Coser - Wikipedia
Coser (e. ə. XXVIII əsr – e. ə. XXVII əsr) — Misirin Qədim padşahlığa aid III sülalənin e.ə. 2720–2700 ci illərdə hökmranlıq etmiş fironu[1] Coser zəmanəsinə aid Horus adı Netyeri-xet kimi də identifikasiya olunur. Qədim padşahlığa aid ilk tikilmiş qatlı ya pilləli Coser ehramı məhz ona məxsusdur.
Qədim Misir fironu | |
Coser | |
---|---|
Sülalə | Üçüncü sülalə |
Tarixi dövr | Qədim padşahlıq, Üçüncü sülalə |
Atası | Xasexemui |
Uşaqları | |
Dəfn yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Coser adının mənşəyi
redaktəArxeoloji məlumatlar təsdiqləyir ki, Coser Hor adı Netyeri-xet ilə bərabər və ya yanaşı göstərilə bilər. Belə ki, XII sülalə firon II Senusert heykəlinin altında şahin adı "Hor-Netyeri-xet-coser" kimi göstərilmişdir.[2]
Coser adı əsasən Sakkaradakı Coser ehram kompleksindəki yazılardan üzə çıxmışdır. Ehram kompleksində aşkarlanmış yazılarda fironun arvadı və qızının adı "Xenti-ta-ceser-nisut" (əlahəzrət hökmdarın ölkəsinin xeyir-duası ilə) kəlməsi ilə başlanır. "Ceser-nisut" səhv olaraq sonralar Coser kartuş adı kimi işlənilmişdir.
Buna misal olaraq Abidos siyahısındakı 16 nömrəli I Setiyə məxsus kartuş adını göstərmək olar. İlkin variantda başqa ad olmuş, "Coser" isə sonradan əlavə olmadır. Bu adın nə məna daşıması və məqsəd güdməsi məlum olmadığından müxtəlif interpritasiyalara məruz qalmışdır..[3]
Mənşəyi və ailəsi
redaktəCoser Xasexemuinin arvadı, II sülalə çariçası Nimaat- Hapinin oğlu, güman edilir ki, oğulluğudur. Coserin yeganə məlum olan arvadının adı Hetephernebti və tək qızının adı İnetkaes olmuşdur. Bu qızın Hetephernebtidən olması haqqında dəqiq məlumat yoxdur. Ailəsi haqqında təsəvvürlər əsasən Turin muzeyində inv.-Nr. 2671/211 altında saxlanılan Heliopolun relyef fraqmentindəki təsvirə əsaslanır. Burada iri planda hökmdar taxta oturmuş Coser, kiçik planda isə qızı İnetkaes və arvadı Hetephernebti təsvir edilmişdir. Hökmdarın ayağında bir əks də vardır ki, aid şiriftlər çox pis saxlanılmışdır. Ann Macy Roth bu yazını Nianx-Hathor kimi oxuyaraq, bunun Coserin digər bir qızı olduğunu iddia edir.[4] Bu oxunuş çox şübhəli olduğundan Misir tədqiqatlarında yerini tuta bilməmişdir.
XX əsrin əvvəllərində ehram sahəsi Ceyms Advard Kvibelli tərəfindən müayinə və tədqiq edilərkən gənc qadına aid çoxlu sümüklər aşkarlanır və bunların şahzadəyə aid olması güman edilir.[5] Coserin xələfi fironun generalı Sexemxet olmuşdur.
Hökmranlığı
redaktəTurin çar papirusunda Coserin hökmranlığı 19 il 1 ay göstərilmişdir.[6] Bir yazıda isə onun Misir təqvimi ilə Nilin daşdığı il 26 III Axetdə hakimiyyətə gəlmiş olması göstərillir.[7] Palermo daşında Coserin ilk beş hökmranlıq ili qeyd edilmişdir. Digər illər haqqında bir o qədərdə məlumat yoxdur.
İllər | Hadisələr |
---|---|
I il | Yuxarı və Aşağı Misirin hökmdarı; Yuxarı və Aşağı Misirin birləşdirilməsi; Qala divarları ətrafına cıxış |
II il | Yuxarı və Aşağı Misirin hökmdarı; Sentj-sütununun Yuxarı Misir hökmdarına verilməsi |
III il | Tanrı Hora xidmət; Minnin heykəlinin qoyulması |
IV il | Yuxarı və Aşağı Misirin hökmdarı; |
V il | Tanrı Hora xidmət, Ced bayramı…. |
Palermo daşının zədəli olduğundan V hücrədəki yazı tam açılmamışdır. Hansı mərasimdən söz getdiyi qeyri müəyyəndir. İmhotep, Hesire, Anch-en-iti, Nedyem-Anxı və Xai-neferu Coserin inanılmış əyanlarında da olmuşlar.
