (diviziyanın adı həm şəxsi heyətin şücaəti, həm də onların nizami döyüş hazırlığı keçməməsi ilə əlaqədar idi) 6 kiçik tərkibli alaydan — Dağıstan, Kabarda, Tatar (azərbaycanlı), Çeçen, İnquş və Çərkəz alaylarından ibarət idi. Diviziyanın tabeliyinə, həmçinin, Osetin piyada briqadası və 8-ci Don topçu divizionu verilmişdi. "Dikaya diviziya"nın komandiri general D. P. Baqration idi.
Qafqaz Yerli Atlı Diviziyası | |
---|---|
rus. Кавказская туземная конная дивизия | |
Növü | Kavaleriya |
Ölkə | Rusiya imperiyası |
Tabedir | II Atlı Korpusu |
Tərkibi |
Kabardin Atlı Alayı II Dağıstan Atlı Alayı Tatar Atlı Alayı Çeçen Atlı Alayı Çərkəz Atlı Alayı İnquş Atlı Alayı |
Sayı | 9875 |
Ləqəbi | Vəhşi diviziya |
Müharibələr | Birinci Dünya müharibəsi |
Döyüşlər | Brusilov hücumu |
Komandanlıq | |
Məşhur komandirləri |
Mixail Romanov Baqration Dmitri Aleksandr Qaqarin Feyzulla mirzə Qovanlı-Qacar |
Vikianbarda əlaqəli mediafayllar |
Diviziyanın zabit heyətini, əsasən, rus qvardiya zabitləri, həmçinin, yerli zadəgan nümayəndələri təşkil edirdi. "Dikaya diviziya"nın ümumi sayı 1350 süvaridən ibarət idi. Xüsusi hərbi hazırlıq görmədiyinə və könüllülük əsasında yaradıldığına görə, diviziyanın şəxsi heyətinə müəyyən güzəştlər verilmişdi. Onların hər biri ayda 25 rubl məvacib alırdılar. Rusiyada çar hakimiyyəti devrildikdən və Müvəqqəti hökumət yaradıldıqdan sonra korpusun siyasiləşdirilməsinə cəhd göstərilməsi, bir tərəfdən, bolşeviklərin, digər tərəfdən, Müvəqqəti hökumətin ondan öz siyasi maraqları üçün istifadə etməyə çalışması bu hərbi qurumun dağılmasına səbəb oldu. Nəticədə 1917-ci ilin sonlarında "Qafqazın yerli əhalisindən təşkil edilmiş atlı korpus" ləğv olundu.
"Dikaya diviziya"ın Azərbaycanla bağlayan onun tərkibindəki "Tatar süvari alayı" idi. Alayın əsgərləri, əsasən, Qarabağ və Gəncəbasar bölgələrindən toplanmışdı. Korpusun ləğvindən sonra alayın atlıları vətənə döndülər. Müsəlman korpusunun formalaşdırılmasına başlananda, tatar alayında xidmət etmiş süvarilərin böyük hissəsi könüllü şəkildə Gəncəyə toplaşdılar. Həmin süvarilərin əsasında yenidən "Tatar süvari alayı" təşkil olundu və Müsəlman korpusunun süvari briqadasının tərkibində müəyyən dəyişikliklərlə Cümhuriyyətin süqutuna qədər öz mövcudluğunu qoruyub saxladı.
Tərkibi
redaktə1914-cü il avqustun 23-də II Nikolayın əmri ilə yaradılmış Qafqaz Yerli Atlı Diviziyası hər biri 2 yerli atlı alaydan (hər alayda 400 nəfər olmaqla) təşkil edilmiş 3 briqadadan ibarət idi.
Diviziyaya daxil olan hərbi birləşmələr bunlar idi:
- I briqada Kabardin Atlı Alayından (kabardin və balkarlardan təşkil olunmuşdur) və II Dağıstan Atlı Alayından ibarət idi.
- II briqada Tatar Atlı Alayından (o dövrdə azərbaycanlılar Qafqaz türkləri və ya Qafqaz tatarları adlandırılırdılar.) və Çeçen Atlı Alayından ibarət idi.
