Dekken Sultanliqlari - Wikipedia
Dəkkən sultanlıqları – Orta əsrlərdə Hindistandakı Bijapur, Golkonda, Əhmədnagar, Bidar və Berar İslam dövlətlərinə verilən ümumi ad.
Dəkkən sultanlıqları, Krişna çayı ilə Vindhya arasında, Dəkkən yaylasında yerləşir. Bu sultanlıqlar, Bahmani sultanlığının ləğvi əsnasında müstəqillik qazanmışdırlar.[1] 1490-cı ildə Əhmədnaqar müstəqilliyini elan etmiş, sonra isə eyni il ərzində Bicapur və Berarda müstəqilliyini elan etmişdir. Golkonda 1518-ci ildə, Bidar 1528-ci ildə müstəqil olmuşdur.[2]
Bu sultanlıqlar ümumiyyətlə rəqib olsalar da, 1565-ci ildə zəifləyən Vicayanaqar imperiyasına qarşı birləşdilər. Vijanayagar imperatorluğana qarşı baş vermiş Talikota döyüşündə Vijanayagar məğlub oldu və tənəzzül dövrünə qədəm qoydu. 1574-cü ildə Berar sultanlığındakı çevrilişdən sonra Əhmədnaqar sultanlığı bu krallığı fəth etdi. 1619-cu ildə Bidar sultanlığı Bijapur tərəfindən özünə birləşdirildi. Əhmədnaqar 1636-cı ildə, Golkonda və Bijapur isə Övrəngzibin 1686-1687-ci illərdəki ekspedisiyaları əsnasında Böyük Moğol İmperiyası tərəfindən fəth edildi.
İstinadlar
redaktə- ↑ Majumdar, R.C. (ed.) (2006). The Delhi Sultanate, Mumbai: Bharatiya Vidya Bhavan, s. 269
- ↑ Majumdar, R.C. (ed.) (2007). The Mughul Empire, Mumbai: Bharatiya Vidya Bhavan, ISBN 81-7276-407-1, s. 412