Dovlet Gomruk Komitesi Azerbaycan - Wikipedia
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi — Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirən dövlət orqanı.
Gömrük Komitəsi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaradılma tarixi | 30 yanvar 1992 |
Baş qərargah | Bakı |
Ünvan | İnşaatçılar prospekti 2, AZ1073 |
Rəhbərlik | |
Sədr | Şahin Bağırov |
Sədrin birinci müavini | Bəhruz Quliyev[1][2] |
Sədr müavinləri |
Natiq Şirinov Cavad Qasımov |
|
|
Rəsmi saytı | customs.gov.az |
Tarixi
redaktəBakı Gömrüyü ilk dəfə Rusiya İmperiyası Senatının 25 yanvar 1807-ci il tarixli fərmanı ilə 1809-cu ildə təsis edilmiş, Həştərxan gömrük dairəsinin tərkibinə daxil edilmişdi. "Zaqafqaziya ölkəsində gömrük idarəetməsi barədə Əsasnamə"yə görə o, 31 iyul 1831-ci il tarixdən Zaqafqaziya gömrük dairəsinin tabeliyinə verilmiş və 1832-ci ildən etibarən "Bakı anbar gömrükxanası" adını almışdır.
4 may 1847-ci ildən Bakı Gömrüyü Zaqafqaziya Karantin-Gömrük dairəsinin tabeliyində olan Bakı Karantin-Gömrük idarəçiliyinə çevrilir. Qafqaz canişini tərəfindən 31 mart 1861-ci il tarixdə təsdiq edilmiş "Qafqaz və Zaqafqaziyada Karantin-gömrük hissəsinin yenidən təşkili barədə Əsasnamə"yə görə bü idarə Bakı Karantin-Gömrük Kontoruna çevrilmiş və yeni yaradılmış Bakı Karantin-Gömrük dairəsinin idarəçiliyinə tabe edilmişdi.
1897-ci il dekabr ayının 8-də "Rusiyanın Avropa hissəsi və Qafqazda gömrük təşkilatlarının ştatları" barədə qanuna əsasən Bakı Karantin-Gömrük Kontoru Bakı Gömrük Dairəsi idarə heyəti tabeliyində Bakı Gömrükxanasına çevrilir və 1 iyun 1911-ci ildə Tiflisdəki Qafqaz Gömrük Dairəsinin idarəçiliyinə tabe edilir.
1911-ci ildən 1918-ci ilə qədər Bakı Gömrüyü Senat tərəfindən 21 yanvar 1911-ci ildə təsdiq edilmiş "Rusiya İmperiyası Gömrüklərinin Nizamnaməsi" əsasında fəaliyyət göstərmişdir.
1918–1920-ci illərdə gömrükxana Azərbaycan Demokratik Respublikasının Maliyyə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərmiş və onun funksiyalarında əhəmiyyətli dəyişikliklər baş vermişdir.
1921-ci ilin əvvəlində Bakı Gömrükxanası aşağıdakı struktura malik idi:
1. Dəftərxana; 2. Müsadirə şöbəsi; 3. Mühasibat; 4. Gəmi kontoru.
1929-cu ildən gömrükxananın fəaliyyəti Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının 19 dekabr 1928-cil tarixli müvafiq qərarı ilə tənzimlənməyə başlamışdır. 1946-cı ilin əvvəlində Bakı Gömrükxanasının strukturu genişləndirildi. Yeni strukturda aşağıdakı şöbələr nəzərə tutuldu:
1. Ümumi şöbə; 2. Mühasibat; 3. Məhkəmə-müsadirə şöbəsi; 4. Yük şöbəsi; 5. Poçt-sərnişin şöbəsi; 6. Gəmi şöbəsi
1955-ci ildə gəmi və yük şöbələri vahid gəmi-yük şöbəsinə çevrildi, məhkəmə-müsadirə şöbəsi isə bəzi repressiv funksiyalarını itirərək qaçaqmalçılığa qarşı mübarizə qrupuna çevrildi.
1956–1988-ci illərdə Bakı Gömrükxanasının strukturunda mütamadi olaraq müxtəlif dəyişikliklər aparılmışdır.
1989-cu ilin yanvar ayının 27-də SSRİ Nazirlər Sovet yanında Dövlət Gömrük Nəzarəti Baş İdarəsinin 17 saylı əmri ilə Bakı Gömrükxanası əsasında Azərbaycan Respublikası Gömrükxanası yaradıldı və Respublikadakı digər gömrükxanalar (Culfa və Astara) onun tabeçiliyinə verildi.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ilin yanvar ayının 30-da prezident Ayaz Mütəllibovun fərmanı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yaradıldı.[3]
Funksiyaları
redaktəAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əsas funksiyaları aşağıdakılardır:
- Azərbaycan Respublikasında gömrük işini təşkil etmək və onu təkmilləşdirmək;
- Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirmək;
- Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi mənafeyini və təhlükəsizliyini qorumaq;
- Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının gömrük ərazisinin vahidliyini təmin etmək;
- Azərbaycan Respublikasında qabaqcıl gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil etmək;
- İcrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş gömrük işinə dair və digər qanunvericiliyinə əməl olunmasını təmin etmək;
İstinadlar
redaktə- ↑ "Bəhruz Quliyev birinci müavin təyin edildi". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
- ↑ "RƏHBƏRLİK > Quliyev Bəhruz Faiq oğlu". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.
- ↑ "Dövlət Gömrük Komitəsinin tarixi". 2021-04-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-18.