Boris Gevorkov - Wikipedia
Gevorkov Boris Sərkisoviç (1932, Şamaxı – 1998, Moskva) — Dağlıq Qarabağ vilayət partiya komitəsinin birinci katibi (1973–1988).[1] SSRİ Ali Sovetinin Millətlər üzrə Şurasının 9–11 çağırışında Dağlıq Qarabağ Muxtar Vilayətindən millət vəkili (1974–1989).
Boris Gevorkov | |
---|---|
erm. Բորիս Սարգսի Կևորկով | |
27 oktyabr 1973 – 24 fevral 1988 | |
Əvvəlki | Qurgen Melkumyan |
Sonrakı | Henrix Poqosyan |
1970 – 5 noyabr 1973 | |
Əvvəlki | Mina Salamzadə |
Sonrakı | Qrin Stepanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 1998 |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
redaktə1932-ci ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib. 1954-cü ildən Bakı şəhəri komsomol Komitəsinin təlimatçısı, lektor qrupunun müdiri, təşviqat və təbliğat şöbəsi müdirinin müavini, əvvəlcə Dzerjinski rayonu, daha sonra Nərimanov rayonu komsomol komitəsinin sədrinin birinci müavini. 1961-ci ildən partiya orqanları şöbəsinin məsul təşkilatçısı, Azərbaycan KP MK-nın təşkilati-partiya işləri şöbəsinin inspektoru, 1970-ci ildən respublikanın Kirov raykomunun birinci katibi olmuşdur.
1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi təyin edilən Heydər Əliyev Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi ilə münaqişəyə girdi. 1973-cü ildə Boris Kevorkov Qurgen Melkumyanın yerinə Sov. İKP Dağlıq Qarabağ vilayət komitəsinin birinci katibi vəzifəsinə təyin edildi.