Deyton Sazisi - Wikipedia
Deyton sazişi (Güc diplomatiyası) — keçmiş Yuqoslaviya ərazisində 1991–1995-ci illər arası Bosniyada vətəndaş müharibəsi, həmçinin Xorvatiya müharibəsinə son qoyan sazişdir. ABŞ-nin Deyton şəhərində 1995-ci ilin noyabrında razılaşdırıldıqdan sonra 14 dekabr 1995-ci ildə Parisdə bosniyalıların lideri Aliya İzzetbeqoviç, Serbiyanın prezidenti Slobodan Miloşeviç və Xorvatiyanın rəhbəri Franyo Tudcman tərəfindən imzalanmışdır.
Deyton sazişi | |
---|---|
İmzalanma tarixi | 14 dekabr 1995 |
Tərəflər | Slobodan Miloşeviç, Aliya İzzetbeqoviç, Franyo Tucman, Bill Klinton, Jak Şirak, Con Meycor, Helmut Kol, Viktor Çernomırdin |
Vikianbarda əlaqəli mediafayllar |
ABŞ-nin təsiri
redaktəSülh danışıqları ABŞ-nin aktiv iştirakı ilə keçirdi. Bəzi mənbələrin iddiasına görə ABŞ keçmiş Yuqoslaviya ərazisində olan münaqişələrdə adətən anti-serb mövqeyindən çıxış edirdi. ABŞ bosniya-xorvat federasiyasının yaradılmasını təklif edirdi. Elə ABŞ-nin təqidi ildə 1994-cü ilin martında, Vaşinqton və Vyanada Bosniya və Herseqovina Respublikasının baş naziri Haris Silaydic, Xorvatiyanın xarici işlər naziri Mate Qraniç və Herseq-Bosnanın prezidenti Kreşir Zubak tərəfindən xorvat-boşnak münaqişəsini sona bitməsi haqda saziş imzalamaşdılar. Bosniya serbləri bu razılaşmaya qoşulmaqdan imtina etmişdirlər.
Deyton sazişinin imzalanması ərəfəsində avqust-sentyabr aylarında NATO aviasiyası bosniya serblərinə qarşı "Düşünülmüş güc" əməliyyatı keçirir. Bu əməliyyat haradasa serb hücumunun qarşısını alır və üstünlüyü boşnak-xorvat qoşunlarına verir.
Deyton danışıqları bir sıra ölkələrin bir-başa iştirakı ilə keçirdi. Bu ölkələrə ABŞ, Rusiya, Almaniya, Böyük Britaniya və Fransa daxil idi.
Razılaşma
redaktəSaziş ümumi hissə və on bir əlavədən ibarət idi. Sazişə əsasən Bosniya və Herseqovina ərazisinə NATO-nun 60 minlik qoşunları yeridilirdi. Bunlardan yarısı amerikan idi.
Düşünülürdü ki, Bosniya və Herseqovina dövləti iki hissədən — Bosniya və Herseqovina Federasiyası və Serb Respublikasından ibarət olmalıdı idi. Sarayevo paytaxt olaraq qalırdı. Bosniya və Herseqovina əhalisi hər iki quruluşun vətəndaşı sayılırdı. Sazişə əsasən serblər 49%, boşnak və xorvatlar isə 51% əraziləri aldı.
Qorajde boşnaklara çəkilərək, Sarayeva ilə dəhlizlə birləşdirilir. Bu dəhlizi beynəlxalq qüvvələr idarə edir. Sarayevanın ətraf serb rayonları da həmçinin bosniyalılara keçirdi. Sərhədin dəqiq xətti Brçko rayonun daxilində arbitraj komitəsinin qərarına əsasən çəkilməli idi.
Sazişə əsasən keçmiş Yuqoslaviyada cinayətlərinə görə Beynəlxalq tribunalda günahlandırılan şəxslər Bosniya və Herseqovina, Serbiya və Xorvatiyada dövlət vəzifələrini tutmağa qadağa qoyurdu. Bunun nəticəsi kimi hakimiyyətdən Radovan Karadiç, Ratko Mladiç, Dario Kordiç və digər bosniya serbləri ilə xorvat liderləri tutduqları vəzifələrdən uzaqlaşdırıldı.
Bosniya və Herseqovinada dövlət başçısının funksiyaları hər üç xalqdan bir nümayəndəsi olan Prezidiuma ötürülürdü.
Qanunverici hakimiyyət Xalqlar və Nümayəndə palatalarından ibarət Parlament skupşinasına aid olmalı idi. Deputatlar Bosniya və Herseqovina Federasiyası (xorvat və boşnakların təşkil etdiyi) və Serb Respublikasından seçilirdi. Bununla bərabər "xalq vetosu" yeridilirdi ki, bir qanun üç xalqdan bir xalq deputatlarına ona qarşı çıxsa, digər iki millətin buna lehinə olmasından asılı olmayaraq qanun qüvvəyə minmirdi.
Ümumilikdə sazişə görə mərkəzi hakimiyyətin səlahiyyəti olduqca məhdud idi. Real hakimiyyət Federasiya və Serb Respublikalarına verilirdi. Bütün işlər və sistemə riayət olunmasını Bosniya və Herseqovina üzrə xüsusi müşahidəçi yoxlayacaq.
Hazırkı vəziyyət
redaktəDeyton sazişi bu günə kimi davam edən Bosniya və Herseqovinanın konstitusiyalı quruluşunun əsaslarını qoymuşdur. Bəzi mənbələrə görə qurulan sistem çox nəhəng və az effektlidir, ancaq buna baxmayaraq xalqlar arasında ümumi inam bərpa olunmayanadək o çətin ləğv edilə. Son illər qərb ölkələri Deyton sisteminə yenidən baxmaq və onu konstitusiya ən-ənələrini yeritmək fikrini irəli sürürlər. Bu plan özü-özlüyündə Bosniya və Herseqovina ilə Avropa İttifaqının bir-birinə yaxınlaşmasında yardam edəcək. Plana xorvatlar ilə bosniyalılar daha çox dəstək dursa da bu gün bu yöndə ümumi fikir formalaşmayıb.
Deyton sazişinin pozulması
redaktəDeyton sazişinin 5-ci məqalə 2-ci əlavəsinə əsasən arbitraj məhkəməsi müəyyən zaman çərçivəsində Bosniya və Herseqovina Federasiyası ilə Serb Respublikası arasnda, Brçkoda dəqiq sərhədi qoymalıdır. Sazişə qədər bu sərhəd artıq var idi və 48%-i serblərə, 52%-i isə boşnak-xorvatlara bölünmüşdür.
Sərhədi dəqiq çəkmək əvəzinə məhkəmə Brçko dairəsini saxlamış və onu Bosniya və Herseqovina dövlətinin tərkibində ayrıca inzibati vahid kimi muxtariyyat vermiş, bununla da dairəni Bosniya və Herseqovina Federasiyası ilə Serb Respublikasından ayırmışdır.
Həmçinin bax
redaktəXariçi keçidlər
redaktə- Uillim Klinton tərəfindən Britanika Ensiklopediyasında yazılmış Deyton akkordları adlı məqalə
- Bosniya və Herseqorina üzrə ümumi çərmivəli sülh sazişi Arxivləşdirilib 2015-06-04 at the Wayback Machine
- Bosniya: ölkə ya parçalanmış alma? Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine, Bosniya İnstitutu, 12 may 2006
- Dayton: Balkanlar və Avro-Atlantik inteqrasiya. ABŞ Sülh İnstitutu. Tədbir, noyabr 2005 (audio və protokollar) Arxivləşdirilib 2006-05-24 at the Wayback Machine