Cahangir Esgerov - Wikipedia
Cahangir Calal oğlu Əsgərov (11 iyul 1950, Bakı) – Azərbaycan Respublikasının "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti (1996–2023), Azərbaycan Respublikasının əməkdar pilotu (2011), texnika elmləri namizədi, dosent.[1]
Cahangir Əsgərov | |
---|---|
"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti | |
1 may 2008 – 1 sentyabr 2023 | |
Sonrakı | Samir Rzayev |
"Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru | |
15 iyul 1996 – 1 may 2008 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 iyul 1950 (74 yaş) |
Doğum yeri | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCahangir Əsgərov 1950-ci il iyul ayının 11-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Bakı Birləşmiş Aviasiya Dəstəsində əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildə Kremençuq Mülki Aviasiya uçuş məktəbini təyyarəçi ixtisası üzrə bitirdikdən sonra Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkask Birləşmiş Aviasiya Dəstəsinə An-2 təyyarəsinin ikinci pilotu vəzifəsinə göndərilmişdir. Həmin il Azərbaycan Mülki Aviasiya İdarəsinin Zabrat Birləşmiş uçuş dəstəsinə keçirilmiş və burada 1977-ci ilədək aviasiya eskadrilyasının komandiri, uçuş dəstəsinin komandir müavini vəzifələrində uçuşlar həyata keçirmişdir. 1978–1980-ci illərdə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin komandiri – Azərbaycan Mülki Aviasiya İdarəsinin hava limanının rəisi vəzifələrində işləmişdir.
1980-ci ildə Lenin orderi adına SSRİ Mülki Aviasiya Akademiyasını mühəndis-pilot ixtisası üzrə bitirmişdir. 1980–1981-ci illərdə Azərbaycan Mülki Aviasiya İdarəsinin təlim-məşq dəstəsində AN-2 təyyarəsinin təlimatçı-pilotu kimi çalışmışdır. 1981–1984-cü illərdə Bakı Birləşmiş Aviasiya Dəstəsində Tu-134 təyyarəsinin ikinci pilotu kimi uçuşlar yerinə yetirmişdir. 1984–1988-ci illərdə Tu-134 təyyarəsinin kapitanı, aviaeskadrilya komandirinin müavini, vəzifələrində çalışmış, 1988-ci ildə qeyd edilən təyyarə tiplərinin eskadrilya komandiri vəzifəsinə təyin edilmişdir.
1991–1993-cü illərdə Azərbaycan Respublikası Uçuş Heyəti Assosiasiyası Həmkarlar İttifaqının prezidenti, daha sonra isə Azərbaycan Respublikası Aviasiya İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışmışdır.
1993–1996-cı illərdə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Türkiyə Respublikasında baş təmsilçisi vəzifəsində işləmişdir. 15 iyul 1996-cı ildə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru vəzifəsinə təyin edilmişdir. 2004-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir — texniki elmlər namizədidir. Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvüdür. 1 may 2008-ci ildən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.
O, həm də Milli Aviasiya Akademiyasının Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsində çalışıb. 2024-cü ildə vəzifəsindən azad edilib.[2]
1 sentyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.[3]
Mükafatlar
redaktə- Azərbaycanın əməkdar pilotu (31 may 2011-ci il) — Azərbaycanda mülki aviasiyanın inkişafında xidmətlərinə görə.
- "Şərəf" ordeni (11 iyul 2020-ci il) – Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə[4].
- "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı (10 may 2018-ci il).
- "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" yubiley medalı (02 iyun 2014-cü il) — mülki aviasiya sahəsində xidmətlərinə görə.
- "Şərəf" ordeni (13 noyabr 2013-cü il, Gürcüstan) — Gürcüstan ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına töhfəsinə görə.
- "Şöhrət" ordeni (10 iyul 2010) — Azərbaycanda mülki aviasiyanın inkişafında xidmətlərinə görə[5].
- "Dostluq" ordeni (24 dekabr 2007-ci il, Rusiya) — Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafına və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mülki aviasiya sahəsində əlaqələrin möhkəmləndirilməsinə verdiyi böyük töhfəyə görə[6].
- "V dərəcəli Knyaz Yaroslav Mudrı" ordeni (20 noyabr 2004-cü il, Ukrayna) — Ukrayna ilə Azərbaycan Respublikası arasında aviasiya nəqliyyatı sahəsində əməkdaşlığın inkişafına mühüm şəxsi töhfəsinə görə.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Cahangir Əsgərov həm də kafedra müdiriymiş…". 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
- ↑ "Cahangir Əsgərov bu vəzifəsindən də azad olundu". Axar.Az (az.). 2024-04-08. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
- ↑ "C.C.Əsgərovun "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-01.
- ↑ https://apa.az/az/xeber/sosial-xeberler/Cahangir-sgrov-Srf-ordeni-il-tltif-edilib-596065 (#empty_citation)
- ↑ "Arxivlənmiş surət". 2021-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-15.
- ↑ "Arxivlənmiş surət". 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-06.