Doblinq - Wikipedia
Döblinq - Haqqında Məlumat
Döblinq (alm. Döbling) — Avstriyanın paytaxtı Vyana şəhərinin 19-cu rayonu. O, mərkəzi rayonların şimal ucunda, Alzerqrund və Verinq rayonlarının şimalında yerləşir.[2] Çoxlu yaşayış binalarının yerləşdiyi Döblinq rayonunda sıx məskunlaşmış şəhər əraziləri var, həmçinin rayon Vyana meşələri ilə həmsərhəddir.[2][3] Qrintsin, Siverinq, Noyştift-am-Valde və Kasqraben kimi bahalı yaşayış məntəqələri və həm də bir çox Hoyriger restoranları burada yerləşir Bundan başqa burada bir neçə Gemayndebau yaşayış evlərinə rast gəlmək olar, onlar içərisində ən məşhuru Karl-Marks-Hof sayılır.
Döblinq | |
---|---|
Döbling | |
48°15′58″ şm. e. 16°19′23″ ş. u.HGYO | |
Ölkə | |
Şəhər | Vyana |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 247 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1190 |
Digər | |
wien.gv.at/bezirke/doebl… | |
Vikianbarda əlaqəli mediafayllar |
Əlavə olaraq, Vyana Amerika Beynəlxalq Məktəbi, Lauder Biznes Məktəbi və Q19 alış-veriş mərkəzi burada yerləşir.
İstinadlar
redaktə- ↑ Statistik Austria - Bevölkerung zu Jahresbeginn 2002–2020 nach Gemeinden (Gebietsstand 1.1.2020).
- ↑ 1 2 Wien.gv.at veb-səhifəsi (aşağı bax: İstinadlar).
- ↑ Statistik Austria, 2008, website: "Archived copy". 2008-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-12-25. (in German: population is "Einwohner").