Buqunlar - Wikipedia
Buqunlar - Haqqında Məlumat
Buqunlar - həmçinin kxovalar - şərqi Hindistanda xalq. Buqunların əsas hissəsi Arunaçal-Pradeş ştatının Qərbi Kamenq dairəsində yaşayır. Onlar Rupa çayının hər iki sahilində yerləşən Vanqxu, Dikxiyanq, Biçom, Ramu, Lali, Situ, Saçida, Liçini, Ditçinq, Manqolam, Sinqçunq, Namfri və Kaspi kəndlərində kompakt şəkildə məskunlaşmışlar.
Buqunların ümumi sayı 900 nəfərdir.[1]. Buqun dili Tibet-birma dil ailəsinə aiddir. Buqunlar arasında animistik dini inamlar və həmçinin Tibet buddizmi dini yayılmışdır.
İstinadlar
redaktə- ↑ "Ethnologue". 2011-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-06.