Cnbc - Wikipedia
«CNBC» (tələffüzü: si-en-bi-si) — kabel və peyk vasitəsilə yayımlanan ABŞ biznes xəbərləri telekanalı. Telekanal «Comcast» şirkətinin sahibi olduğu «NBCUniversal» şirkətinin bir mülküdür və baş qərargahı ABŞ-nin Nyu-Cersi ştatındakı Enqlvud Klifs borosunda yerləşir.[1] Telekanal əsasən ABŞ və beynəlxalq iqtisadiyyatlarını əhatə edirdi, ancaq artıq daha çox biznes-mövzulu sənədli filmlər və realiti şoular yayımlayır.
«CNBC» | |
---|---|
| |
Ölkə | ABŞ |
Yayım ərazisi |
ABŞ Kanada |
Dil | İngilis dili |
Baş qərargah | Enqlvud Klifs, Nyu-Cersi, ABŞ |
Yaranma tarixi | 17 aprel 1989 |
Sahibi | NBCUniversal Broadcast, Cable, Sports and News (NBCUniversal) (ikisinin də ümumi sahibi – «Comcast») |
Keçmiş adları | «Consumer News and Business Channel» (1989–1991) |
Şüar |
Ümumdünya biznesdə birinci. Bunu kapitallaşdırın. (ing. First in business worldwide. Capitalize on it.; biznes verilişi) Özünüzkini götürün (ing. Get yours; əsas veriliş) |
Qardaş kanallar |
«CNBC World» «MSNBC» «NBC» «NBCSN» «Golf Channel» «E!» «Euronews» «Sky News» «Sky TG24» |
Sayt | cnbc.com |
Vikianbarda əlaqəli mediafayllar |
Telekanal 17 aprel 1989-cu ildə «NBC» ilə «Cablevision» şirkətlərinin birgə müəssisəsi olaraq «Consumer News and Business Channel» adı altında təsis edilmişdir.[2] 1991-ci ildə telekanal əsas rəqibini — «Financial News Network» şirkətini satın almış, öz distribusiyasını və işçi gücünü artırmışdır. Daha sonra «Cablevision» telekanalda sahibi olduğu səhmləri «NBC» şirkətinə satmışdır. 2015-ci ilin fevral ayında telekanalın 93.623.000 abunəçisi (ABŞ-dəki ümumi televiziya sahiblərinin 80.4%-i) var idi.[3] Dəyəri 4.000.000.000 ABŞ dolları olan telekanal 2007-ci ildə ABŞ-dəki ən dəyərli 19-cu kabel ilə yayımlanan telekanal olmuşdur.[4]
Əsas telekanal ABŞ-də yayımlansa da, «CNBC» telekanalının müxtəlif regionlara və ölkələrə xidmət göstərən lokal variantları da fəaliyyət göstərir. Bu variantların çoxunun sahibi və ya səhmlərinin sahiblərinsən biri – «NBCUniversal».[5][6]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Contact Us". www.nbcuni.com. NBC Universal. 27 avqust 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2019.
- ↑ "The Media Business; New CNBC President". www.nytimes.com. The New York Times. 27 iyul 1990. 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2019.
- ↑ Seydman, Robert. "List of how many homes each cable network is in as of February 2015". TV by the Numbers. Zap2it. 22 fevral 2015. 2016-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2019.
- ↑ Carofoli, Co. "Fox Business Network gets ready to battle CNBC". www.sfgate.com. San Francisco Chronicle. 14 oktyabr 2007. 2007-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2019.
- ↑ "CNBC Preps Launch in South Korea". www.adweek.co. Adweek. 22 oktyabr 2009. 2015-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2019.
- ↑ "CNBC Launch 24-hour Korean Language Business News Channel, SBS-CNBC" (Press-reliz). Seul: CNBC. 20 yanvar 2010. November 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2018.
Xarici keçidlər
redaktə- cnbc.com — «CNBC» telekanalının rəsmi saytı