Bruneyin Dovlet Qurulusu - Wikipedia
Bruneyin dövlət quruluşu (rəsmi adı — Bruney Darussalam Dövləti) — 1959-cu ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Bruney | |||||
---|---|---|---|---|---|
Negara Brunei Darussalam | |||||
| |||||
Himn: لله فليهاراكن سلطن |
|||||
Tarixi | |||||
• Elan olunub | 1 yanvar 1984 | ||||
Paytaxt | Bandar Səri Bəgavan | ||||
İdarəetmə forması | miraslı tamamilə teokratik monarxiya | ||||
Sultan | Hassanal Bolkiah [4.X.1967~ ] | ||||
Sahəsi | Dünyada 162-ci | ||||
• Ümumi | 5765 km² | ||||
• Su sahəsi (%) | 8,6 | ||||
Əhalisi | |||||
• Əhali | 425 min nəfər (175-ci) | ||||
• Siyahıyaalma (1.IV.2011) | 393 372 nəf. | ||||
• Sıxlıq | 73 nəf./km² |
Dövlət quruluşu
redaktəBruney Sultanlığı mütləqiyyət formalı idarəetmə üsuluna malik teokratik irsi monarxiyadır. Hökumətdə vəzifə tutan məmurların əksəriyyəti hakim sülalənin üzvlərindən ibarətdir. Milli bayram günü olan müstəqillik günü (1984) 1 yanvarda qeyd olunur. Ölkə Konstitusiyası 1959-cu ildən (1984-cü ildə edilmiş əsaslı dəyişikliklərlə birlikdə) qüvvədədir.
İnzibati ərazi bölgüsü
redaktəBruney 4 dairəyə (Belayt, Bruney-Muara, Temburonq və Tutonq) bölünür. Dairələr isə daha kiçik inzibati ərazilərə, mükim adlanan rayonlara bölünür.
.
Dövlət başçısı
redaktəMövcud Konstitusiyaya görə, Bruney Sultanı ölkədə milli və dini birliyin rəmzi, milli müstəqilliyin və ərazi bütövlüyünün təminatçısı, dövlət və Hökumət başçısı (Baş nazir), ali dini rəhbər, habelə silahlı qüvvələrin ali baş komandanı və müdafiə naziridir. İcraedici Hakimiyyətin mütləq səlahiyyətlərini öz əlində cəşləşdirən Sultan, özünün tövsiyə və təyin etdiyi, müxtəlif məhdud hüquqlu funksiyaların daşıyıcısı olan 5 Şuraya (Ortaq Şura, Varislik Şurası, Dini Şura, Nazirlər Şurası və Qanunvericilik Şurası) sədrliyi həyata keçirir.
Qanunverici hakimiyyət
redaktə36 üzvdən ibarət birpalatalı Qanunvericilik Şurası tərəfindən həyata keçirilir. Mövcud Konstitusiyaya müvafiq olaraq, Sultanın rəhbərliyi ilə ənənəvi qanunvericilik vəzifələrini icra edən ölkə Parlamenti, yalnız məşvərətçi funksiyaya malikdir[1]
Monarxın qanunvericilik funksiyası, ilk növbədə Parlamentin çağırılması və buraxılması, habelə Qanunvericilik Şurasının qəbul etdiyi qanunvericilik aktlarına Sultan sanksiyalarının tətbiqi ilə müəyyən edilir.
Siyasi partiyalar ölkədə formal olaraq fəaliyyət göstərir və Parlamentdə təmsil olunmurlar.
Məhkəmə hakimiyyəti
redaktəMəhkəmə iyerarxiyasının ən yüksək instansiyası sayılan və iki məhkəmə struktur elementini: Yüksək Məhkəmə və Apelyasiya Məhkəməsini özündə birləşdirən Bruney Sultanlığının Ali Məhkəməsi ölkədə məhkəmə hakimiyyətinin həyata keçirilməsində səlahiyyətlidir.
Qeyd olunan məhkəmə instansiyaları ilə yanaşı, Bruneydə Şəriət məhkəmələri də fəaliyyət göstərir. Bu məhkəmələr (Ali Məhkəmə və Şəriət məhkəmələri) arasında İslam qanunlarının təfsiri üzrə sıx əməkdaşlıq mövcuddur.
Mənbə
redaktə- Погадаев, В. А. Малайский мир (Бруней, Индонезия, Малайзия, Сингапур). Лингвострановедческий словарь. С М.: Восточная книга, 2012 ISBN 978-5-7873-0658-3
- Погадаев, В. А. Бруней. Краткий справочник. Русско-малайский (брунейский) разговорник. М.: Ключ-С, 2015, 192 с. ISBN 978-5-906751-18-8
- Дёмин Л. М. Бруней. — М.: Мысль, 1973. — 56 с. — (У карты мира).
- Saunders, Graham E. (2002). A history of Brunei. Routledge. ISBN 978-0-7007-1698-2.
Istinadlar
redaktə- ↑ "Конституция Брунея" (PDF). 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-11-27.