Corc Miln - Wikipedia
Corc Miln (5 noyabr 1866[1][2], Aberdin – 23 mart 1948[1][2], London) — ingilis generalı.
Corc Miln | |
---|---|
ing. George Milne, 1. Baron Milne | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 noyabr 1866[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 23 mart 1948[1][2] (81 yaşında) |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Britaniya Ordusu[d] |
Xidmət illəri | 1885-ci ildən |
Rütbəsi | feldmarşal[d] |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBirinci dünya müharibəsində (1914–1918) Böyük Britaniyanın Qara dəniz orduları baş komandanı. Milnin hərbi səlahiyyətləri dairəsinə Rusiyanın əyalətləri, Qara dəniz, Qafqaz, Xəzər dənizi, Türkmənistanda Mərvə qədər Zakaspi vilayəti daxil idi. Bu ərazilər 1918-ci il oktyabrın 30-dan 1920-ci ilin avqustunadək Britaniya ordularının nəzarət dairəsinə daxil idi. Onun Britaniya hərbi nazirliyinə göndərdiyi "General Corc Milnin Qafqazda və Orta Asiyadakı hadisələr haqqında məlumatları" adlı hesabatda, 1918–1920-ci illərdə regionda, o cümlədən, Azərbaycanda gedən proseslər təsvir və təhlil edilmişdir. Sənəddə 1918-ci ilin martında Bakıda bolşevik-daşnak qüvvələrinin dinc türk-müsəlman əhaliyə qarşı törətdiyi kütləvi qırğınlar, "Sentrokaspi diktaturası"nın siyasəti, Bakının azad edilməsi, Qafqazda, xüsusən Bakıda ingilis ordu hissələrinin qarşısında duran vəzifələr, bütövlükdə, Böyük Britaniyanın Azərbaycanda maraqları, general Tomsonun, Biçeraxovun fəaliyyəti və s. öz əksini tapmışdır.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France George Francis Milne // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Lundy D. R. Field Marshal George Francis Milne, 1st Baron Milne // The Peerage (ing.).