Cemil Quliyev Tarixci - Wikipedia
Quliyev Cəmil Bahadur oğlu (16 dekabr 1927, Şuşa, DQMV – 27 dekabr 2010, Bakı) — Azərbaycan və sovet tarixçisi, professor, 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1976–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru, 1976–1991-ci illərdə və 1997-ci ildən 2007-ci ilədək Azərbaycan MEA Rəyasət Heyətinin üzvü, 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü.[1]
Cəmil Quliyev | |
---|---|
1989 – 1990 | |
Əvvəlki | Yəhya Məmmədov |
Sonrakı | Mirabbas Qasımov |
1975 – 1988 | |
Əvvəlki | Rəsul Rza |
Sonrakı | Araz Dadaşzadə |
1981 – 1990 | |
1972 – 1978 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 dekabr 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 27 dekabr 2010 (83 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | Professor, akademik (1980) |
Elmi fəaliyyəti | |
Elm sahəsi | tarix, siyasət |
Elmi dərəcəsi | Tarix elmləri doktoru |
Elmi adı |
|
|
|
Təltifləri |
|
Həyatı
redaktəCəmil Quliyev 16 dekabr 1927-ci ildə Şuşada anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuş, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, 1949-cu ildə həmin universiteti bitirdikdən sonra aspiranturada saxlanılmışdır. C.B.Quliyev 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilmişdir. 1952-ci ildən ADU-da müəllim, dosent 1958–1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və professor adını almışdır. Həmin ildən Azərbaycan EA-da fəaliyyətə başlamışdır. 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1981–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur. 1976–1991-ci illərdə və 1997-ci ildən 2001-ci ilədək AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Rəyasət Heyətinin üzvü (1997–2007) üzvü olub. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, bir neçə sanballı monoqrafiyanın, 300-dən çox məqalənin müəllifidir. C.B.Quliyev 7 cildlik "Azərbaycan tarixi"nin nəşrinə rəhbərlik etmiş, onun redaktorluğu ilə "Naxçıvan ensiklopediyası" (1999–2002) çapdan çıxmışdır.[1]
C.B.Quliyev beynəlxalq forumlarda Azərbaycan elmini dəfələrlə təmsil etmiş, bir sıra hökumət və ictimai təşkilatların rəhbər orqanlarının üzvü olmuşdur. Əməkdar elm xadimi və Dövlət mükafatı laureatıdır. 1997-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
27 dekabr 2010-cu ildə vəfat etmişdir. Tarix elmləri doktoru, professor idi.[1][2]
Mükafatları
redaktə- Azərbaycan SSR əməkdar elm xadimi (02.12.1982)[3]
- Dövlət mükafatı laureatı (1974)
- "Şöhrət" ordeni (2000)
- "İstiqlal" ordeni ( 14 dekabr 2005)[4][5]
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 "Cəmil Bahadur oğlu Quliyev". 2017-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Скончался азербайджанский ученый Джамиль Гулиев". 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-27. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Respublikanın elmi işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 2 dekаbr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ "Arxivlənmiş surət". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
Əlavə ədəbiyyat
redaktə- Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883–1993). I kitab. Bakı, 2016