Qızıl adın verilməsi
redaktəCoser hökmdar ilə günəş arasında sıx bağlılıq yaradaraq bu kultu inkişaf etdirmişdir. I sülalə zamanından hökmdar canlı Horusla müqayisə olunurdu. İlk dəfə Coser hökmdarı yer üzünün günəş bərabəri olan göylər tanrısı Horusla eyniləşdirmişdir.[8] Bununla da Coser yeni hökmdar fəlsəfəsinin əsasını qoymuş olur. Bu paralellik özünü qatlı ehramın tikintisində də göstərməkdədir. Qədim inaclara görə hökumdar həyatının sonuna qədər göylər allahı şahinin (Horus) yerdəki təmsilçisidir. Qədim Misir mifalogiyasında tanrı-şahin hökmdar (firon) evinin və şəxsən çarın (fironun) mühafizəçisi sayılır. Buna görə də Horus adı çar və ya firon tituluna aid edilmişdir. Horus sözü adönü "hökmdar" ("firon"), işarəsi isə "tanrı" mənasını verir.
Tikililər
redaktə→ Baş məqalə: Coser ehramı
Coser ehramı − pilləli ehram olub, günümüzədək gəlib çatan ən qədim daş tikilidir. Doqquz ən hündür ehramdan biri sayılır. E. ə. təqribən 2650-ci ildə firon İmhotep tərəfindən Sakkarada məqbərə məqsədilə firon Coserin şərəfinə tikdirilmişdir. Ehram Coserin şərəfinə tikilsə də burada onun bütün ailə üzvləri – arvadları və uşaqları dəfn edilmişdir. Ehram beş qata malik olub, əlavə malik olduğu tikililərlə, məzarlıq labirinti ilə birlikdə kompleks təşkil edir. Coser pilləli ehramı ilə bərabər yeni ehram dövrü başlanmış olur.[9]
Abidosdan şimalda Bait Xallafda yerləşən Mastaba K2 hökmdar tərəfindən anası Nimaat-hapiyə həsr edilmişdir.[10][11]
Sinai yarımadasında, Vadi Maqharada aşkarlanmış onun aparmış olduğu yürüşü xatırladan (yaxınlıqda firuzə yatağının olması bu yürüşün məqsədindən xəbər verir.) bir yazılı təsvirdə yanında tanrı dayanmış Coserin bir əsiri cəzalandırması göstərilmişdir. Təsvirin yazısında bunlar: "Anx-en-iti" – Səhranın sahibi həkk edilmişdir.[12]
Qeyri adi tapıntı
redaktəCoserə aid olan abidələrdən ən böyük maraq kəsb edəni onun oturmuş halda kirəc daşından yonulmuş özü boyda Coser ehram komplexsinin sərdabəsində taxta qoyulmuş vəziyyətdə olan heykəlidir. Sərdabənin şimal tərəfində iki dəlik gözlük vardır ki onların vasitəsilə heykəli görmək mümkündür. Heykəlin əsli hal hazırda Qahirədəki Misir muzeyində saxlanılır. Sərdabədəki isə onun surətidir. Sərdabənin yan daşı bərpa zamanı içərisini ziyarət edənlərə nümayiş etdirmək məqsədilə vitrinlə əvəz edilmişdir. Heykəlin əlləri və üzü ilkin formasında tünd qırmızı rənglə boyanmış, gözləri isə qara cizgilənmiş, göz almasının yerində sonradan talan edilmiş billur daş yerləşmiş olmuşdur. Heykələ məxsus bir fraqment ölü məbədində aşkarlanmışdır.[13]
Sonrakı dövrlərdə Coser
redaktəCoser və İmhotep hər ikisi sonrakı dövrlərdə kultlaşdırılaraq ilahiləşdirilmişdir. Coser adı bir çox tikililər və əfsanələrlə bağlıdır. Nebka, Snofru, Xeops kimi Coser haqqında da Vestkar papirusunda sonuncu cümlədə söhbət açılır.[14]
Mənbələr
redaktə- Alan Gardiner: Geschichte des Alten Ägypten. Kröner, Stuttgart 1965, ISBN 3–89350-723-X.
- Pierre Montet: Das alte Ägypten. Magnus Verlag, Essen 1975.
