Derventa - Wikipedia
Derventa (bosn. Derventa, serb. Дервента / Derventa, xorv. Derventa) — Bosniya və Herseqovinanın şimalında, Serb Respublikasına daxil olan Derventa bələdiyyəsinin inzibati mərkəzidir.
Derventa | |
---|---|
44°58′48″ şm. e. 17°54′36″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 120 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 74 400 |
Digər | |
derventa.ba | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəDerventa şəhərinin tarixinə gəldikdə mənbələr tərəfindən təsdiqlənmiş çox az məlumat var. Türk mənbələrinə görə, əvvəllər şəhərin yerində 1600-cü ilə qədər 215 evin yerləşdiyi Qornya-Ukrana kəndi olmuşdur. 19-cu əsrin sonlarına qədər şəhərdə 3200 ev və fərdi sahələr var idi. İlk əsas serb məktəbi 1864-cü ildə, iyirmi il sonra isə şəhər xəstəxanası açılır. Əsrin sonlarında ilk sənaye müəssisələri fəaliyyətə başlayır. Şəhərdə bir su dəyirmanı, toxuculuq fabriki, su təchizatı sistemi, həmçinin Broddan birbaşa Sarayevoya aparan dəmir yolu vardır. 20-ci əsrin əvvəllərində Derventa Bosniyanın ən firavan şəhərlərindən biri olan zəngin bir ticarət şəhərinə çevrildi. Birinci Dünya müharibəsi ərəfəsində şəhərdə bir gimnaziya, ardınca pedaqoji və kənd təsərrüfatı məktəbi açıldı. İkinci Dünya müharibəsi zamanı şəhərdə minə yaxın insan öldü, onun əksər binaları dağıdıldı. 80-ci illərdə Derventa Bosniya və Herseqovinadakı ən yüksək inkişaf etmiş bələdiyyələrindən biri olmaqla inkişaf zirvəsinə çatdı. 1991-ci ilə qədər cəmiyyətdə 57 min əhali yaşayırdı (bunlardan 17 mini şəhərin özündə). Burada toxuculuq, dəri, ayaqqabı və qara metallurgiya sənayesi inkişaf etdirildi. Derventa Yuqoslaviyanın ən böyük regional mərkəzlərindən biri idi. 1992-ci ilin aprelində Bosniya müharibəsi illərində şəhərdə serblərə qarşı açıq şəkildə qırğınlar törətmiş Azra dəstəsinin köməyi ilə Xorvatiya qoşunları şəhəri ələ keçirdi. Yalnız 7 iyul 1992-ci ildə Serb Respublikası qoşunları “Dəhliz” əməliyyatı zamanı şəhəri geri aldı. Hazırda şəhər Serb Respublikasının bir hissəsidir.
Əhalisi
redaktə2013-cü il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 12 680 nəfər, icmanın isə 30.177 nəfər olmuşdur[1].
- Avstriya-Macarıstanda aparılan siyahıyaalınmasına əsasən
Siyahıyaalınma ili | Say |
---|---|
1879 | 39 385 |
1885 | 43 970 |
1895 | 53 136 |
1910 | 65 784 |
- Şəhərin milli tərkibi
Derventa | ||||||
Siyahıyaalınma ili | 1991 | 1981 | 1971 | |||
Müsəlmanlar | 5 558 (31,31 %) | 4 593 (31,99 %) | 5 065 (42,83 %) | |||
Serblər | 4 555 (25,66 %) | 2 934 (20,43 %) | 2 496 (21,10 %) | |||
Xorvatlar | 4 317 (24,32 %) | 3 727 (25,95 %) | 3 439 (29,08 %) | |||
Yuqoslavlar | 2 623 (14,77 %) | 2 799 (19,49 %) | 459 (3,88 %) | |||
Digərləri | 695 (3,91 %) | 304 (2,11 %) | 365 (3,08 %) | |||
ümumi | 17 748 | 14 357 | 11 824 |
Tanınmış şəxsləri
redaktə- Mile KitiÇ, Serb xalq mahnıları ifaçısı.
- Slobodan Çustiç, serb əsilli aktyor
- Pop Yovitsa, serb inqilabçısı
- Zoran Rankic, serb əsili aktyor
- Vedran Çorluka, xorvatiyalı futbolçu
- Abaz Arslanaqiç, həndbol oyunçusu
- Dragan Curiç, Partizan Futbol Klubunun direktoru
- İosip Majar, Yuqoslaviyanın Xalq Qəhrəmanı
İstinadlar
redaktə- ↑ "Попис становништва, домаћинстава и станова у Босни и Херцеговини 2013 на територији Републике Српске — Прелиминарни резултати, Републички завод за статистику, Бања Лука, 2013" (PDF). 2014-01-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03.