Crytek - Wikipedia
Crytek — 1999-cu ildə üç Türk qardaş olan Cevat, Avni və Faruk Yerli tərəfindən Almaniyada qurulmuş olan bir videooyun şirkətidir. Crytek'in ana mərkəzi Frankfurtda var və Kiyev, Budapeşt, Sofiya, Seul və Nottingham və İstanbul olmaq üzrə 6 fərqli yerdə oyun studiyası var idi. 2016-cı ildə Budapeşt, Sofiya, Seul və Nottingham studiyalarını qapadaraq, geriyə qalan studiyaları ilə, Frankfurt, Kiyev və İstanbul ilə yollarına davam etməyə başladılar.
"Crytek" | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Fərdi şirkət |
Sənaye | Oyun sənayəsi |
Məhsulları |
Far Cry Crysis Crysis Warhead Crysis 2 Crysis 3 Ryse Warface |
Təsis tarixi | 1999 |
Baş qərargahın yeri | Bavariya, Almaniya |
Struktur | |
İşçi sayı |
|
www.crytek.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Ən çox bilinən oyunları olan Far Cry oyununda CryEngine, və daha populyar Crysis oyununda CryEngine 2-dən istifadə edilmişdir. Crysis 2 oyunu və CryEngine 3 mühərriki isə 2008-ci ildə inkişaf etdirilməyə başlanmışdır və 2011-in mart ayında satışa təqdim edilmişdir.
Crytek Electronic Arts, Ubisoft, NVIDIA, Intel, AMD şirkətləri və Wwise, FMOD, Scaleform və Xoreax Software kimi proqramları hazırlayan şirkətlər ilə əməkdaşlıq edir.
Tarixçəsi
redaktəCrytek 1999da Yerli qardaşlar tərəfindən Bavariyada quruldu. Tarixləri ECTS 2000-ci ildə başladı. Burda Crytek böyük yayıncılarla birlikdə texnologiya demosunu NVIDIA stendində sərgilədi. Onlar demo yayını davam etdilər və bu demo X-Isle olaraq bilinirdi (daha sonradan Far Cry olacaq). 2 may 2002-ci ildə Crytek CryEngine oyun mühərrikini sərgiləmişdir. 2003-cü ildə, Crytek GDC'ye qatıldı və oyun mühərrikini və yeni texnologiyalarını sərgilədilər.
fevral 2004də, Alman polisi Crytek ofisinə Saxta Məhsul İstifadəsi səbəbiylə basqın etdi. Axtarışlarda lisenziyasız heç bir şey tapılmadı.
Yenə fevral 2004də, Crytek və Electronic Arts ortaq olduqlarını bildirib. dekabr 2004-cü ildə, Crytek və ATI hollywood stili Machinima meydana gətirdilər.Gələcəyin pc aktyorluğu haqqında fikirlərini ifadə etdilər.
23 yanvar 2006-cı ildə, Crytek Crysisin istehsalına başladı. Deyilənə görə fps oynanışına yeni bir taktika mübarizəsi gətirəcəkdi. E3 və Games Convention'dan bir çox mükafat qazandı.
3 ay sonra, Crytek Frankfurt'da yeni ofislərinə köçdü.
CryEngine 2in ilk açıq yayını 23 yanvar 2007-ci ildə oldu və bir il sonra Crysis oyunsevərlərə təqdim etdi. Avatar Reality, WeMade Entertainment, Entropia Universe, XLGames, Reloaded Studios, 1st Educational Institution, and Games Academy GmbH kimi firmalar tərəfindən lisenziyalandı.
11 may 2007-ci ildə, Crytek paralel studiyalarını Kiyev, Ukraynada açdığını bildirdi. Kiyev studiyası inkişaf etdirici studiya olaraq təyin olundu və şirkətin 2ci Developer studiyası oldu.
Kiyev studiyası qurulduqdan bir həftə sonra, Crytek Budapeşt, Macarıstanın yeni studiyasını açdı. Oxşar Kiyev studiyası kimi Budapeşt stüdyosununda ağırlıqlı vəzifəsi CryEngine 2 üzərinə idi.
14 iyun 2008-ci ildə Crytek, Sofiya mərkəzli Black Sea Studiosun satın alaraq adını Crytek Black Sea olaraq dəyişdirdi.
17 oktyabr 2008, Cənubi Koreyada Crytek Seul studiyası açıldı. Ofis Young Mok Parkda olmaqda və diqqətlərini CryEngine2 i Koreya firmalarına lisenziyalamağa vermişdir
Crytek'in məşhur oyunu, Crysis Warhead, 12 sentyabr 2008-ci ildə Masaüstü Komputerlərə xüsusi oyunu olaraq bazara çıxdı.
3 fevral 2009-cu ildə, Crytek, Free Radical Design şirkətini satın aldı. Britanyada videooyun TimeSplitters ardıcıllığı ilə bilinər və studiyanın adı Crytek UK olaraq dəyişdirilmişdir.
11 mart 2009-da, Crytek internet saytında CryEngine 3ün 2009-cu ildə Game Developers Conference-da olacağını bildirdi. Yeni mühərrik PlayStation 3, Xbox 360 və PC istifadə ediləcəkdi.
14 noyabr 2009-cu ildə CryEngine 3 mühərriki inkişaf etdiricilərə ticarət axını ilə istifadə edilə bilər hala gəldi.
1 iyun 2009-cu ildə Crysis 2-ni oyunsevərlərə təqdim etdi.
3 mart 2010-cu ildə, CryEngine 3ün 3D Stereoscopic texnologiyasına sahib olduğu açıqlandı.
23 mart 2011 Amerikada, 25 mart 2011-ci ildə Avropada Crysis 2-ni təqdim etdilər və oyun gözləniləndən daha çox marağa səbəb oldu.
16 aprel 2012-ci ildə, Crytek və Electronic Arts Crysis 3-ü rəsmi olaraq təqdim etdi. Oyunun 2013-cü ilin yaz aylarında gələcəyi bildirilir.
8 avqust 2012-ci ildə Crytek Şanxay studiyasını qurduğunu rəsmən açıqlamışdır.
17 yanvar 2013'de Yerli qardaşlar tərəfindən Türkiyədə bir studiya açıldı. Bu studiya təxminən 150 personal saxlayacaq və oyun inkişaf etdiriləcək