Cozef Con Tomson - Wikipedia
Cozef Con Tomson (ing. Joseph John Thomson (18 dekabr 1856[1][2][…] – 30 avqust 1940[3][1][…], Kembric[6][7]) — britaniyalı fizik. O, elektronun hissəcik kimi davranışını nümayiş etdirən təcrübələrinə görə 1906-cı ildə fizika üzrə Nobel mükafatı almışdır.[10]
Cozef Con Tomson | |
---|---|
ing. Joseph John Thomson | |
Doğum adı | Joseph John Thomson. |
Doğum tarixi | 18 dekabr 1856[1][2][…] |
Vəfat tarixi | 30 avqust 1940[3][1][…] (83 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşaqları | |
Elm sahələri | fizika[9], elektron[9] |
İş yeri | |
Təhsili | |
Elmi rəhbəri | Con Uilyam Strett[5] |
Tanınmış yetirmələri | Robert Oppenheymer, Çarlz Qlover Barkla, Çarlz Tomson Ris Vilson, Frensis Aston, Uilyam Henri Breqq, Maks Born |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəC. C. Tomson 18 dekabr, 1856-cı ildə İngiltərədə (Mançester ətrafında) doğulmuşdur.
Tomson uşaqlıqda təhsilə həvəsli idi. 14 yaşında o, Ouen Kollecinə (indiki Mançester Universiteti) daxil oldu. Valideynlərinin məsləhəti ilə Tomson bu kolleci bitirdikdən sonra mühəndis firmasında çalışmağı planlaşdırırdı. Lakin 16 yaşında ikən atasını itirməsi mühəndis firmasında işə düzəlmək üçün lazım olan ödənişin yığılmasına mane oldu. 1876-cı ildə Tomson müsabıqədə qalib gələrək sonrakı təhsil üçün təqaüd aldı və Kembric Universitetinə (Triniti Kollec) daxil oldu və ömrünün sonuna qədər bu universitetin üzvü oldu.
1880-ci ildə o, Kavendiş Laboratoriyasında çalışmağa başladı. 1884-cü ildə laboratoriyanın direktoru vəzifəsi vakant olanda Tomson (28 yaşında) həmin vəzifəyə təyin olundu. Bu təyinat çoxlarını təəccübləndirsə[11] də Kavendiş Laboratoriyası üçün uğurlu oldu. Tomsonun rəhbərliyi müddətində orada elektrik cərəyanına və atomun təbiətinə aid əhəmiyyətli təcrübələr aparıldı. Bu fəaliyyətin nəticəsində karyerasını həmin laboratoriyada başlamış yeddi fizik apardıqları tədqiqatlara görə Nobel mükafatına layiq görüldülər, 27 nəfər isə Kral Cəmiyyətinə üzv seçildilər. Tomson özünün ruhlandırıcı və məhsuldar rəhbərlik üslubu ilə laboratoriya üzvlərinin dərin rəğbətini qazanmışdı. [10]
1890-cı ildə Tomson Kavendiş Laboratoriyasında çalışan fizik qadınla – Rose Paget ilə ailə qurdu. Onların bir oğlu və bir qızı dünyaya gəldi. Onların oğlu (George Paget Thomson) sonradan tanınmış fizik oldu və tədqiqatlarına görə 1937-ci ildə Nobel mükafatı aldı.
Peşəkar fəaliyyəti
redaktəTomson Kavendiş Laboratoriyasında direktor kimi işə başlayandan sonra burada əsas tədqiqatlar elektrik cərəyanının təbiətinin öyrənilməsi istiqamətində aparılırdı. Tomsonun əsas maraq obyekti isə katod şüaları idi. 1890-cı illərin əvvəllərində bir neçə ölkədə fiziklər katod şüalarının təbiətini öyrənməklə məşğul idilər. Katod şüalarının neqativ yüklü hissəciklər olduğu artıq məlum idi. Lakin bu hissəciklərin nə olduğu hələ dəqiqləşməmişdi.
Tomson catod borusu ilə bir neçə təcrübə apardıqdan sonra belə nəticəyə gəldi ki (1897), katod şüaları ölçüləri atomdan çox kiçik olan hissəciklərdən ibarətdir və o, bu hissəcikləri "korpuskul" adlandırdı. Onun təklif etdiyi bu ad sonradan başqa fiziklər tərəfindən "elektron" termini ilə əvəz edildi.[10]
Elektronların kəşfi fizikada böyük irəliləyiş idi, çünki o göstərdi ki, atom ən kiçik hissəcik deyil. Fiziklər yeni kəşfə əsaslanaraq atomun quruluşu haqda fikir yürütməyə başladılar və atomun müxtəlif modellərini təklif etdilər. Bu modellərdən biri atomu içində mənfi yüklü elektronlar yerləşmiş müsbət yüklü sfera kimi təsvir edirdi. Formasına görə bu model fiziklər arasında "gavalı pudinqi" (plum pudding) adını aldı. Bu model Ernest Rutherfordun (Rezerford) protonu kəşf etməsi ilə birdəfəlik rədd edildi. Tomson kalsiumun radioaktiv izotopunu, hidrogenin bir elektronu olduğunu kəşf etmişdir.
Tomson 1906-cı ildə qazların elektrik keçiriciliyinə aid nəzəri və eksperimental tədqiqatlarına görə Nobel mükafatı aldı.[12] O 1908-ci ildə Cəngavər Tituluna layiq görüldü. 1918-ci ildə Tomson Triniti Kollecinin Masteri vəzifəsinə təyin edildi.[13] və ömrünün sonuna qədər bu vəzifədə çalışdı.[10]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Thomson G. P. Sir J.J. Thomson // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Томсон Джозеф Джон // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Kindred Britain.
- ↑ 1 2 3 Mathematics Genealogy Project (ing.). 1997.
- ↑ 1 2 Thomson G. P. J.J. Thomson // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 https://www.phy.cam.ac.uk/history/electron/autobiography.
- ↑ Find a Grave (ing.). 1996.
- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 J. Gribbin. Q is for Quantum: An Encyclopedia of Particle Physics. The Free Press. 1999. ISBN 0-684-85578-X.
- ↑ D. Lincoln. Understanding the Universe. World Scientific. 2004. ISBN 981-238-705-6.
- ↑ "The Nobel Prize in Physics 1906". Nobelprize.org. 2017-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "The Master of Trinity". Trinity College, Cambridge. 2008-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-02. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
Xarici keçidlər
redaktə- The Cathod Ray Tube site History and Physics Instruments
- Cavendish Laboratory Arxivləşdirilib 2012-11-10 at the Wayback Machine J. J. Thomson