Bremen Universiteti - Wikipedia
Bremen Universiteti (alm. Universität Bremen) — 115 ölkədən təxminən 18.000 nəfərin təhsil aldığı Almaniyanın Bremen şəhərində yerləşən dövlət universitetidir. O, 2012-ci ildə Federal Hökumət və Federal Dövlətlər tərəfindən başladılan Mükəmməllik Təşəbbüsünün "İnstitusional Strategiyalar" kateqoriyasında 11 uğurlu qurumdan biridir.
Bremen Universiteti | |
---|---|
53°06′31″ şm. e. 8°51′13″ ş. u.HGYO | |
Əsası qoyulub | 1971 |
Tələbə sayı | 17.984[1] |
Ölkə | |
Sayt | uni-bremen.de |
Vikianbarda əlaqəli mediafayllar |
Bremen Universitetində 12 ixtisas üzrə 119 ali təhsil proqramı təklif edilir.[2] Bundan əlavə, tədqiqata əsaslanan öyrənmə ilə universitet yarandığı gündən Bremen Universitetinin müəyyənedici xüsusiyyəti olan layihə əsaslı kursları yenidən şərh etmişdir.[3]
Bremen Universiteti 1971-ci ildən fəaliyyətə başlasada, bu Universitetdə ali təhsilin keçmişdən gələn uzun bir ənənəsi var. Bremen Latın Məktəbi 1584-cü ildə "Gymnasium Academicum"a fəaliyyət göstərib. 1610-cu ildə "Gymnasium Illustre"yə çevrilmişdir. Bu dövr ərzində İlahiyyat, hüquq, tibb elmləri və fəlsəfə elmləri tədris edilmişdir. 1811-cu ildə Napoleon tərəfindən "Fransız-Bremen Universiteti"nin yaradılması nəzərdə tutulmuşdur.[4]
İstinadlar
redaktə- ↑ Statistisches Bundesamt Deutschland - GENESIS-Online (alm.).
- ↑ "Studium - Universität Bremen". www.uni-bremen.de (alman). 2024-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
- ↑ "Profile - Universität Bremen". www.uni-bremen.de (ingilis). 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
- ↑ "Digitale Sammlungen / Band 96 (2017) [185-204]". brema.suub.uni-bremen.de (ingilis). 2017. 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.