Brezno - Wikipedia
Brezno (slovak. Brezno, alm. Bries(en), mac. Breznóbánya) — Slovakiyanın mərkəzində, Filiz dağlarının yamaclarında və Qron çayının sahilində yerləşir. Əhalisi 23 min nəfərə yaxındır.
Brezno | |
---|---|
Brezno | |
48°48′13″ şm. e. 19°38′17″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1265 |
İlk məlumat | 1265 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 504 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +421 48 |
Poçt indeksi | 977 01, 977 03 |
Nəqliyyat kodu | BR |
Digər | |
brezno.sk | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəBrezno haqqda ilk məlumatlar 1265-ci ildə, macar kralı IV Belanın səlnaməsində qiymətli metall hasil edən mədənçi şəhəri "Berezun" adı ilə qeyd edilmişdi. 1380-ci ildə Brezno şəhər statusu almışdı. XVII əsrdə şəhər ətrafında ağac istehsalına başlanılmışdı, bu da Ştiriyadan olan mühacirlərin bu əraziyə köçməyə bir stimul yaratmışdı. Breznonun yaxınlığında yerləşən Qronetsdə isə metallurgiya zavodu inşa olunmuşdu və bundan sonra bölgə sürətlə inkişaf etməyə başlamışdı. 1650-ci ildə III Ferdinand Breznoya azad kral şəhəri statusu vermişdi.
Şəhər rayonları
redaktəBrezno şəhəri bir neçə hissəyə bölünür: Brezno, Mazornikovo, Buyakovo, Predne Halnı, Zadne Halnı, Rohozna, Podkorenyova.
Əhali
redaktəƏhali sayı 2012: 21 161 nəfər[1]
Əhalinin etnik mənsubiyyəti 2001: Slovaklar 92,8%, Macarlar 0,2%, Çexlər 0,8%, Qaraçılar 4,6%, digərlər 1,6%.
Əhalinin konfessional mənsubiyyəti: Roma-katolikləri 68,89%, Yevangelik kilsəsi v.d. 8,47%, Yunan-katolikləri 0,98%, İyeqova birliyi 0,53%
Təhsil
redaktəİbtidai məktəblər:
- ZŠ s MŠ Pionierska 2
- Karola Rapoša — Pionierska 4
- ZŠ s MŠ Mazorníkovo
Orta məktəblər:
- Gymnázium Jána Chalupku
- Hotelová akadémia
- Obchodná akadémia
Xüsusi ibtidai məktəblər:
- ZUŠ Brezno
- ŠZŠ Brezno, Mládežnícka 3
Partnyor şəhərlər
redaktəXarici keçidlər
redaktə- Oficiálna stránka
- Horehronie Arxivləşdirilib 2020-07-01 at the Wayback Machine
- Územný plán mesta Brezno
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-26.