Ceyms Uebb Teleskopu - Wikipedia
Ceyms Vebb kosmik teleskopu (JWST) — NASA-nın "Növbəti Nəsil Kosmik Teleskop" proqramı çərşivəsində Avropa kosmik Agentliyi və Kanada Kosmik Agentliyi ilə birlikdə yaratdığı kosmik teleskopu[3]. c kosmosa buraxılması və onun Yer-Günəş sisteminin Laqranj nöqtəsi ətrafında halo orbitində hərəkət etməsi planlaşdırılır[4][5]. Teleskop (narıncıdan qırmızya qədər) vizual oblastdan orta-infraqırmızı (0,6–27 mkm) oblasta qədər geniş dalğa uzunluğunda misligörülməmiş ayırdetmə və həssaslığa malik olacaq. Teleskop 25 dekabr 2021-ci ildə kosmosa uçuşu başladı. Teleskop Yerdən 1.5 milyon kilometr uzağa göndərilməyi hədəflənir, hədəflənən məsafayə çatması üçün təxmin edilən vaxt 27 gündür[4][5].
Ceyms Vebb teleskopu | |
---|---|
Uçuş məlumatları | |
Buraxılma tarixi | 25 dekabr 2021[1][2][…] |
NSSDC ID | 2021-130A |
SCN | 50463 |
Emblem | |
Vikianbarda əlaqəli mediafayllar |
İmkanları
redaktəJWST teleskopunun imkanları astronomiya və kosmologiya sahələrində geniş müşahidələrə şərait yaradacaq.[3] "James Webb" teleskopunun əsas məqsədləri Böyük Partlayışdan (Big Bang) sonra yaranmış ilkin qalaktika və ulduzların işıqlarının alınması, onların formalaşması və inkişafı, planet sistemlərinin yaranması və həyatın mənşəyinin öyrənilməsidir. JWST teleskopu kainatın yaranmasından sonra ilk formalaşmış ulduzların işıqlarının tapılması üçün kifayət qədər həssaslığa malik olacaq. Onun vasitəsi ilə astronomlar həm də digər ulduz orbitlərində ekzoplanetlərin kimyəvi tərkibini təyin edə biləcəklər[5]. NASA mühəndisləri "Hubble" kosmik teleskopunu əvəz edəcək NASA-nın 2-ci rəhbərinin (1961–1968) adını daşıyan JWST[5] nəhəng kosmik teleskopunun yığılmasını tamamlamışdır.
Xüsusiyyətləri
redaktəAvropa Kosmik İttifaqına məxsus olan "Ariane-5" daşıyıcı raketin köməyi ilə Fransız Qvianasının kosmodromundan buraxılışı nəzərdə tutulan "James Webb" teleskopunun əsas xüsusiyyəti onun güzgüsünün seqmentlərdən ibarət olmasıdır.
Teleskopun diametri 6,5 metrə bərabər olan əsas güzgüsü 18 bölmədən ibarətdir və əsas güzgünün sahəsi "Hubble" teleskopuna nisbətdə yeddi dəfə böyükdür. Bu layihə ilə əlaqədar çəkilən xərclər 10 milyard dolları əhatə edəcək[3][5].
Tərkib hissələri
redaktəJWST teleskopunun tərkibində aşağıdakı cihazlar var:
- Yaxın infraqırmızı diapazonuna məxsus kamera. JWST-dəki əsas təsvir quran blokdur, işçi diapazonu 0.6–5 mkm-dir.
- Yaxın infraqırmızı diapazonun oblastında işləyən spektroqraf. Obyektlərin fiziki və kimyəvi xassələrinin öyrənilməsinə imkan verir, işçi diapazonu 0.6–5 mkm-dir.
- Orta infraqırmızı diapazonda işləyən cihaz. İşçi diapazonu 1024×1024 piksel aidetməli sensorlu kameradan və yüksək aidetmə spektroqrafdan ibarətdir.
- FGS/ NIRISS. FGS -Yaxın infraqırmızı diapazonda dəqiq yönəltmə sensoruna dəqiq təsvir qurma qurğusu. NIRISS -Yarıqsız spektroqraf. İşçi diapazonu 0,8–5,0 Mkm-dir.[5]
İstinadlar
redaktə- ↑ Webb liftoff on Ariane 5 to unlock secrets of the Universe.
- ↑ https://spaceflightnow.com/2021/12/25/webb-telescope-finally-leaves-earth-in-search-of-light-from-first-galaxies/.
- ↑ 1 2 3 "JAMES WEBB SPACE TELESCOPE" (ingilis). https://jwst.nasa.gov/. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2022.
- ↑ 1 2 Brian Dunbar. "NASA's James Webb Space Telescope to be Launched Spring 2019" (ingilis). https://www.nasa.gov. Sep 28, 2017. February 7, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2022.
- ↑ 1 2 3 4 5 6 ""James Webb" teleskopu". https://shao.az. 28.11.2017. 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2022.