Dik Hana - Wikipedia
Divar hanası (toxucu dəzgah[1]) — Şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgah[2]
Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın iki növü mövcuddur; yer hanası və divar hanası. Divar hanası aşağıdakı əsas hissələrdən ibarət olur:
- Qollar (2 ədəd);
- Oxlar (2 ədəd);
- Yan ağacları (2 ədəd);
- Vərəngalan (1ədəd); Vərəngalanın uzunluğu oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır
- Çubuq (2 ədəd); Çubuqlar oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır.
- Küjü ağacı (1ədəd);
Əvvəlcə üfiqi dəzgahlar olan yer hanasından istifadə olunurdu. Yer hanası təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür. Şaquli toxucu dəzgah olan divar hanası əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivədir. Toxucu dəzgzah olan hana ustalara təsvirin xətləri və rəngləri ilə çevik işləmək imkanı verir. Hər bir hana ensiz hamar çubuq ilə təchiz olunmuşdur. Arğac ipliyin keçirilməsi üçün əriş saplarda boşluğun yaradılması bu çubuq vasitəsilə həyata keçitrilir.
Divar hanasının qurluşu
redaktə1. Boyanmış yumaqları asmaq üçün ip asılqan (asılqan bəzən ağac çubuq ilə də əvəz edilir).
2. Yuxarı ox.
3. Boyanmış iplik yumaqlar.
4. Vərəngəlan.
5. Yan ağacları.
6. Küjü çubuğu.
7. Küjü (kücü) ağacı
8. Arğac ipliklər.
9. Xalçanın toxunmuş hissəsi.
10. Hana çubuğu.
11. Çiv (paz).
12. Aşağı ox.
13. Hananın qolları.
14. Oxu oturtmaq üçün yuva (dəlik).
15. Əriş ipliklər.
Həmçinin bax
redaktəMənbə
redaktə- ↑ "Dəzgah". 2016-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-11.
- ↑ "Divar hanası". 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-11.