David Aqmasenebeli Prospekti - Wikipedia
David Aqmaşenebeli prospekti (gürc. დავით აღმაშენებლის გამზირი) — Tbilisidə Çuqureti rayonunda, Saarbrücken meydanından Tsabadze küçəsinə qədər olan prospekt. Prospekt şəhərin əsas küçələrindən biri sayılır.
David Aqmaşenebeli prospekti | |
---|---|
gürc. დავით აღმაშენებლის გამზირი | |
| |
Ümumi məlumatlar | |
Ölkə | Gürcüstan |
Rayon | Çuqureti |
metro | Marcanişvili stansiyası |
Əvvəlki adları | Mixaylovski prospekti, Plexanov prospekti |
Şərəfinə adlandırılıb | Qurucu IV David (Aqmaşenebeli) |
Tarixi
redaktəProspektin ilk adı Mixaylovski Prospekti (1851) olmuşdur. Rusiya imperatoru I Nikolayın oğlunun şərəfinə, Avlabar qapısından keçən köhnə Avçal yoluna paralel olaraq salınmışdır. 1735-ci il şəhərin baş planında müasir Vaxuşti Baqrationi prospektinin[1] əvvəlində Axalsopeli kəndi göstərilir. 1800-cü il baş planında kilsəsi olan Kukia kəndi bu yerdə göstərilir. Üstəlik ərazi qala ilə əhatə olunmuş və divarları, ətrafında geniş bir şəxsi bağ mövcud idi.
1818-ci ildə, burda əsasən kənd təsərrüfatı ilə məşğul olan, tərəvəz bağları üçün sahə şumlayan, hətta suvarma kanalı çəkən Vürttemberg alman kolonistlərinin Aleksanderdorf (Rusiya monarxı I Aleksandrın şərəfinə adlandırılan) qəsəbəsi yarandı.
1853-cü ildə ərazi şəhər sərhədlərinin bir hissəsi oldu.
Qalaktion Tabidze körpüsü (1883) inşasından sonra, hazırkı formasını alan küçənin hər iki tərəfi, o illərdə hökm sürən yeni eklektik üslub ruhunda intensiv şəkildə qurulmağa başladı. Bir zamanlar geniş olan bağlardan yalnız (Filarmoniyanın yay bağı, Qorki Klubunun bağçası (gül bağı), "Müştaidi" parkı) bir neçəsi qaldı.
1883-cü ildə prospekti dəmiryol stansiyası ilə birləşdirən at tramvayı - konki işə düşdü.
1918-ci ildə Rusiya inqilabi hərəkatının lideri G.V.Plexanovun şərəfinə Plexanov prospekti olaraq dəyişdirildi.
1925-ci ildə Vokzalnaya küçəsi prospektə qədər uzadıldı.
1930-cu illərin ilk yarısında prospektin sonunda (memar A.Kurdiani, N.Qrinevskinin iştirakı ilə) 30.000 tamaşaçı üçün nəzərdə tutulmuş "Dinamo" stadionu tikildi.
1940-cı illərdə Peter və Paul Lüteran kilsəsi söküldü (memar L.Bilfeld). Sökülən binaların yerində Marcanişvili Meydanı salındı. Meydanın perimetri boyunca "L" şəkilli üç ev tikildi (memar M.S.Melia) Bunlardan ikisi yaşayış (1948, 1950-ci il üçün III dərəcəli Stalin mükafatı), üçüncüsü Tbilgorproekt İnstitutu idi(1956).
1953-cü ildə köhnə Verijski körpüsünün yenidən qurulması (Stalin körpüsü, memar M.Melia, mühəndis G. Çomaxidze) şəhərin sol sahili və sağ sahili bölgələri arasında nəqliyyat əlaqələrini canlandırdı.
1954-cü ildə prospektə bitişik Qorki Parkında Maksim Qorkinin abidəsi qoyuldu (heykəltəraşlar B.Avalişvili və İ.Okropiridze).
11 yanvar 1966-cı ildə David Aqmaşenebeli prospektində Marcanişvili metro stansiyası açıldı.
Prospekt müasir adını Gürcüstan çarı Qurucu IV David (Aqmaşenebeli) şərəfinə alıb.
23 noyabr 2011 - Pravoslav bayramı "Giorgoba" günü və Qızılgül inqilabının 8-ci ildönümü şərəfinə, Gürcüstan Prezidenti və Tiflis Bələdiyyə Başçısı prospektin bərpa edilmiş hissəsini təntənəli şəkildə açlışını etmişdilər.[2][3][4].
Görməli yerləri
redaktə- ev 27. - Mantaşevin keçmiş yaşayış evi (memar K. A. Sarkisyan)[5]
- ev 36. - E.Çavçanidzenin keçmiş evi
- ev 38. - keçmiş "Kolxida" kinoteatrı
- ev 52. - Lev Tolstoyun xatirə lövhəsi (1851-ci ilin noyabrında burada qalmışdır)[6]
- ev 58. - Mixaylovskaya xəstəxanası
- Gül Parkı (1892, memar L.Bildfeld, Sovet dövründə - Maksim Qorki Parkı)
- ev 59. - yaşayış binası (1950, memar İ.Çxenkeli)
- 83/23. - Vaxtanq Çabukiani Muzeyi
- ev 99. - Nodara Dumbadze adına Rus Dövlət Gənc Tamaşaçılar Teatrı
- ev 103. - keçmiş "Vetzel" oteli (1911, memar L.Bildfeld, Sovet dövründə - "Rustavi" oteli, hazırda kukla teatrı)
- ev 115. - keçmiş Zaltsmanın evi
- ev 123. - keçmiş dəmiryolçuların mədəniyyət evi (1950, memar G. Ter-Mikelov)
- ev 125. - Gürcüstanın Dövlət Musiqi Mərkəzi, Sovet dövründə - Gürcüstan Filarmoniyası
- ev 127. - Sovet dövründə "Amirani" kinoteatrı
- ev 188. - Qacarların keçmiş evi (1893, memar P. Stern)
- ev 135. - "Apollon" (gürcü) Rus kinoteatrı. (1909), Sovet dövründə - "Oktyabr"
- ev 148. - keçmiş kadet korpusu
- ev 150. - keçmiş Tiflis Geofizika Rəsədxanası, 1899-1901-ci illərdə İ.V. Stalin binada yaşamış və işləmişdir.
- ev 157. - Gürcüstan-Rusiya ictimai mərkəzi, divarda David Aqmaşenebelini təsvir edən mozaika
- ev 164. -"Georgia-Film" kinostudiyası (1927-1930, memar M. Buz-oğlu)
- ev 182. - V.Abaşidze adına Gürcüstan Musiqili Komediya Teatrı
- "Muştaidi" parkı
İstinadlar
redaktə- ↑ "План царевича Вахушти". 2018-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
- ↑ "საქართველოს პრეზიდენტმა და თბილისის მერმა განახლებული დავით აღმაშენებლის გამზირი გახსნეს // თბილისის მერიის ოფიციალური საიტი". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-20.
- ↑ "Описание Проспекта Агмашенебели". 2016-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-20.
- ↑ "В Тбилиси открылся обновленный проспект Агмашенебели". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-20.
- ↑ "К. А. Саркисян (1874—1946) Творчество этого архитектора охватывает период с началаXX века до установления Советской власти". 2017-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-20.
- ↑ "Лев Толстой с левого берега Куры". 2018-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-20.
Ədəbiyyat
redaktə- Архитектура Тбилиси / Квирквелия Т. Р. — М.: Стройиздат, 1984. — 311 с. — 17 500 экз.
- ენციკლოპედია «თბილისი». 2008