Devid Livinqston - Wikipedia
David Livinqston (ing. David Livingstone; 19 mart 1813[1][2][…], Blantir[d][3][4] – 1 may 1873[1][2][…]) — şotland əslli missioner, həkim, yazıçı, coğrafi tədqiqatçı.
Devid Livinqston | |
---|---|
ing. David Livingstone | |
Doğum tarixi | 19 mart 1813[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1 may 1873[1][2][…] (60 yaşında) |
Vəfat səbəbi | malyariya[4] |
Dəfn yeri | |
Uşağı | 6 |
Təhsili | |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], həkim-yazıçı[d], coğrafiyaşünas, yazıçı, missioner |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəDavid Livinqston 19 mart 1813-cu ildə Qlazqo şəhəri yaxınlığında iflasa uğramış fermer ailəsində anadan olmuşdur. Ağır həyat tərzi Livinqstonu 10 yaşından işləməyə məcbur edir. İşdən sonra tibbi biliyə malik olmaq üçün kurslara getməklə həkimlik ixtisası qazanır. 1840-cı ildə xristian dinini yayanlar içərisində missioner kimi Afrikaya Ümid burnuna yola düşür. Alqoa buxtasından becuarlar ölkəsindəki missionerlər stansiyası yerləşən Kurman qəsəbəsinə daxil olmaqla Afrika materikində çoxillik səyahətinə başlayır və ömrünün sonuna qədər Afrika xalqlarının həyat tərzini fauna və florasının tədqiqi ilə məşğul olur. 1849-cu ildə Kalaxari səhrasını keçməklə həmin dövrə qədər avropalılardan heç kimə məlum olmayan Nqami gölünü aşkar edir. Növbəti il şimala doğru hərəkət etməklə Zambezi çayının yuxarı axarına çatır. 1852-ci ildə Livinqston Cənubi Afrikanın mərkəzi rayonlarından Atlantik okeanının sahillərinə doğru ekspedisiyasını davam etdirir. Yol müxtəlif zənci qəbilələrinin ərazisindən keçdiyinə görə Livinqston əmlakını keçid haqqı kimi ödəməklə Konqo və Zambezi çaylarının suayrıcısını arxada qoyur, materikin cənub hissələrinin çaylarının xəritə üzərinə keçirir. O, Mərkəzi Afrikaya dönərək şərqə hərəkət etməklə Hind okeanına çıxmağı qərara alır. 1855-ci ildə Zambezi çayının axını istiqamətində hərəkət etməklə eni 1 km, hündürlüyü 100 m olan şəlalə aşkar edir. Zəncilərin "Səsli tüstü" adlandırdığı bu şəlaləni Livinqston İngiltərənin şahzadəsinin şərəfinə Viktoriya adlandırır. Ekspedisiyanı şərqə doğru davam etdirməklə nəhayət səyyah Hind okeanı sahillərinə çıxmağa müvəffəq olur.
16 illik tədqiqatdan sonra İngiltərəyə qayıdan Livinqston Şərqi və Mərkəzi Afrikanı tədqiq etmək üçün 1858-ci ildə təşkil olunmuş ekspedisiyanın rəhbəri kimi geri qayıdır və Zambeziyə konsul təyin olunur. Bu ekspedisiya dövründə Nyasa və Şirva göllərini aşkar edir. Afrikada o, ingilislərin törətdikləri vəhşilikləri, yerdi xalqa qarşı amansız olmalarınıgörərək onların bu hərəkətini pisləyir. Ingilislər tərəfindən aparılan qul alverini ancaq müşahidə etməyə gücü çatan səyyah xatirələrində yazır:
"Hara getdiksə bütün istiqamətlərdə insan skeletlərinə rast gəlirdik." |
1864-cü ildə vətəninə qayıdan Livinqston yenidən Afrikaya ekspedisiyaya hazırlaşaraq qısa müddətdən sonra geri qayıdır. Əsas məqsəd Nil çayının mənbəini müəyyən etmək idi. Bu məqsədlə o, yenidən Nyasa gölünə gəlir, Tanqanika gölünü tədqiq edir və Banqveulu gölünü aşkar edir. Daha sonra "Nyu-York Herald" qəzeti tərəfindən təşkil olunmuş ekspedisiyanın rəhbəri kimi Henri Stenli ilə birlikdə Tanqanika gölündə və onun ətrafında tədqiqatı davam etdirir. Livinqston son ekspedisiyasını 1872-ci ildə Banqveulu gölünün tədqiqinə həsr edir. 1873-cü ildə Livinqston tədqiq etdiyi Banqveulu gölünün sahilində vəfat edir. Livinqstona qədər heç bir səyyah bu qədər kəşf etməmiş və hərtərəfli tədqiqat aparmamışdır. O, xeyirxah bir səyyah və tədqiqatçı kimi coğrafiya tarixində, həmçinin Afrika xalqlarının qəlbində geniş yer tapıb. Livinqston Afrikada "insan ovu"nun əlehinə çıxmaqla, ona qarşı təkbaşına mübarizə aparmış, qara dərili Afrikalıların qara günlərini ağartmaqda aciz olan məşhur ingilis səyyahı olmuşdur. Afrikada qazandığı hörmətə cavab olaraq yerli xalq tərəfindən meyidi balzamlaşdırılaraq doqquz ay ərzində 1600 km keçməklə Zanzibar limanına gətirilərək elmi-tədqiqat işləri ilə birlikdə İngiltərəyə göndərilmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 David Livingstone // Babelio (fr.). 2007.
- ↑ 1 2 3 Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
- ↑ 1 2 3 http://www.livingstonechurch.co.uk/david-livingstone.
Xarici keçidlər
redaktə- Давид Ливингстон и его открытия в Южной Африке // Вокруг Света. 1861, № 1
- Последние известия от Ливингстона // Вокруг Света. 1861, № 2
- Вотте Г. Давид Ливингстон. Жизнь исследователя Африки Arxivləşdirilib 2009-10-19 at the Wayback Machine
- Миссия Моффета Arxivləşdirilib 2011-10-16 at the Wayback Machine
- 2UK.ru Давид Ливингстон
- outdoors.ru Д.Ливингстон. Путешествия и исследования в Южной Африке
- outdoors.ru Д.Ливингстон. Путешествие по Замбези