Daron Ecemoglu - Wikipedia
Daron Əcəmoğlu (3 sentyabr 1967[1], İstanbul[5][6]) — erməni əsilli türk alimi, professor. İqtisadiyyat üzrə "Nobel" mükafatı laureatı.[7]
Daron Əcəmoğlu | |
---|---|
türk. Daron Acemoğlu | |
Doğum adı | Kamer Daron Acemoğlu |
Doğum tarixi | 3 sentyabr 1967[1] (57 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | |
Uşağı | 2 |
Elm sahəsi | iqtisadiyyat |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1967-ci ildə İstanbulda anadan olan Əcəmoğlu 1986-cı ildə Qalatasaray liseyini bitirib. İngiltərədə York Universitetinin iqtisadiyyat fakültəsindən məzun olduqdan sonra London İqtisadiyyat Məktəbində magistr və elmlər namizədi dərəcələri alıb.
1992–1993-cü illərdə bu məktəbdə dərs deyib.
Əcəmoğlu 1993-cü ildən bəri dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnoloji Univesitetində çalışmağa başlayıb. 2000-ci ildə professor dərəcəsi alıb. O zamandan bəri universitetin tətbiqi iqtisadiyyat fakültəsində dərs deyir. Xüsusilə gəlir və maaş qeyri-bərabərliyi mövzusunda işləri ilə tanınan Əcəmoğlunun maraqlandığı məsələlər arasında siyasi iqtisadiyyat, iqtisadi inkişaf, iqtisadi böyümə də yer alır.
O, iqtisadiyyat elminə böyük töhfə vermiş gənc alimlərə ABŞ İqtisadiyyat Dərnəyinin iki ildən bir verdiyi Con Bat Klark mükafatına və London İqtisadiyyat Məktəbinin Robert Makkenzi mükafatına layiq görülüb.
İDEAS/RePec beynəlxalq iqtisadi araşdırma qurumunun məlumatına görə, Əcəmoğlu dünyada istinad edilən ilk 20 iqtisadçıdan biridir. O, siyahıda 8-ci yerdədir.
Əcəmoğlunun iki kitabı elm dünyasında rezonans doğurub – "Modern iqtisadi böyüməyə giriş" (2009) və "Diktatorluq və demokratiyanın iqtisadi kökləri" (2005).
2010-cu ilin 100 qlobal fikir adamı arasına girməyi bacaran Əcəmoğlu Nobel mükafatına namizədlər sırasında da yer alıb. 2024-cü il 14 oktyabrda Saymon Conson və Ceyms A.Robinson ilə bərabər İqtisadiyyat üzrə "Nobel" mükafatına layiq görülüb. O Rabinson ilə birlikdə müəllifi olduğu "Millətlər niyə tənəzzül edir" (Why Nations Fail) əsərinə görə Nobel mükafatına layiq görülüb.
İstinadlar
redaktə- ↑ 1 2 Daron Acemoglu // Munzinger Personen (alm.).
- ↑ 1 2 Daron Acemoglu (ing.). Project Syndicate.
- ↑ 1 2 https://www.carnegie.org/awards/honoree/daron-acemoglu/.
- ↑ 1 2 https://web.archive.org/web/20060222074250/http://www.econometricsociety.org/newfellows.asp.
- ↑ 1 2 Awarding Turkish President’s Prize to Armenian economist Daron Acemoğlu displeased Turkish officials (ing.). // Արմենպրես 2013.
- ↑ 1 2 Armenia’s PM meets renowned ethnic Armenian economist Daron Acemoglu (ing.). // Tert.am 2012.
- ↑ İqtisadiyyat üzrə Nobel Daron Acemoğlu da daxil üç nəfərə verilib. Tarix:13.10.2024