- Thomas Schneider: Lexikon der Pharaonen. Albatros, Düsseldorf 2002, ISBN 3-491-96053-3.
- Toby A. H. Wilkinson: Early Dynastic Egypt. Routledge, London u. a. 1999, ISBN 0-415-18633-1.
- Jürgen von Beckerath: Handbuch der ägyptischen Königsnamen. Deutscher Kunstverlag, München u. a. 1984, ISBN 3-422-00832-2.
- John Garstang: Mahâsna and Bêt Khallâf. Quaritch, London 1902, (British School of Archaeology in Egypt Publications 7), Tafel 8 (1).
- Jacques de Morgan: Catalogue des monuments et inscriptions de l'Egypte antique. Première Série: Haute Egypte. Tome 1: De la frontière de Nubie à Kom Ombos. Holzhausen, Wien 1894, S. 80–82.
- Jürgen von Beckerath: Chronologie des pharaonischen Ägypten. von Zabern, Mainz 1997, ISBN 3-8053-2310-7.
- Wolfgang Helck: Die Datierung der Gefäßaufschriften aus der Djoserpyramide. In: Zeitschrift für ägyptische Sprache und Altertumskunde 106, 1979, ISSN 0044–216X, S. 120–132.
- Wolfgang Helck: Untersuchungen zur Thinitenzeit. Harrassowitz, Wiesbaden 1987, ISBN 3-447-02677-4, (Ägyptologische Abhandlungen 45).
- Nabil M. A. Swelim: Some Problems on the History of the Third Dynasty. Archaeological Society, Alexandria 1983, (Archaeological and historical studies 7).
- Dietrich Wildung: Die Rolle ägyptischer Könige im Bewußtsein ihrer Nachwelt. Teil 1: Posthume Quellen über die Könige der ersten vier Dynastien. Hessling, Berlin 1969, (Münchener Ägyptologische Studien 17), (Zugleich: München, Univ., Diss., 1967).
- Steven Quirke: Ancient Egyptian Religions. Dover Publishing, London 1992, ISBN 0-7141-0966-5.
- Wolfgang Helck: Geschichte des alten Ägypten. Brill, Leiden 1981, ISBN 90-04-06497-4.
- Rainer Stadelmann: Die ägyptischen Pyramiden. Vom Ziegelbau zum Weltwunder. 3. Auflage. von Zabern, Mainz 1997, ISBN 3-8053-1142-7.
- Horst Beinlich (Hrsg.): 5. Ägyptologische Tempeltagung: Würzburg, 23. – 26. September 1999. Harrassowitz, Wiesbaden 2002, ISBN 3-447-04544-2, (Ägypten und Altes Testament 33, 3), (Akten der ägyptologischen Tempeltagungen 3).
- Adolf Erman: Die Märchen des Papyrus Westcar. 2 Bände. W. Spemann, Stuttgart 1890.
İstinadlar
redaktə- ↑ Thomas Schneider: Lexikon der Pharaonen. S. 315.
- ↑ Dietrich Wildung: Die Rolle ägyptischer Könige im Bewußtsein ihrer Nachwelt. Teil I. Posthume Quellen über die Könige der ersten vier Dynastien. Seite 59 & 60ff.
- ↑ Jürgen von Beckerath: Handbuch der ägyptischen Königsnamen. S. 50 & 176.
- ↑ Ann Macy Roth: Social Change in the Fourth Dynasty. The Spatial Organization of Pyramids, Tombs, and Cemeteries. Journal of the American Research Center in Egypt, Bd. 30, 1993, S. 54
- ↑ Renate Germer: Überreste von Königsmumien aus den Pyramiden des Alten Reiches – Gibt es sie wirklich? In: Sokar, Nr. 7, 2003, S. 37
- ↑ "Turin kinglist". 2010-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-20. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Siegfried Schott: Altägyptische Festdaten. S. 54.
- ↑ Wolfgang Helck: Geschichte des alten Ägypten. S.47.
- ↑ Rainer Stadelmann: Die ägyptischen Pyramiden.
- ↑ John Garstang: Mahasna and Bet Khallaf, London 1903, Taf. VII
- ↑ "digitalegypt.ucl.ac.uk". 2014-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-20. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ A. H. Gardiner, T. E. Peet: The inscriptions of Sinai, London 1953, S. 54, Nr. 1, Tafel 1
- ↑ Miroslav Verner: Die Pyramiden, Rowohlt, Hamburg 1998, S.159 f Der Serdab und der nördliche Teil des Djoser-Komplexes
- ↑ Adolf Erman: Die Märchen des Papyrus Westcar. S.77.