Damar - Wikipedia
Damar sistemi — orqanizm daxilində qan və limfa adlanan maye toxumaları başlıyan boru sisteminə deyilir. Bu sistem iki şöbəyə bölünür:
- Ürək (İnsan ürəyi);
- Arterial sistem;
- Venoz sistem.
Qan damar sistemi bəhsinə angiologiya — angiologia (yun. angejon — damar və lego oyrənirəm) və limfa sistemi bəhsinə limfologiya — lat. limfologiya deyilir. Adətən bu iki sistem angiologiya adı ilə qeyd olunur.
Hüceyrələrin əsas həyati vəzifələri, yəni qidalanma, tənəffüs və ifrazat prosesləri orqanizm daxilində müəyyən maddələri (qida maddələri, oksigeni, karbon qazını) xüsusi sistem vasitəsilə daşınmasından asılıdır. Ali sinif heyvanlarda və insanda həmin maddələri daşıyan sistemə damar sistemi deyilir.QAPALI VE ACIQ OLUR.TWO TIPS:OPEN AND QAPALIED
Bağırsaqboşluqlarda
redaktəBağırsaqboşluqlarda şaxəli kanal sisteminə təsadüf olunur: bunların ümumi həzm kanalı boşluğu yan tərəflərə bir çox şaxələr verir və ora daxil olan maddələr kirpikli epitelin titrəməsi nəticəsində həmin şaxələr vasitəsilə heyvanın vicuduna yayılır. Heyvanlar yaşayış şəraitinə müvafiq olaraq diferensisiya etdikcə onların kütləsi və vicudda gedən mübadilə artdıqca, yuxarıdakı mexanizmlər kifayət etmir; odur ki tələbatın artması nəticəsində xüsusi mexanizm — damar sistemi əmələ gəlir. Əvvəlcə damar sistemi diğər sistemlərlə sıx rabitədə olur, yəni mühiti ucları açıq qalır; lakin sonralar qapalı damar sisteminə çevrilir.
Nemertinlərdə
redaktəQam-damar sisteminə ən əvvəl sadə halda yastı qurdlarda — nemertinlərdə təsadüf olunur. Yastı qurdlarda damar sistemi üç boylama damardan təşkil olunur; bunlardan birici arxada, ikisi isə yanlarda yerləşir. arxa damar ilə qan başa doğru axaraq beyini əhatə edən şaxə vasitəsilə yan damarlara keçir və bunlar ilə yenə geriyə qayıdır.
Annelidlərdə
redaktəHəlqəvi qurdlarda — annelidlərdə qan damar sistemi qanlı olub iki ümumi boylama damardan (arxa və qarın damarlarından) təşkil olunur. qan arxa damar ilə başa doğru və qarın damarı ilə əksinə, quyruğa doğru axır. Bu damarlar bir çox köndələn şaxələr vasitəsilə bir- birilə birləşir; həmin şaxələr bağırsaq və bədən divarlarına məxsus visseral və parietal şaxəciklər verir. Arxa damar ürəyi əvəz edərək pulsasiya edir və qanı vücuda vurur. qan damar sistemi ilk olaraq neştərçədə meydana çıxmışdır. Bunu hələ ürəyi olmur və rəngsiz qan ancaq damarların ritmik və peristaltik yığılması nəticəsində cərəyan edir. qanın damarlarda cərəyan etməsinə xüsusi qapaqlar kömək edir.