Qalaktion Tabidze Korpusu - Wikipedia
Qalaktion Tabidze körpüsü (gürc. გალაკტიონის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Çuruqeti rayonunu şəhərin mərkəzi ilə birləşdirir.
Qalaktion Tabidze körpüsü | |
---|---|
gürc. გალაკტიონის ხიდი | |
41°42′27″ şm. e. 44°47′32″ ş. u.HGYO | |
Keçid | avtomobillər və piyadalar üçün |
Yeri | Tbilisi |
Üslubu | Aşırımlı |
Material | dəmir-beton |
Eni | 25 |
Açılışı | 1885 |
Vikianbarda əlaqəli mediafayllar |
Yerləşir
redaktəKörpü Mixail Cavaxaşvili küçəsini Konstantin Marcanaşvili küçəsi ilə birləşdirir. Sol sahil hissədə avtovağzal, Didube dəmir yol və metro stansiyaları vardır.
Körpüdən yuxarı axar boyunca Çariça Tamar, aşağı axar üzrə isə Saarbrüken körpüləri yerləşir.
Adı
redaktəİlk əvvəllər körpünün adı yerləşdiyi rayonun adına uyğun olaraq Vera körpüsü adlanırdı. Sovetlər dönəmində körpünün adı ilk olaraq Stalin körpüsü adlanır. Sonradan isə inqilabçı, 1919-cu ildə Vera enişində Denikin ordusunun generalı Nikolay Baratova suiqəst etmiş A. Elbakidzenin şərəfinə adlandırılır. 1991-ci ildə körpüyə ilk adı qaytarılır. Hazır ki ad isə 2001-ci ildə gürcü şairi Qalaktion Tabidzenin şərəfinə adlandırılır.
Tarixi
redaktəBu ərazidə körpünün tikintisi hələ 1880-ci illərdən planlaşdırılır. İlk əvvəllər Barataşvili körpüsünün olduğu yerdə tikinti planlaşdırılır. Ancaq yerli torpaq sahiblərinin səyi ilə bu istiqamətdən körpünün planlaşdıırılması qabağa düşür. 1881-ci ildə arxitektor A. Umanski 3 aşırımlı, metal konstruksiyalı körpünün layihəsini verir. Körpü rəsmən 10 fevral 1885-ci ildə açılır. Körpünün eni 10,5 metr (7,5 m avtomobillərin hərəkəti, 1,5 m isə piyadaların hərəkəti üçün) təşkil edir. Səkilərin kənarları metal məhəccərlərə qorunur. XX əsrin əvvəllərinə Tiflisdə olan 6 körpüdən biri olmuşdur[1].
1917-ci ilin fevralına qədər körpüdən keçid üçün pul alınırdı.
1951—1952-ci illərdə körpü mühəndis Q. Çomaxidze və arxitektor M. Melianın layihəsi əsasında yenidən qurulur.
2008-ci ildə körpüdə 4 şir fiquru qoyulmuşdur.
Konstruksiya
redaktəÜç aşırımdan ibarət olan, dəmir konstruksiyalı körpüdür. Orta aşırımın uzunluğu 73 m, yanlarda olan aşırımların uzunluğu isə 20 metrdir. Körpünün eni 25 metrdir. Körpü sənət əsəri xüsusiyyəti daşıyır. Köprünün dizaynında bir çox dekorativ elementlər istifadə olunmuşdur: oyma daş elementlər, dəmir məhəccərlər. Köprünün fasadı tüf və bazalt ilə üzlənmişdir.
Körpü həm avtomobillərin həm də piyadaların hərəkəti üçün hesablanmışdır. Avtomobillərin hərəkəti üçün körpü dörd zolaqlıdır.
İstinadlar
redaktə- ↑ Григорій Москвичъ Иллюстрированный практическій путеводитель по Кавказу. Одесса, 1899
Mənbə
redaktə- Vera körpüsü //Gürcüstan parlament kitanbxanası (gürc.)
- Tiflis. Vera körpüsü. 1890—1900
- ჯერ ვერის, მერე სტალინის, ახლა გალაკტიონის ხიდი //კვირის პალიტრა (gürc.)