- III briqada Çərkəz Atlı Alayından (noqay, çərkəz, abazin, abxaz və qaraçaylılardan təşkil olunmuşdur.) və İnquş Atlı Alayından ibarət idi.
Diviziyanın komandanlığı
redaktəDiviziyaya komandanlıq etmək üçün general-leytenant vəzifəsində olmaq lazım idi. Və əgər bu vəzifəyə general-mayor təyin edilirdisə onlar general-leytenant vəzifəsi alana qədər bu vəzifədə qalırdılar.
Diviziya komandanları
redaktə- 23.08.1914–04.02.1916 — general-mayor, böyük knyaz Mixail Romanov
- 20.02.1916–21.08.1917 — general-mayor (12.07.1916-cı ildən general-leytenant) knyaz Dmitri Baqration Petroviç
- 28.08.1917–02.09.1917 — general-mayor knyaz Aleksandr Qaqarin Vsilyeviç
- 30.09.1917 — хх.хх.хххх — general-mayor Qacar şahzadəsi Feyzulla mirzə Qacar
Diviziya qərargahının rəisləri
redaktə- 23.08.1914–22.02.1916 — polkovnik (10.09.1915-ci ildən general-mayor) Yakov Yuzefoviç Davidoviç
- 25.02.1916–22.05.1917 — polkovnik (07.04.1917-ci ildən general-mayor) Pyotr Polovtsov Aleksandroviç
- 05.06.1917–25.10.1917 — polkovnik (03.10.1917-ci ildən general-mayor) Vladimir Qatovskiy Nikolayeviç
- 25.11.1917 — хх.хх.хххх — polkovnik-leytenant Boris Nikitin Vladimiroviç
İştirak etdiyi hərbi əməliyyatlar
redaktəDiviziyanın formalaşması 1914-cü ilin sentyabr ayında yekunlaşdı. Daha sonra oktyabr ayında diviziya qatarla Podolsk quberniyasına çatdırıldı. Noyabr ayının əvvəlində Qafqaz Yerli Atlı Diviziyası general-leytenant Hüseyn xan Naxçıvanskinin komandanı olduğu II Atlı Korpusunun tərkibinə qatıldı. Noyabr ayının sonundan etibarən diviziya cənub qərb cəbhəsində (Avstriya cəbhəsi) döyüşlərə başladı.
Diviziya Polyançik, Rıbne, Verxovini-Bıstra ətrafında ağır döyüşlər keçirib. 1914-cü ilin dekabr ayında Sane bölgəsində, 1915-ci ilin yanvarında isə Lomna-Lutovisk bölgəsində düşmənin Peremışl istiqamətində olan hücumunun qarşısını alıblar. Fevral ayında diviziya Lomnitsa çayı üzərində, Brin və Tsu-Babin kəndləri yaxınlığında baş vermiş döyüşlərdə, Stanislavov və Tlumaç bölgəsinin tutulması uğrunda uğurlu əməliyyatlar icra etdi. 1915-ci ilin iyul, avqust və payız aylarında diviziya Şuparka, Novosyolka-Kostyukov yaxınlığında, Dobropol və Qayvoron vilayətlərində bir sıra döyüşlərdə iştirak etdi.
Xatirəsi
redaktə- 1920-ci ildə Riqada Nikolay Breşko Breşkovskinin yazdığı "Dikaya diviziya" kitabı işıq üzü görüb. Bundan sonra kitab dəfələrlə yenidən nəşr olunub.
- Sergey Eyzenşteynin 1927-ci ildə çəkdiyi "Oktyabr" filminin bir səhnəsində bolşeviklərin "Vəhşi diviziyanın" döyüşçülərini Kornilov üsyanında iştirakdan çəkindirməkləri təsvir edilib.
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Nəzirli Ş., Arxivlərin sirri açılır, B., 1999;
- Великая Октябрьская Социалистическая Революция. Энциклопедия. M., 1987.