Danger Mouse - Wikipedia
Danger Mouse (əsl adı: Brayan Cozef Börton; 29 iyul 1977[1], Uayt-Pleyns[d], Nyu-York ştatı[1]) — ABŞ musiqiçisi, səsyazma prodüseri. O, 2004-cü ildə çıxardığı özünün debüt studiya albomu olan "The Grey Album" sayəsində tanınma qazanıb. O, bu albomunda repçi Jay-Z-nin "The Black Album" albomundan olan vokal parçalarını The Beatles-ın məşhur "The White Album" albomundan olan instrumentallar ilə məharətli şəkildə birbirinə calalamışdır.[3] 2008-ci ildə "Esquire" jurnalı onun adını XXI əsrin ən təsirli 75 şəxsi arasında göstərmişdir.
Danger Mouse | |
---|---|
ing. Brian Burton | |
Ümumi məlumatlar | |
Doğum adı | Brian Joseph Burton |
Ləqəbi | Danger Mouse |
Doğum tarixi | 29 iyul 1977[1] (47 yaş) |
Doğum yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, musiqi prodüseri, dicey, repçi, səsyazma sənətçisi[d] |
Fəaliyyət illəri | 1998-ci ildən |
Janrlar | hip-hop[d], ritm-n-blyuz[2] |
Musiqi alətləri | sintezator, gitara[2], zərb qurğusu[d][2] |
Albom şirkəti | Capitol Records[d] |
Təhsili | |
dangermousesite.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Danger Mouse 2003-cü ildə repçi CeeLo Green ilə soul musiqi duosu olan "Gnarls Barkley"-ni formalaşdırıb.[4] Bu layihə çərçivəsində iki studiya albomu çıxarıb: "St. Elsewhere" (2006) və "The Odd Couple" (2008). Danger Mouse 2009-cu ildə indi-rok qrupu The Shins-in vokalisti Ceyms Merser ilə bir araya gələrək Broken Bells-i formalaşdırıb. Bu qrupun üç studiya albomu işıq üze görüb: "Broken Bells" (2010), "After the Disco" (2014) və "Into the Blue" (2022). Danger Mouse həmçinin repçi MF Doom ilə "Danger Doom" superqrupunu yaradıb. Onların yeganə albomu olan "The Mouse and the Mask" 2005-ci ildə yayımlanıb. Danger Mouse 2022-ci ildə repçi Black Thought ilə "Cheat Codes" adlı kollaborativ studiya albomu çıxarıb.
Danger Mouse 22 dəfə "Qremmi" mükafatına namizəd olmuş və onlardan 7-sini qazanmışdır. O, beş dəfə "İlin prodüseri" kateqoriyasında namizəd göstərilmiş və 2011-ci ildə qalib gəlmişdir.
Həyatı
redaktəBrayan Cozef Börton 29 iyul 1977-ci ildə Nyu-York ştatının Vayt-Pleyns şəhərində anadan olub.[5] Uşaqlığının böyük hissəsini Sprinq-Valli villicində keçirib. O, yeniyetmə yaşlarında Corciya ştatında yerləşən Ston-Montein şəhərinə köçüb. Orada, Redan High School-da orta təhsilini başa vurub.[6] O, Atens şəhərindəki Corciya Universitetinə qəbul olmuş və telekommunikasiya üzrə təhsil almışdır.[7] İlk trip-hop janrında olan əsərlərini tələbəlik illərində buraxıb: "The Chilling Effect" (1999), "Rhode Island" (2000) və "Pelican City / Scanner – Pelican City vs. Scanner" (2002).[8] Universitetdə təhsil alarkən o, Neutral Milk Hotel kimi indi-rok qruplarının mahnılarını remiks etmişdir. O, gənc yaşlarında universitetinin radiostansiyası WUOG-FM üçün diceylik də edirdi.[9]
Diskoqrafiya
redaktəArtist | Title | Buraxılış ili |
---|---|---|
Prince Po | The Slickness | 2004 |
Gorillaz | Demon Days | 2005 |
Busdriver | Fear of a Black Tangent | |
The Rapture | Pieces of the People We Love | 2006 |
Sparklehorse | Dreamt for Light Years in the Belly of a Mountain | |
The Good, the Bad & the Queen | The Good, the Bad & the Queen | 2007 |
The Black Keys | Attack & Release | 2008 |
The Shortwave Set | Replica Sun Machine | |
Martina Topley-Bird | The Blue God | |
Beck | Modern Guilt | |
The Black Keys | Brothers | 2010 |
El Camino | 2011 | |
Electric Guest | Mondo | 2012 |
Norah Jones | Little Broken Hearts | |
Portugal. The Man | Evil Friends | 2013 |
The Black Keys | Turn Blue | 2014 |
U2 | Songs of Innocence | |
ASAP Rocky | At.Long.Last.ASAP | 2015 |
Adel | 25 | |
Michael Kiwanuka | Love & Hate | 2016 |
Red Hot Chili Peppers | The Getaway | |
Various Artists | Resistance Radio: The Man in the High Castle Album | 2017 |
Portugal. The Man | Woodstock | |
Parquet Courts | Wide Awake! | 2018 |
Sam Cohen | The Future's Still Ringing in my Ears | 2019 |
Michael Kiwanuka | Kiwanuka | |
MGMT | Loss of Life | 2024 |
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #13547535X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 3 Montreux Jazz Festival Database.
- ↑ Rambarran, Shara. Virtual Music Sound, Music, and Image in the Digital Era. New York: Bloomsbury. 2021. ISBN 9781501336379. OCLC 1236265553. 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-05.
- ↑ Rambarran, Shara. "Virtual Music: Sound, Music, and Image in the Digital Era". Bloomsbury (ingilis). April 2021. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-09.
- ↑ "Danger Mouse Biography". biography.com. April 2, 2014. July 28, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 28, 2018.
- ↑ "Danger Mouse". Spotify. Spotify USA Inc. 27 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2019.
- ↑ "15 Famous Alumni From The University of Georgia – 11. Danger Mouse". society19.com. Society19 Media LLC. March 29, 2017. 27 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2019.
- ↑ "Pelican City Discography at Discogs". Discogs.com. October 13, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 12, 2012.
- ↑ "How's this for mash-up: Danger Mouse meets Cee-Lo". Chicago Tribune. 2010-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 23, 2006.