Bosniya Ve Herseqovina Dinari - Wikipedia
Bosniya və Herseqovina dinarı (Bosniya dinarı) (bosn. Bosanskohercegovački dinar) — Bosniya və Herseqovina Respublikasında 1992—1998-ci illərdə istiadə edilən pul vahidi.
Bosniya və Herseqovina markı | |
---|---|
bosn. Bosanskohercegovački dinar | |
Kod və simvol | |
ISO 4217 kodu | BAD (070) |
Dövriyyə ərazisi | |
Emitent ölkə | Bosniya və Herseqovina Respublikası |
Dövriyyədə olan sikkə və əsginaslar | |
Sikkələr | buraxılmayıb |
Əsginas | 10, 20, 25, 50, 100, 500, 1000 dinarlar |
Tarixi | |
Dövriyyəyə buraxılma | 1992 |
Əvvəlki valyuta | Yuqoslaviya dinarı |
Sikkə və əskinasların buraxılması və istehsalı | |
Mərkəzi bank | Bosniya və Herseqovina Mərkəzi Bankı |
Tarixi
redaktə1 iyul 1992-ci ildə Bosniya Və Herseqovina Xalq bankı özünün milli valyutası olan dinarı dövrüyəyə buraxır. Dövrüyəyə buraxılan 10, 25, 50, 100, 500 və 1000 dinar nominallarla yanaşı Yuqoslaviya dinarıda istifadə edilirdi. 10 noyabr 1992-ci ildə 10 dinar banknotları istifadəyə verilir.
15 avqust 1994-cü ildə denominasiya (10 000:1) gerçəkləşdirilir. Bosniya dinarı Bosniya və Herseqovina Respublikasının yeganə pul vahidi elan edilir. İkinci buraxılış banknotlar istifadəyə verilir (10, 20, 50, 100 və 500 dinar[1]). Alman markasına uyğun məzənnə müəyyən edilir: 100 dinar = 1 marka. Dinar faktiki olaraq bosniya-müsəlmanlarının nəzarət etdiyi ərazilərdə istifadə edilir. Bosniya və Herseqovina ərazisində həmçinin Xorvatiya kunası, yeni Yuqoslaviya dinarı, Alman markı, Serb Respublikası dinarı və müxtəlif valyutalar.
1998-ci ildə yeni pul vahidi olan Bosniya və Herseqovina konvertasiya olunan markası dövrüyəyə butraxılır. Dinara 100:1 nisbətindən istifadə edilir. Bosniya və Herseqovina konvertasiya olunan markası 1995-ci ildə Deyton sazişi ilə yaradılıb və 1998-ci ildə Bosniya və Herseqovina valyutası kimi Serbiya Respublikası dinarı, Xorvat kunasını və Bosniya və Herseqovina dinarını əvəz edib. Valyutanın adı alman dilində olan Mark və Pfeninq sözlərindən gəlir.
1998-ci ilin dekabrında 10, 20 və 50 nominalında sikkələr təqdim olunub. Sonralar isə 1,2 və 5 marka sikkələr təqdim olunub.
Ədəbiyyat
redaktə- Cuhaj G.S. Standard Catalog of World Paper Money. Modern Issues 1961-Present. — 15-е изд. — Iola: Krause Publications, 2009. — 1112 с. — ISBN 978-0-89689-837-0.
İstinadlar
redaktə- ↑ Cuhaj, 2009, pp. 146—147.