Diana Abqar - Wikipedia
Diana Abqar (erm. Դիանա Աբգար; 12 oktyabr 1859[1], Yanqon, Britaniya Hindistanı – 8 iyul 1937[1], Yokohama) – xaricdə yaşamış erməni yazıçı, Birinci Ermənistan Respublikasının Yaponiyadakı fəxri konsulu. İlk erməni qadın diplomatdır və XX əsrdə diplomatik posta təyin olunan ilk qadınlardan biridir.[2][3]
Diana Abqar | |
---|---|
erm. Դիանա Աբգար | |
Doğum adı | Գայանե Աղաբեգ |
Doğum tarixi | 12 oktyabr 1859[1] |
Doğum yeri | |
Vəfat tarixi | 8 iyul 1937[1] (77 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, yazıçı, diplomat, publisist, nasir |
Fəaliyyət illəri | 1892–1937 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəDiana Aqabeq (Aqabeqyan) 12 oktyabr 1859-cu ildə Britaniya Burmasının Ranqun şəhərində (hazırda Myanmarın Yanqon şəhəri) anadan olmuşdur. Atası İranda yerləşən Yeni Culfa məhəlləsindən olub və Cənub-şərqi Asiyaya miqrasiya edib. Anası Avet Şiraz şəhərindən idi. Diana yeddi uşaqlı ailənin ən kiçiyi olub. Kəlkətə şəhərində böyüyüb və təhsilini yerli məktəbdə alıb. İngilis, erməni və hind dillərini səlis danışmağı öyrənib. Yeni Culfada Apkar ailəsindən gələn Apkar Mixale Apkarla evlənmişdir. Apkar ailəsi Cənub-şərqi Asiyada uğurlu tacir ailəsinə çevrilib və şellak likörü mirvariləri biznesi ilə məşğul olublar. 1891-ci ildə ailə biznesini genişlətmək üçün Yaponiyaya köçüblər.[2] 5 uşaqları olmuş və 3-ü sağ qalmışdır.[3] 67 yaşına çatanda zəifgörmə, piseşitmə kimi problemlərlə üzləşmişdir. Sağlamlıq problemlərinin pisləşməsindən sonra 8 iyul 1937-ci ildə Yokohamada ölmüşdür. Əcnəbilər üçün nəzərdə tutulmuş qəbiristanlıqda ərinin yanında dəfn olunmuşdur. Qəbri Erməni-Yapon Dostluq Cəmiyyətinin nəzarəti altındadır.[3]
Diplomatik karyerası
redaktəErmənistan Respublikası 28 may 1918-ci ildə müstəqillik əldə edəndə heç bir dövlət tərəfindən tanınmamışdı. 1920-ci ildə Abqarın səyləri iıə Yaponiya ölkənin müstəqilliyini tanıyan ilk dövlətlərdən olmuşdur. Ermənistanın baş naziri Hamo Ohancanyan onu Ermənistanın Yaponiyadakı fəxri konsulu təyin etmişdir.[3] Beləcə, Diana Abqar ilk erməni diplomat qadın və XX əsrdə diplomatik postda olan ilk qadınlardan biri olmuşdur. Bunlara baxmayaraq, 1920-ci ildə Birinci Ermənistan Respublikasının müstəqilliyini itirməsindən sonra bu postu da itirmişdir.[3]
İşləri
redaktəAilə biznesini Yaponiyaya daşıdıqdan sonra Abqar ədəbi və diplomatik karyerasına daha çox diqqət ayırmışdır. "The Japan Advertiser", "The Far East", "The Japan Gazette" və "Armenia" kimi bir çox jurnal və qəzetlə işləmişdir. Osmanlıda yaşayan ermənilərin vəziyyəti haqqında yazaraq bu məsələyə beynəlxalq diqqət cəlb etməyə çalışmışdır. 1920-ci ilə kimi Erməni soyqırımı haqqında doqquzdan çox kitab yazmışdır. Beynəlxalq münasibətlər və imperalizmin qlobal sülhə olan təsiri haqqında bir çox məqalə yazmışdır. Onun işlərinə daxildir:
- "Böyük şər". Yokohama, Yaponiya: "Japan Gazette" Press, 1914, 114 pp.
- "Sülh və qeyri-sülh". Yokohama, Yaponiya: "Japan Gazette" Press, 1912, 101 pp.
- "Sülh problemi". Yokohama, Yaponiya: "Japan Gazette" Press, 1912, 131 pp.
- "Avropa imperalizminin xaçında: Ermənistan çarmıxa çəkildi". Yokohama, Yaponiya: 1918, 116 pp.[4]
- "Onun adında…" Yokohama, Yaponiya: "Japan Gazette", 1911. 52 pp.
- "Xəyanətə uğrayan Ermənistan". Yokohama, Yaponiya: "Japan Gazette" Press, 1910, 77 s.
- "Erməni qətlləri haqqında həqiqətlər". Yokohama, Yaponiya: "Japan Gazette", 1910, 26 s.
- "Müharibə haqqında ev hekayələri". Kobe, Yaponiya: The Kaneko Printing Works, 1905, 47 s.
- "Susan". Yokohama, Yaponiya: Kelly and Walsh, Limited, 1892, 109 s.
Dövlətsiz diplomat
redaktəDiana Abqarın böyük nəvəsi Mimi Malayan 2004-cü ildə onun yazılarını toplamağa başlamış və həyatını araşdırmışdır. 2018-ci ildə ondan bəhs edən "Dövlətsiz diplomat" adlı sənədli filmi tamamlamışdır. Abqarın nəşrlərinin bir çoxu üçün veb-sayt da qurmuşdur.[5]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 «Հայազգ» հիմնադրամի հայկական հանրագիտարան, Армянская энциклопедия фонда «Хайазг» (rus.). / под ред. С. Саядов 2007.
- ↑ 1 2 Soghomonian, Sarah. "Lucille Apcar Introduces New Book". Hay Sharzhoom. 26 (#2 (88)). December 2004. 4 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 November 2012.
- ↑ 1 2 3 4 5 "Diana Apcar: The First Woman Diplomat". Armenian Cultural Foundation. 1 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 November 2012.
- ↑ Apcar, Diana Agabeg. On the cross of Europe's imperialism, Armenia crucified. The Library of Congress. Yokohama [Printed by the Fukuin printing co., ltd.] 1918.
- ↑ "Arxivlənmiş surət". 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-07.